Ağalar İdrisoğlunun 75 illiyi qeyd olundu

Ağalar İdrisoğlunun 75 illiyi qeyd olundu
17 mart 2025
# 13:32

Martın 15-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor, Əməkdar İncəsənət Xadimi Ağalar İdrisoğlunun yaradıcılığının 50 illiyi, həyat fəaliyyətinin isə 75 illik yubileyi keçirilib.

Kulis.az xəbər verir ki, Mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yubiley tədbirinə dəvət olunan qonaqlar Xalq şairi Nəriman Həsənzadə, Xalq şairi Sabir Rüstəmxanlı, yazıçı publisist Hümbət Həsənoğlu, rəssam Hüseyn Mirtəqevi çıxış edərək rejissoru yubiley münasibəti ilə təbrik edib, onun həyat və yaradıcılığından, Azərbaycan teatrının inkişafındakı xidmətlərindən bəhs ediblər.

Teatr Xadimlər İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov yubiliyar haqqında səmimi fikirlər səsləndirib.

Daha sonra Ağalar İdrisoğlu Teatr Xadimlər İttifaqı tərəfindən "Teatr fədaisi" medalı ilə təltif olunub.

Qeyd edək ki, tədbirin davamında yubiliyarın quruluşunda bolqar dramaturqu Panço Pançevin "Dörd əkizin nağılı" adlı pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunub.

# 3063 dəfə oxunub

Oxşar xəbərlər

“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

18:17 3 noyabr 2026
“Balaca səyyah”  premyeraya hazırlaşır

“Balaca səyyah” premyeraya hazırlaşır

16:20 3 noyabr 2026
Gürcüstanlı nazir  Akademik Milli Dram Teatrının qonağı oldu

Gürcüstanlı nazir Akademik Milli Dram Teatrının qonağı oldu

11:36 29 oktyabr 2026
Pantomima Teatrı beynəlxalq festivalda mükafat qazandı

Pantomima Teatrı beynəlxalq festivalda mükafat qazandı

17:00 28 oktyabr 2026
Oktay Mehdiyevin  50 illik yubileyi səhnədə qeyd olundu

Oktay Mehdiyevin 50 illik yubileyi səhnədə qeyd olundu

17:30 19 oktyabr 2026
“Pullu komediya”  tamaşasının premyerası olacaq

“Pullu komediya” tamaşasının premyerası olacaq

16:20 14 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər