10 qəpiklik aldanmaq

10 qəpiklik aldanmaq
11 avqust 2012
# 08:00
2009-cu ildə yollarda, metro çıxışlarında kontur satılırdı. Kart kontur almırdınsa, nömrəni satıcıya deyib, istənilən kontur pulundan 20 qəpik artıq verirdin və nömrənə kontur gondərilirdi - 100-200 kontur.

Türkiyədə də bundan istifadə edilir və buna “parça kontur” deyirlər. Kart konturdan daha az pul ödəməklə və bundan əlavə satıcıya bizim pulla təxminən 50 qəpik verirsən, kontur nömrənə göndərilir.

Bir neçə gün əvvəl sim kontur almaq istəyəndə, satıcı 10qəpik artığına satdıqlarını dedi. Buna Qubada da rast gəlmişdim. Qubada isə 20 qəpik artığına satırdılar. Almadım konturu. Kartın üstünə dəqiq qiymət yazılır. Axı bu nə özbaşınalıqdır?

10 qəpik məsələsi deyil. Adamı gözünün içinə baxaraq aldatmaqdır, bu. Türklər demiş, “parça kontur” almırsan ki, “racona” uyub əlavə pulu verəsən.

“Azercell”in müştəri xidmətinə zəng edib, bu “racon” barədə soruşdum. Operator konturu ancaq rəsmi dilerlərdən almağı məsləhət gördü.

Heç kim də 10-20 qəpiyə görə səsini çıxarmır. Satıcıların haqsız yerə qoyduğu “qanunlara” əməl etməklə, öz haqqımızı onların qoyduğu pula satırıq. Özlərini haqlı görürlər və özbaşınalığa tabe etməyə çalışırlar insanları. Ən azından bacardığımız qədər belə özbaşınalıqlarla mübarizə aparaq, həmin satıcıların bu özbaşınalıqlarını boykot edərək onlardan kontur almayaq.

Rüşvətin “Toyuqmu birinci yaranıb, yumurtamı?” məsəlinə döndüyü kimi, belə xırda görünən problemlərin də sonu rüşvət kimi olacaq – kimsə özbaşınalığını həyata keçirir və bunu insanların həyat tərzinə çevirməyə çalışır, çünki hamı onların istədiklərini edir.

Əslində “Rəsmi dilerlərdən alın” deməklə problem həll olunmur. Təcili kontur almalı olursan. O zaman hər yaşayış binasının yaxınlığında rəsmi diler olsun. İnsanın aldadıldığını bilərək aldanmasına razı olması xoş deyil.
# 1423 dəfə oxunub

Oxşar xəbərlər

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
İndiki yazıların çoxunu o qəzet-jurnalların qapısından buraxmazdılar - Fəxri Uğurlu

İndiki yazıların çoxunu o qəzet-jurnalların qapısından buraxmazdılar - Fəxri Uğurlu

10:00 26 aprel 2025
Tənqid darıxan insanın ucuz əyləncəsidir

Tənqid darıxan insanın ucuz əyləncəsidir

12:00 19 aprel 2025
Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
"Cəmiyyətdə  danabaşlaşma halları çoxalmağa başlayıb"

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"

18:15 9 aprel 2025
Allah o qədər bikar deyil

Allah o qədər bikar deyil

17:00 7 aprel 2025
# # #