Azərbaycan nümayəndə heyəti Beynəlxalq Teatr Festivalında

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Teatr Festivalında
27 may 2025
# 12:31

Azərbaycan teatr xadimlərindən ibarət nümayəndə heyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Moskvada keçirilən Çexov adına Beynəlxalq Teatr Festivalının təntənəli açılış mərasimində Fəxri qonaq qismində iştirak edib.

Kulis.az xəbər verir ki, heyətə Akademik Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin üzvü İlham Əsgərov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov və Akademik Milli Dram Teatrının Ədəbi hissə müdiri, Teatr Xadimləri İttifaqının üzvü Cavid Zeynallı daxil olub.

Festivalın açılış mərasimi mayın 23-də Kreml Sarayında Çin Xalq Respublikasının "Poetik rəqs: əfsanəvi mənzərənin səyahəti" rəqs-tamaşası ilə olub. İyulun 25-dək davam edəcək festivalda Hindistan, Kolumbiya, İran, Braziliya, Qazaxıstan, Argentina və başqa ölkələr tamaşa ilə çıxış edəcəklər.

Moskvaya səfər çərçivəsində İlham Əsgərov Y. Vaxtanqov adına Dövlət Akademik Teatrının direktoru Kiril Krokla görüşüb. Görüşdə iki teatr arasında gələcək əməkdaşlığı nəzərdə tutan Memorandumun imzalanması haqqında ilkin danışıq aparılıb. Kiril Krok Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə müxtəlif istiqamətli yaradıcı əməkdaşlığa məmnuniyyətlə hazır olduğunu diqqətə çatdırıb.

Görüşdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının gənc aktyorlarının, eləcə də yaradıcı və texniki heyətin 2025-ci il ərzində Y. Vaxtanqov adına Dövlət Akademik Teatrında yaradıcılıq təcrübəsi keçməsi ilə bağlı razılıq əldə olunub. Eyni zamanda böyük tarixi və ənənəsi olan bu teatrdan Akademik Milli Dram Teatrına rejissor dəvət olunması məsələsi müzakirə olunub.

Görüş qarşılıqlı hədiyyələrin təqdim olunması ilə yekunlaşıb.

Səfər müddətində İlham Əsgərov eyni zamanda Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının iclasında iştirak edib, rəhbərlik etdiyi teatrın Çexov adına Beynəlxalq Teatr Festivalında iştirakı haqqında müzakirə aparıb, Çexov festivalı üçün xüsusi hazırlanmış xalçanı hədiyyə edib.

Azərbaycan nümayəndə heyəti həmçinin Bolşoy Teatrda "Salome" (Rixard Ştraus), Y. Vaxtanqov adına Dövlət Akademik Teatrında isə "Teatr" (Somerset Moem) tamaşalarına baxıblar.

# 1910 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan və Çin teatrları əməkdaşlığa başlayır

Azərbaycan və Çin teatrları əməkdaşlığa başlayır

13:00 18 dekabr 2025
Sumqayıt Teatrı  “Varlı ev”i təqdim etdi

Sumqayıt Teatrı “Varlı ev”i təqdim etdi

13:20 16 dekabr 2025
“Eynək” İncəsənət Studiyası  ilk tamaşasını təqdim etdi

“Eynək” İncəsənət Studiyası ilk tamaşasını təqdim etdi

17:02 11 dekabr 2025
Kukla Teatrında yeni tamaşa: "Dovşanın ad günü"

Kukla Teatrında yeni tamaşa: "Dovşanın ad günü"

15:12 4 dekabr 2025
Sumqayıt Teatrında yeni tamaşa: "Varlı ev"

Sumqayıt Teatrında yeni tamaşa: "Varlı ev"

12:01 4 dekabr 2025
Musiqili Teatrda Rumıniya folklor gecəsi  keçirildi

Musiqili Teatrda Rumıniya folklor gecəsi keçirildi

13:00 3 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər