“Evimiz əynini soyunmuş qadın kimi lüt-üryan qalıb”

“Evimiz əynini soyunmuş qadın kimi lüt-üryan qalıb”
3 dekabr 2012
# 13:54

Kulis.az “Facebookdakı yazarlar” layihəsinə başlayır. Hər gün tanınmış yazarların Facebook statuslarını yayımlayacağıq.

İlqar Rəsul: “Əgər heç olmasa bir dəfə yüzlərlə insanın sənin arxanca getməsini istəyirsənsə, qatarla yola çıxanda birinci vaqona bilet al”.

“Doğrudan sevəcəyin qadın, yalandan sevdiyin sevgililərinin qısasını alacaq səndən...”

Aqşin: “Hamı getdi...
Evimiz əynini soyunmuş qadın kimi lüt-üryan qalıb.
Qapını-pəncərəni bərk-bərk örtmüşəm ki,
Kimsə sənsizlyimin çılpaqlığını görməsin.
Sənin yoxluğunu da qısqanıram, Allah haqqı”.

Seymur Baycan: “İki gündü üstümə qaranlıq çöküb. Bu gün gedirəm Tiflisə. Bakını çox kədərli və yorğun tərk edirəm.

Kamal Abdulla: Daha bir düşüncə stimulyatoru. Və yaxud "stimulya+tortu". Məşhur Amerikan dramaturqu Yudcin O"Nil:

“Adi bir şeyə can atan adamı onun arzusunu yerinə yetirməklə cəzalandırmaq lazımdır”.

Şərif Ağayar: “Sağlamlığının üstünə ciddi düşən adamlarda nadanlıq görürəm... Səhv edirəmsə, qazlı su için! ))))”

“Dizim tutmur qocalığın əlindən...

Dildən danışanlar bu misra ilə sizə meydan oxuyuram! Amma paxıllıq yox... Çünki mənim deyil! ))))”

Qan Turalı: “Qismət Kulis.az-a gəlməmiş də tanınırdı, oxunurdu. Amma Kulis.az-da Qismət öz istedadının, savadının bütün yaxşı tərəflərini göstərərək tezliklə Azərbaycanın ən parlaq şairlərindən birinə çevrildi. İndi onun adı özündən yaşca xeyli böyük olan Murad Köhnəqala, Həmid Herisçi, Rasim Qaraca, Salam Sarvan, Aqşin Yeniseylə birgə çəkilir...”

Etimad Başkeçid: “Dilə gətirilən söz yalandır (Budda). Odur ki, çox yalan danışmamaq üçün az danışın”.

Vüsalə Məmmədova: “Bir tip qadınlar sponsor tapanda müğənni olur, tapmayanda mərsiyəxan”

Qismət: “Bukovski haqqında sənədli filmə baxdım. Mənə elə gəldi ki, Bukovski ən az ədəbiyyatla məşğul olub. Həyatdangəlmə ədəbiyyat yəqin buna deyirlər...”

Murad Köhnəqala: “Bütün ölkələrin alkaşları, birləşin!!!”

“Nə yaxşı bu araq var, yoxsa adamın lap bağrı partlayardı...”

Salam Sarvan: “Bir sirr açım. "Darıxıram" sözünü kiməsə deyəndə, ya da harasa yazanda adam xeyli rahatlaşır”.

Kənan Hacı: "Adam bir müddət avaraçılıq eləmək istəyir. İstəyirəm kənddəki evimizə köçüm, səhər yuxudan qalxıb mağazaya gedim, bir az kolbasa, bir qutu siqaret, beş-üç yumurta və bir də yarım litr araq alıb qayıdım, sonra sobanı qalayım və babat vurandan sonra üz tutum çayxanaya. Nərddən, dominodan oynayıb günümü keçirim. Hisslər məni öldürdü. Bir müddət rahat yaşamaq istəyirəm, rahat!"

# 3153 dəfə oxunub

Oxşar xəbərlər

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

17:00 25 sentyabr 2026
Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

12:00 24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

13:25 23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı...  - Müharibə romanları necə olmalıdır?

“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?

12:00 23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi   necə adlandırmışdı?

Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?

10:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər