Dovlatovun romanı Azərbaycan dilində

Dovlatovun romanı Azərbaycan dilində
7 yanvar 2014
# 10:14

Alatoran Yayınlarından daha bir kitab - yeni dövr rus ədəbiyyatının ən görkəmli simalarından biri olan Sergey Dovlatovun “Çamadan” romanı çapdan çıxıb.

Kitabı Vasif Qarayev tərcümə edib.

S. Dovlatov (1941-1990) Rusiyanın Ufa şəhərində doğulub, atası teatr rejissoru, anası ədəbi korrektor olub. 1959-cu ildə Leninqrad universitetinin fin filologiyası fakültəsinə qəbul olunub, dərslərə davamiyyəti pozduğuna görə universitetdən qovulub. İosif Brodski ilə dostluq edib. Daha sonra 3 illik hərbi xidmətini həbsxanaların mühafizəsi sistemində başa vurub. İosif Brodskinin xatırlamasına görə “Dovlatov əsgərlikdən dönəndə elə bil Tolstoy Krımdan bir bağlama hekayəylə qayıtmışdı və baxışlarında bir sarsıntı vardı”. Yenidən universitetə daxil olur, jurnalistikayla məşğul olur, hekayələr yazır. Uzun müddət ədəbi jurnallar onun əsərlərini qəbul etmirlər. Bir müddət Estoniyada yaşayır, təkrar Leninqrada qayıdır. Dissident baxışlarına görə dövlət orqanları tərəfindən təqib edilir, “samizdat” nəşrlərdə və emiqrant jurnallarda əsərləri yayınlanır. Nəhayət təzyiqlərə dözməyərək mühacirətə üz tutur, Nyu-York şəhərində yaşamağa başlayır.

Burada rus dilində çıxan “Yeni amerikalı” qəzetinin baş redaktoru kimi çalışır. Qəzet tezliklə rus mühacirləri arasında böyük populyarlıq qazanır. Bir-birinin ardınca nəsr kitabları işıq üzü görməyə başlayır. 1980-ci illərin ortalarında onun əsərlərinə böyük oxucu tələbi yaranır, ən prestijli jurnallarda dərc olunur. 12 illik mühacirlik dönəmində 12 kitab yazır. SSRİ-dəsə yazıçını yalnız samizdat nəşrlərə görə tanıyırdılar. Sergey Dovlatov 24 avqust 1990-cı ildə, Nyu-Yorkda ürək çatışmazlığından vəfat edir.

Sergey Dovlatov əsəri Azərbaycan dilində ilk dəfə yayınlanır.

Oxuzalı.az

# 2512 dəfə oxunub

Oxşar xəbərlər

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

17:00 25 sentyabr 2026
Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

12:00 24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

13:25 23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı...  - Müharibə romanları necə olmalıdır?

“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?

12:00 23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi   necə adlandırmışdı?

Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?

10:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər