Üzr istəyirəm...
Necə zərif sözdü, düzdür? Kimsə sizdən ayağınızı tapdadığına, ictimai nəqliyyatda basabasda itələdiyinə, yaxud buna bənzər hallarda üzr istəyib? Yaxud sizin özünüzün kimdənsə üzr istəməyiniz yadınıza gəlir?
Ehtiyatsız hərəkətinə görə ətrafdakılardan nəzakətlə üzr istəməyi bacarmaq çox böyük mədəniyyətdir. Son illər həsrətində olduğumuz və yavaş-yavaş leksikonumuzdan yığışmaqda olan mədəniyyət kəlməsinin tərkib hissəsidir “üzr istəmək”, bir şey istəyəndə “xahiş edirəm” demək, “buyurun”, “zəhmət olmasa”, “lütfən” kimi gözəl “nemətlər”.
Bilərəkdən “nemət” dedim, çünki bu ifadələr hər kəsin dilində olmadığından Tanrının hamıya vermədiyi gözəl nemət hesab olunur.
Bəlkə də hamıya verilib e, sadəcə onu yerbəyerində işlətmək hərənin mədəniyyətinin meqabaytından, qeqabaytından asılıdır.
İndi düşünəcəksiniz ki, adı elementar ədəb qaydalarını diktə etməkdə bu qızın məqsədi nədir?
Bunlar axı, evdə, məktəbdə, bəzilərimizə ali məktəblərdə öyrədilib.
Eyib etməz, təkrar biliyin anasıdırsa, atası onu bir daha təkrar etməkdir.
Bir də ki, bu ədəb-ərkan qaydaları bizim gəncliyimizin yadigarıdır, indi nə evdə, nə məktəbdə, nə də ali məktəbdə heç kim etika, estetika barədə moizə oxumur. Bilmirəm gündəlik qayğılarmı bunu yaddan çıxardıb, yoxsa “mod” deyil. Qərəz, dediyim odur ki, indi bu məsələləri bilənlər köhnə Sovet ziyalılarıdır, onlar da artıq şəxsiyyəti bütöv adamların da düşdüyü “Qızıl kitaba” düşüblər.
İctimai nəqliyyatda itələyən itələyənindir, ayağını da tapdayırlar, yanındakı uşağı da! Üzr istəmək də yoxdur.
Hara gedirsən küçədə bir-biri ilə qışqıraraq danışanlara rast gəlirsən, üzünə baxırsan ki, bəlkə başa düşə ki, ictimai yerdədir, səsini bir az qısa, elə bilir ondan xoşun gəlib baxırsan.
Küçədə (üzr istəyirəm) tüpürmək təbii hal olub. Daha heç kim özündən böyüyə yol, özündən kiçiyə su vermir. Hələ oturduğun yeri kiməsə vermək ümumiyyətlə avamlıq hesab olunur. İndi nəzakətlə davranan insana birtəhər baxırlar.
Hərçənd, bilmədən itələdiyin, ayağını tapdaladığın bir insana “üzr istəyirəm” deməklə onun gün ərzində xoş əhvalda olmasına rəvac vermiş olursan.
Kimdəsə xoş əhval yaratmaq, üzünü güldürmək, könlünü xoş etmək necə bir zövqi-səfadır, elə deyilmi?!
Siz Allah, vaxtınızı aldımsa, dediklərim qəlbinizə toxundusa, üzr istəyirəm...

Oxşar xəbərlər

Tənqid darıxan insanın ucuz əyləncəsidir
12:00
19 aprel 2025

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?
21:00
14 aprel 2025

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"
18:15
9 aprel 2025

Allah o qədər bikar deyil
17:00
7 aprel 2025

Mehriban Ələkbərzadə nə edib?
15:00
7 aprel 2025

Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər
12:00
7 aprel 2025