Mən silməkdən yoruldum, o, göndərməkdən bezmədi

Rəşad Məcid, şair

Rəşad Məcid, şair

27 aprel 2022
# 15:40

Kulis.az yazıçı Rəşad Məcidin status-esselərini təqdim edir.

Brüssel yaxşı şəhərdir.
Ayağı sayalı...

***

Bu qaçhaqaç, qovhaqov zamanın bircə izahı var: düşünməyə vaxt qalmasın.

***

Balansı gözləyin; nə şiş yansın, nə kabab...

***

Yazıçı Əli Əkbər status yazmışdı.

Səhər-səhər ikinci cümlədə "sevmirəm"i "sevirəm"gördüm. Maraqlı gəldi. Elə o cümləyə görə bütün statusu oxudum. Sonra gördüm ki,"m" də var imiş...

Əslində, Əli Əkbərdən həmin cümlənin mənim gördüyüm ilk variantda izahını gözləyirdim. "Qeyri-səlis məntiq" - "Parisi o qədər sevirəm ki, onu görməmək üçün əlimdən gələni edirəm".

***

İndi əksər qadınların sifəti bir-birinə oxşayır; salam verirlər, kimliyini müəyyənləşdirə bilmirsən, gözlərini döyə-döyə baxırsan, yada salmağa çalışırsan. Görəsən, bu salam verən kim idi?..

***

Küləyiniz uğultusuz əssin...

***

Harari də deyir, bəziləri də müdafiə edir: müasir insanların həyatının mənası həzzdir! İnsanlar həzz almaq üçün mücadilə edir, çalışırlar, həzz həyatın mənasına çevrilir.

Bəs, həzz nədir?

Siz nəyi həzz hesab edirsiz?

Nədən şövqə gəlir, nədən havalanırsız?

Maraqlıdır.

***

Dünən qış, bu gün yay...

***

Mən silməkdən yoruldum, o, göndərməkdən bezmədi.

***

Dünyanın, insanların başını fasiləsiz nəyləsə qatmaq lazımdır. Yoxsa... teatra gedəcəklər.

***

Həyat tərzini dəyişmək çətin və ağrılı prosesdir.

***

Hansısa vacib məsələyə reaksiya verməmək, susmaq da münasibət bildirməyin bir formasıdır.

***

Mirşahin yazıçıları coşdurdu.

Əslində, Zəfərimizlə bağlı yazılan əsərlərin bir də diqqətə çatdırılması, gündəmə gətirilməsi baxımından xeyirli irad oldu.

***

Həcmli, böyük yazıdır, xeyli əziyyət çəkilib, amma ədalətsiz məqamlar çoxdur.

***

Bəs deyirdilər o gedib?

***

Birdən-birə bütün yaradıcı insanlara, sənət adamlarına qarşı dava açmaq nəyə lazım idi axı?

***

Sənət adamlarını danlayan kimi onlar bir-birinin ardınca gözəl əsərlər yaratmağa başladılar.

***

Namiq Mənanın "Biz gedirik Qubadlıya" bədiyyəsinin "Çağırsa ellər gedərəm davaya" meyxanasından nəyi əskikdir ki?

***

Sənət adamları həssas və kövrək olurlar, həm də eqoist və iddialı. Özlərinin yazıb-yaratdıqlarını ən üstün sənət nümunəsi sayırlar.

Vətən müharibəsi dövründə də, Zəfərimizdən sonra da möhtəşəm qələbəmizə biganə qalan sənət adamı tapmaq olmaz; hamı Zəfərimizdən ruhlanıb müəyyən bir səviyyədə nəsə yaradıb. Son ilyarımda qəzetin ünvanına gələn saysız-hesabsız bu tipli yazıların içərisində zəif, şablon yazılar da çox olub. Əvvəl-əvvəl çap etmək istəməmişik, amma sonra düşünmüşük ki, neyləmək olar, onlar da öz hisslərini bu səviyyədə ifadə ediblər. Hamı şedevr yarada bilməz ki! Olanımız ortadadır - yaxşısı da var, pisi də var.

Amma yaradılanları, ortada olanları görmədən, oxumadan hökm vermək məyusluq yaradır. Həssas sənət adamlarına münasibət də həssas olsa yaxşıdır. Bu da idman deyil ki, legioner gətirək. Nə varsa, olan budur; olanımıza şərait yaratmaq, inanmaq, inkişafına kömək etmək lazımdır.

***

"Ay camaat, bu kino ki var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki vacib!.."

***

Telefondan uzaq duran kimi dünya gözəlləşir.

***

Ən qəliz, mürəkkəb məsələlərin sadə həllini tapanlar uğur qazanırlar.

***

Harda pul var, ora yığışırlar...

***

Dünyanın dadı çoxdan gedib...

***

Ruslar bu yayı hansı ölkələrdə keçirəcəklər?

***

Həftə başlayır və sürətlə bitir. Ay da, il də eləcə...

***

Yaponiyadan qurultaya gələn var?

***

Yazan qədər oxuyan da olsa, nə vardı ki...

***

O qədər mənasız qurumlar var ki...

***

Deyir, bülbül notla oxuyur, qaratoyuq sərbəst...

***

İndicə Xalq şairi Ramiz Rövşən Rəşad Nağı Mustafanın bu şeiri barədə danışdı, xeyli təriflədi və gənc şairə salamlarını çatdırmağı xahiş etdi.

Müharibə başlayıb... Nəbatat bağındayam.
Hava yaman soyuqdu, özüm də bir az xəstə.
Heyf, evdən çıxanda papaq da qoymamışam
Anam elə bilir ki, ölüm ayağındayam.
Müharibə başlayıb... Nəbatat bağındayam...

Mən səni gözləyirəm....
Eləcə dayanmışam Eldar şamının altda
Gör e, adam adında ağaclar var həyatda
Ağacların üstündən yıxılan balacalar böyüyür, igid olur.
Mən səni gözləyirəm, amma indi, bəlkə də,
bu ağacın adaşı Şuşada şəhid olur.

Mən səni gözləyirəm...
Gəlsən, soruşma məndən vətən səninçün nədi?
Bax, indi dediklərim hamısı bəhanədi:

Anamın olduğu yer, atamın yatdığı yer,
bir də sən hardasansa ora mənə vətəndi.
Anam heç vaxt ölməsin, sən də ölmək istəmə.
Mən atamdan bilirəm, ölüm bədahətəndi.

Mən də mütləq öləcəm, elə Eldar şamı da,
Bir əsgər anasının ümidi ölmür heç vaxt,
bir də əziz şəhidlər ölmür, başına dönüm
Məni bərk qucaqlama, axı atan deyiləm
Məndən barıt qoxusu gəlmir, başına dönüm.

Hər şeyə baxmayaraq
yenə də məni sevmək
çox xoşuna gəldisə,
dua et, ayrılmayaq,
duadan yaxşı nə var
ürəyin gözəldisə...

***

Makron - əlacsızlığın seçimi

525.az

# 2828 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #