"Ümumiyyətlə, aktyor sənəti indi lazımlıdırmı?" - Əməkdar artist teatrın problemlərindən danışdı

"Ümumiyyətlə, aktyor sənəti indi lazımlıdırmı?" - Əməkdar artist teatrın problemlərindən danışdı
11 oktyabr 2024
# 15:25

"Sənəti və sənətkarı qınamaq olmaz. Teatr yaşayacaq. Afaq Bəşirqızı Bəşir Teatrını, Hacıbaba Bağırov Tənqid-təbliğ Teatrını, İlham Namiq Kamal Miniatür Teatrını, Arif Quliyev Satira Teatrını, Amaliya Pənahova Bakı Bələdiyyə Teatrını, Cənnət Səlimova Bakı Kamera Teatrını yaratdı. Bu gün bunlar var? O teatrlar niyə davam etmədi? Bunun çox açması, əmmaları var".

Kulis.az xəbər verir ki, bu sözləri Əməkdar artist Əkbər Əlizadə "Min maska" verilişində qonaq olarkən deyib. Aktyor teatrların maddi problemlərindən söz açıb:

"Adicə səhnəyə çıxıb bir epoxanı yaratmaq, o dövrü canlandırmaq üçün maddiyyat lazımdır. Hər şey ona söykənir. İndiki dövrdə atacağın addım maddiyyatdır. Sponsor, kimsə sənə dəstək olsun. Bu yoxdursa, mən də yoxam. Bu gün aktyorlar oynayır. Amma kim Yaşar Nuri, Hacıbaba Bağırov səviyyəsindədir? Onları görə bilmirsən. Onları yetişdirmək lazımdır. Necə ki ağacı yetişdirirsən. O məqamlar elə bil bu gün itib. Bəlkə də hər şey çətin zamanda yaranır. Qəzəllər də elə zamanında şam işığında yazılıb. Hər şey çətin olanda üzə çıxır. Yenə də dəstək lazımdır".

Ə.Əlizadə verilişdəki çıxışından bir hissəni sosial media hesabında paylaşaraq "Hərdən fikirləşirəm ümumiyyətlə, aktyor sənəti indi lazımlıdırmı?" deyə sual edib.

# 2502 dəfə oxunub

Oxşar xəbərlər

Milli Teatrda "Payız sonatası"  hazırlanır

Milli Teatrda "Payız sonatası" hazırlanır

16:01 23 may 2026
Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Festivalında iştirak edəcək

Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Festivalında iştirak edəcək

16:01 21 may 2026
Elçin Əfəndiyevin “Sənətkarın taleyi”  tamaşası nümayiş olundu

Elçin Əfəndiyevin “Sənətkarın taleyi” tamaşası nümayiş olundu

10:30 15 may 2026
Kukla Teatrında növbəti premyera: "Aldanmış canavar"

Kukla Teatrında növbəti premyera: "Aldanmış canavar"

16:43 14 may 2026
Milli Dram Teatrında “Kral Lir”in premyerası oldu

Milli Dram Teatrında “Kral Lir”in premyerası oldu

10:40 13 may 2026
Sumqayıt Teatrında yeni tamaşa hazırlanır

Sumqayıt Teatrında yeni tamaşa hazırlanır

16:11 12 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər