Nazim Əhmədlidən iki kitab

Nazim Əhmədlidən iki kitab
12 may 2017
# 13:02

Tanınmış şair Nazim Əhmədlinin iki kitabı çap olunub.

Kulis.Azın verdiyi məlumata görə, “Mən bir günah elçisiyəm” adlı şeirlər, “ Qız təbəssümü” adlı hekayələr kitabı Qanun nəşriyyatında işıq üzü görüb. Şairin “Mən bir günah elçisiyəm” şeirlər kitabında şairin son illərdə yazdığı şeirlər toplanıb.

“Mən bir günah elçisiyəm” şeirlər kitabında təbiət sirləri, insan psixologiyası, mistik fəlsəfi düşüncə tərzi, sufi dünyagörüşü, kainatın fəlsəfəsi Nazim Əhmədlinin şeirlərinin məzmunudur. Və demək olar ki, bütün şeirlərin məna yükündə, dərd çalarında müəllifin ürək çırpıntıları poetik rənglərlə şairin öz məni timsalında təsvir olunur. Öz dünya görüşündə bəşəriyyətin taleyini, vətənin ağrı acılarını hiss edir. Yuxunun, paralel dünyaların real həyatla əlaqəsi, yüz illərdir bölünmüş Vətənin, işğal sonrası itən yurdun ağrıları şairin yaradıcılığında əsas yer tutur.

“Qız təbəssümü” hekayələr kitabı 8 hekayədən ibarətdir. Kitabda müxtəlif illərdə yazılan hekayələr toplanıb. Hekayələr gənc insanların həyatında baş verən mənəvi psixoloji gərginliklər müəllifin lirik məni ilə müşayiət olunur.

# 2186 dəfə oxunub

Oxşar xəbərlər

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

17:00 25 sentyabr 2026
Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

12:00 24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

13:25 23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı...  - Müharibə romanları necə olmalıdır?

“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?

12:00 23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi   necə adlandırmışdı?

Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?

10:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər