Azərbaycan Yazıçılar Birliyi tərəfindən (AYB) təsis olunan mükafatlara dəyişiklik edilib. Bu barədə Kulis.az-a mükafat komissiyasının katibi Fərid Hüseyn məlumat verib. F. Hüseynin sözlərinə görə 5-ci nominasiya - “Azərbaycan haqqında yazılmış ən yaxşı publisistik əsərə görə – Nəcəf Nəcəfov” mükafatı ölkədən kənardakı publisistlər üçün nəzərdə tutulsa da ölkəmizdəki publisistlər mükafata iddia edə biləcək: “Bildiyiniz kimi 5-ci nominasiya ölkəmizdən kənardakı publisistlər üçün nəzərdə tutulmuşdu. Lakin həm əsər qəbulunun azlığına görə, həm də ölkədəki publisistləri cəlb etmək üçün “ölkəmiz” sözünü əlavə etdik”.
AYB-nin təsis etdiyi mükafata əsər qəbulunu Slavyan Universitetində aparılmasına aydınlıq gətirən F. Hüseyn AYB-nin maliyyəsi ilə təşkil olunacaq mükafatın xüsusi sponsoru olmadığını söylədi: “Hər hansı bir şəxs mükafata yardım göstərmək istəsə ona şərait yaradılacaq. Sədr Kamal müəllimdir. Katib kimi isə əsərlərin qəbuluna mən baxıram. Əsərlər əldən-ələ, AYB-dən Slavyan Universitetinə gəlməsin deyə, həm də əsas korpus şəhərin mərkəzinə yaxın olduğu üçün fikirləşdik ki, yazılar vahid mərkəzdən qəbul edilsin”.
Münsiflər heyətinin AYB tərəfindən müəyyənləşdirildiyini bildirən katib AYB üzvü olmayanların da əsər təqdim edə biləcəklərini qeyd etdi: “Bütün dillərdə olan əsərlər qəbul olunacaq. AYB üzvü olan, olmayan hər kəsə şərait yaradılıb. Münsiflər heyətinə də peşəkar ədəbiyyat adamları seçilib”.
Qeyd edək ki, AYB 5 nominasiya üzrə mükafatlar təsis edib. Ən yaxşı nəsr əsərinə görə – Yusif Səmədoğlu, ən yaxşı poetik əsərə görə – Əli Kərim, ən yaxşı tənqid və esseistik əsərə görə – Yaşar Qarayev, ən yaxşı tərcümə əsərinə görə – Abbas Səhhət mükafatı, Azərbaycan haqqında yazılmış ən yaxşı publisistik əsərə görə –Nəcəf Nəcəfov mükafatı veriləcək. Mükafatlar iki ildə bir dəfə (2013-cü ildən başlayaraq) son iki ildə yaranmış əsərlərə veriləcək. Mükafatların hər birinin dəyəri 2 min manat müəyyən edilib.
Elektron mətnlər və əlyazmalar qəbul edilmir. Müəlliflərdən əsərin 3 nüsxəsi və qısa əbədi bioqrafiyaları tələb olunur. Hər müəllif yalnız bir nominasiya üzrə əsər təqdim edə bilər.
Mükafat komissiyasının sədri yazıçı Kamal Abdulla, üzvləri Azər Mustafazadə, Vaqif Səmədoğlu, Mövlud Süleymanlı, Ramiz Rövşən, Əjdər Ol, Salam Sarvan, Bəsti Əlibəyli, İlqar Fəhmidir. Komissiyanın katibi isə Fərid Hüseyndir.
Fərid MİRZƏYEV
2 min manatlıq mükafata dəyişiklik
Oxşar xəbərlər
50 mindən çox əsər yaratdı, kommunistlərə qoşuldu, şeir yazdı... - XX əsrin dahi rəssamı haqqında maraqlı faktlar
16:00
8 aprel 2026
"Elşadın baxışları naməlum bir günahın astanasına aparır..." - Hüseynbala Mirələmovun "Əsmər" romanından bir hissə
14:10
7 aprel 2026
Uşaqlıqda cinsi zorakılıqla üzləşdi, əsərləri qadağan edildi... - Prezidentin andiçmə mərasimində şeir oxuyan ilk afroamerikalı qadın yazıçı
15:00
5 aprel 2026
"Sən demə, ata öz arvadı ilə yenidən nikah bağlamaq üçün..." - Professor "Lal ev"dən yazdı
12:00
5 aprel 2026
"Səni sevmək başqa birinə sillə vurmaqdı" - İlham Qəhrəmanın şeirləri
15:00
4 aprel 2026
"Hökmdə ağamsan, darda kənizim..." - Əfsanə Rəvanın yeni şeirləri
17:00
3 aprel 2026