“O olmasın, yubiley olsun” adlı tədbir təşkil olunacaq

“O olmasın, yubiley olsun” adlı tədbir təşkil olunacaq
28 fevral 2025
# 16:25

Üzeyir Hacıbəylinin ev-muzeyində “O olmasın, yubiley olsun” adlı tədbir təşkil olunacaq.

Kulis.az xəbər verir ki, Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilən “O olmasın, bu olsun” əsərinin 115 illiyinə həsr edilmiş “O olmasın, yubiley olsun” adlı tədbirin kuratoru sənətşünas Sədaqət Əliyevadır.

Tədbirdə muzeyin şöbə müdiri bəstəkar Vəfa Bağırzadənin təqdimatında musiqi dühasının 1910-cu ildə qələmə aldığı “O olmasın, bu olsun” əsərinə nəzər salınacaq, həmçinin kinoşünas Hacı Səfərovun çıxışında “O olmasın, bu olsun” operettası əsasında çəkilmiş eyniadlı film haqqında məlumatlar dinləniləcək. Həmçinin, sözügedən filmdə iştirak etmiş aktyorlarla və bu filmin Azərbaycan kinosundakı əhəmiyyəti ilə bağlı maraqlı məqamlar işıqlandırılacaq.

Tədbirdə sənətşünas Sədaqət Əliyeva tərəfindən “Geyimlər də rol oynayır” adlı mühazirə təqdim olunacaq. Mühazirədə filmdə nümayiş olunan 1910-cu il Bakı sakinlərinin geyim dəbi haqqında məlumatlar diqqətə çatdırılacaq. Tədbirin ikinci hissəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorları tərəfindən “O olmasın, bu olsun” əsərindən hissələr səhnələşdiriləcək.

Tədbir 2025-ci il 14 mart tarixində saat 14:00-da Üzeyir Hacıbəylinin ev-muzeyində keçiriləcək.

Qeyd edək ki, dahi bəstəkarın anadan olmasının 140-cı ildönümünün layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalanıb.

# 3221 dəfə oxunub

Oxşar xəbərlər

Akademik Musiqili Teatr yeni mövsümə start verdi - “Arşın mal alan”la

Akademik Musiqili Teatr yeni mövsümə start verdi - “Arşın mal alan”la

10:40 19 sentyabr 2026
Yusif Cəfərov "DOFAR" Beynəlxalq Teatr Festivalında

Yusif Cəfərov "DOFAR" Beynəlxalq Teatr Festivalında

16:30 16 sentyabr 2026
“Balaca səyyah”  tamaşasının məşqləri davam edir

“Balaca səyyah” tamaşasının məşqləri davam edir

14:30 16 sentyabr 2026
“Pullu komediya” tamaşasının məşqləri davam edir

“Pullu komediya” tamaşasının məşqləri davam edir

11:30 15 sentyabr 2026
Qazax Dövlət Dram Teatrı yeni mövsümə start verdi

Qazax Dövlət Dram Teatrı yeni mövsümə start verdi

11:00 14 sentyabr 2026
Azərbaycanın ilk milli baleti yenidən səhnədə canlandırılacaq

Azərbaycanın ilk milli baleti yenidən səhnədə canlandırılacaq

12:40 9 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər