Aqşin Yenisey geri çəkildi YENİLƏNİB

Aqşin Yenisey geri çəkildi YENİLƏNİB
22 yanvar 2013
# 14:43

Məlumat verdiyimiz kimi Aqşin Yenisey Azərbaycan Yazıçılılar Birliyinin keçirdiyi Ədəbiyyat Müsabiqəsindən imtina edib. Aqşin Yenisey məsələ ilə bağlı oxuzalı.az saytına müsahibə verib. Müsahibəni təqdim edirik.

“Sözün açığı mən bu müsabiqənin Yazıçılar Birliyi tərəfindən keçirildiyini bilmirdim. Elə bilirdim, bu müsabiqə mədəniyyət fondu tərəfindən keçirilir. Ona görə də kitabımı mədəniyyət fondunun keçirdiyi müsabiqəyə təqdim etmişdim. Amma sonra məlum oldu ki, bu müsabiqənin yiyəsi yenə də Yazıçılar Birliyidir. Yazıçılar Birliyinin indiyə qədər keçirdiyi müsabiqələrdə olduğu kimi, burda da mütləq şəxsi münasibətlər rol oynayacaq. Ona görə də, bəri başdan öz imzamı ləkələməmək üçün, öz imzamın namusunu qorumaq üçün geri çəkildim. Yenə deyirəm, əvvəlcədən bilmirdim bu müsabiqəni AYB keçirir.

“Müsabiqə başlayanda mətbuatda dəfələrlə yazıldı ki, bu müsabiqəni Yazıçılar Birliyi elan edib. Necə olur, siz bundan xəbərsiz olmusunuz?”sualına Aqşin Yeniseyin cavabı belə olub:

“Mən müsabiqə haqqında olan informasiyalarda oxudum ki, müsabiqəni AYB Slavyan universiteti ilə bir yerdə keçirir. Orda həm AYB-nin təmsilçiləri, həm də Slavyan Universitetinin münasifləri var. Mənim Azərbaycan yazıçısının həqiqətə tapındığına inamım yoxdur. Kimsə Kamal Abdullanın istefası ilə mənim geri çəkilməyim arasında bağlılıq axtarmasın. O, Kamal müəllimin verdiyi qərardır, bu mənim fikrim. Sadəcə, bu, təsadüf nəticəsində üst-üstə düşdü. Mən başa düşdüm ki, Milli Kitab Mükafatında söhbətlər hansı səviyyədə gedirsə, burda da eyni məsələ olacaq. Artıq qaliblər bəllidir, 10 min manat pul bölüşdürülüb. Mən orda niyə olmalıyam? ”

Azərbaycan Yazıçılar Birliyinin keçirdiyi Ədəbiyyat Müsabiqəsinə şeirlər kitabını təqdim etmiş Aqşin Yenisey müsabiqədə iştirakından imtina etdiyini açıqlayıb: “Mən elə bilirdim ki, nəhayət, gerçək ədəbiyyat müsabiqəsi keçiriləcək. Buna görə kitabı təqdim etmişdim. Üstündən üç gün keçməmiş mətbuatda müsabiqə ilə bağlı rüsvayçı yazılara rast gəldim. Şəxsi, təmənnalı münasibətlər, ədəbiyyatımızın “küpəgirən qarılarının” dedi-qoduları, ölüm ayağında olan qocaların yaşamağa yeni başlayan gənclərin həyatına paxıllığı... Bunlar Hüqo olmaq istəyirdilər, amma belləri əyilsə də Qvazemoda da ola bilmədilər.

Mən bu müsabiqədən yazdığım şerin namusunu qorumaq üçün imtina edirəm. İstəmirəm ki, şeirlərim bu ədəbiyyatın “əxlaqsızlıq yuvasında” yaxalansın və oxucuların qarşısına üzünü örtmüş utancaq halda çıxsın. Bu imtinanı alnı açıq, üzü ağ olan bütün şairlərin və şeirlərin şərəfinə edirəm”.

# 5693 dəfə oxunub

Oxşar xəbərlər

"O, ilk Xalq şairimizdir ki..." - Nəriman Həsənzadədən nəyi öyrənmişik?

"O, ilk Xalq şairimizdir ki..." - Nəriman Həsənzadədən nəyi öyrənmişik?

10:00 23 fevral 2026
"Bütün tələbələrin söyüş söyməsi ağlabatan görünmür..." - Siz niyə susursunuz?

"Bütün tələbələrin söyüş söyməsi ağlabatan görünmür..." - Siz niyə susursunuz?

15:00 22 fevral 2026
“İşığın ayaq səsləri”ni eşitdinizmi, gördünüzmü? - Faiq Balabəyli

“İşığın ayaq səsləri”ni eşitdinizmi, gördünüzmü? - Faiq Balabəyli

14:54 18 fevral 2026
Kişi “kim üçün?” sualının cavabını tapmalıdır... - Anar Şamil

Kişi “kim üçün?” sualının cavabını tapmalıdır... - Anar Şamil

11:30 18 fevral 2026
Baş qəhrəmanla eyni əhəmiyyət dərəcəsinə qaldırılan siçan obrazı... - Elnarə Qaragözova

Baş qəhrəmanla eyni əhəmiyyət dərəcəsinə qaldırılan siçan obrazı... - Elnarə Qaragözova

13:00 17 fevral 2026
"Adam bir də ayılır ki, mafiyanın içindədir..." - Çayxanalara  xərclədiyimiz pulu niyə kitablara ayırmırıq?

"Adam bir də ayılır ki, mafiyanın içindədir..." - Çayxanalara xərclədiyimiz pulu niyə kitablara ayırmırıq?

12:00 17 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər