"Lokomotiv və vaqonlar" gəlir

"Lokomotiv və vaqonlar" gəlir
8 iyul 2024
# 12:40

Azərbaycan Dövlət Kukla Teatrında daha bir səhnə işi tamamlanıb. Yeni tamaşa yerli müəllif Sevinc Elsevərin “Lokomotiv və vaqonlar” pyesi əsasında hazırlanıb.

Kulis.az xəbər verir ki, əsərə teatrın baş rejissoru, Prezident mükafatçısı Anar Məmmədov quruluş verib. Birhissəli uşaq tamaşasının quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir.

Tamaşada uşaqlara köhnə qatar stansiyasındakı qoca və lovğa Lokomotivin timsalında xudbinlik və kobudluğun lazımsız xüsusiyyət olduğu, bu keyfiyyətlərin ətrafdakılar tərəfindən daim mənfi qarşılandığı göstərilir.

Günlərin bir günü deyingən Lokomotivdən bezən vaqonlar platformada peyda olan yeni Lokomotivin yanına gedirlər. Gənc və mehriban, nəzakətli və işgüzar yeni Lokomotiv onların çox xoşuna gəlir.

Təbii ki, köhnə dostlarını da unutmayan vaqonlar bununla qoca Lokomotivə yaxşıca dərs verirlər. Sonra yenidən onun yanına qayıdırlar. O da buna çox sevinir. Onlar birlikdə sevinclə sərnişinlərə xidmət etməyə davam edirlər.

Tamaşada Əməkdar artist Cəmilə Allahverdiyeva, aktyorlar Səriyyə Mansurova, Cavid Telman, Yasin Abbasov və Səbinə Məmmədova iştirak edir.

Premyera növbəti mövsümün əvvəlində gerçəkləşəcək.

# 1910 dəfə oxunub

Oxşar xəbərlər

“Balaca şahzadə” Musiqili Teatrın səhnəsində

“Balaca şahzadə” Musiqili Teatrın səhnəsində

10:25 29 dekabr 2025
“Arşın mal alan”  operettasının tamaşası təqdim olundu

“Arşın mal alan” operettasının tamaşası təqdim olundu

15:45 27 dekabr 2025
Heydər Əliyev Sarayında “Qu gölü"

Heydər Əliyev Sarayında “Qu gölü"

17:03 24 dekabr 2025
“Büllur başmaq”  tamaşasının premyerası keçirildi

“Büllur başmaq” tamaşasının premyerası keçirildi

12:26 22 dekabr 2025
"Qaraca qız"ın  premyerası olub

"Qaraca qız"ın premyerası olub

11:41 22 dekabr 2025
Azərbaycan və Çin teatrları əməkdaşlığa başlayır

Azərbaycan və Çin teatrları əməkdaşlığa başlayır

13:00 18 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər