Azərbaycanda əhali azalmalıdır

Azərbaycanda əhali azalmalıdır
12 iyul 2023
# 13:03

Kulis.az Seymur Baycanın "Lazımlı və lazımsız adamların azalması haqqında" yazısını təqdim edir.

Hər ay bir mövzunu götürüb özüm üçün xımır-xımır maraqlanıram. Üsyanlar, müharibələr, sirayətedici xəstəliklər, təriqətlər, musiqi qrupları, kəşflər, sərkərdələr, səyahətlər, xalqlar, ölkələr, müxtəlif dəblər, quşlar, heyvanlar…

Maraqlandığım mövzular haqqında çox nadir hallarda yazılar yazıram, amma yeri düşəndə yaddaşımda ilişib qalan məlumatlardan yazılarda istifadə edirəm. Gəlin bunun adın adi hobbi qoyaq işimiz yüngülləşsin.

Bəzən hansısa mövzuyla maraqlanmağım bir ay yox, aylarla davam edir. Hər şey mövzudan, mövzunun əhəmiyyətlilik dərəcəsindən, qarşıma çıxan mənbələrin obyektivliyindən, mənbələrin məlumatları necə təqdim etmələrindən asılıdır. Burda ovqat da öz rolunu oynayır.

Uzun müddət Rusiyada inqilab, Rusiyada vətəndaş müharibəsi, İkinci Dünya müharibəsi mövzularıyla maraqlanmışam. Birinci Dünya müharibəsinə nədənsə bir o qədər qanım qaynamayıb. Hərçənd Birinci Dünya müharibəsini əhatəli araşdırmayıb Rusiyada inqilabı, vətəndaş müharibəsini, İkinci Dünya müharibəsini başa düşməyin çətin olduğunu yaxşı dərk etmişəm. Bunu bilə-bilə yenə də Birinci Dünya müharibəsinə çox baş qoşmağa həvəsim olmayıb.

İndi, hazırda, bu an, bu dəm yaponlarla, Yaponiyayla maraqlanmaqdayam.

Yaponiya başqa ölkə deyil, Yaponiya başqa planetdir. Gedib Yaponiyada yaşamaq, gedib başqa planetdə yaşamaq deməkdir. Yaponiya, yaponlar haqqında saysız-hesabsız təfərrüatlara girib özümü və oxucuları yormaq istəmirəm. İlahi, o ölkədə nə qədər mənalı və mənasız adət-ənənələr var. Onu etmək olar, bunu etmək olmaz… O hərəkətin mənası budu, bu hərəkətin mənası odu… O buna işarədir, bu ona işarədir… Bu sözü demək olar, o sözü demək olmaz… Yaponlar özlərini nə qədər yükləyiblər. O qədər yükə hər canlı davam gətirə, dözə bilməz. Yaponlar niyə o qədər işləyirlər? Dəlidirlər, xəstədilər, nədilər!

20221108-elderly-people-japan-epa

Məni daha çox yaponların qocalması, yaponların azalması faktı maraqlandırdı. Bunu bilmirdim. Yaponların qocalmasını və azalmasını təsəvvür etmək mənim üçün çətindir. Ağlım kəsəndən həmişə Yaponiyanı əhalinin çox sıx yaşadığı bir ölkə, yaponları isə çox sürətlə artan bir xalq kimi təsəvvür etmişəm. Bəlkə də, bu daşlaşmış təsəvvürlərə görə yaponların qocalması, azalması haqqında fakta rast gələndə, belə demək mümkünsə, xeyli karıxdım.

Bəli, yaponlar qocalırlar, Yaponiyada əhali azalır. Yapon qadınları doğmaq istəmirlər. Bunun da öz növbəsində müxtəlif əsaslı və əsassız səbəbləri var. Əsassız səbəblər əsaslı səbəblərdən daha çoxdur. Nəticədə Yaponiyada əhali qocalır və azalır. Əslində isə Yaponiya və Yaponiya kimi ölkələrdə deyil, Çin, Hindistan, Pakistan, Banqladeş, İran, Türkiyə, Əfqanıstan, Yəmən, Misir kimi ölkələrdə əhali azalmalıdır. O cümlədən Azərbaycanda da. Azərbaycanda on milyon adam yaşayır. Su ehtiyatlarının surətlə azaldığı bir ölkədə on milyon adam nəyə və kimə lazımdır? Azərbaycanda dörd milyon, maksimum, ən uzağı beş milyon adam yaşamalıdır. Üstəlik, Yaponiyada əhalinin azalıb, Azərbaycan kimi ölkələrdə əhalinin artması böyük ədalətsizlikdir. Belə ədalətsiz hallar dünyaya, bəşəriyyətə yaxşı heç nə vəd etmir. Digər tərəfdən baxanda Yaponiyada əhalinin azalıb, Azərbaycan kimi ölkələrdə əhalinin artması həm də onu göstərir ki, deyəsən, təkamül prosesi ən qəddar, ən amansız mərhələyə qədəm qoyub.

# 4831 dəfə oxunub

Oxşar xəbərlər

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

17:00 25 sentyabr 2026
Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

12:00 24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

13:25 23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı...  - Müharibə romanları necə olmalıdır?

“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?

12:00 23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi   necə adlandırmışdı?

Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?

10:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər