Penisin gözmuncuğu olduğu ölkə-FOTOLENT

Penisin gözmuncuğu olduğu ölkə-FOTOLENT
28 noyabr 2013
# 08:30

Himalay dağlarında yerləşən Butan krallığı turistləri təkcə əsrarəngiz dağ mənzərələri ilə deyil, ölkənin hər yerinə yayılmış fallos mənzərələri də heyrətləndirir. Fallos rəsmlərini hər yerdə-evlərin, restoranların, mağazaların divarlarında görə bilərsiniz.

Fallos - kişi cinsiyyət orqanının simvolik rəsmidir. Bir çox ölkələrdə fallos simvollarının özünəməxsus rolları, funksiyaları var. Bəs Butanda fallos rəsmlərinin divarlara vurulmasının məqsədi nədir?

Buddist ölkə olan Butanda artıq beş əsrdir ki, əhali evlərin divarlarına fallos rəsmi çəkir. İlk baxışdan bu iş olduqca asan görünsə də (nəticədə ortaya çıxan rəsm sadə həndəsi fiqurların birləşməsidir) Butanda bu işi daha çox rəssamlar görür. Üstəlik fallos rəsmləri olduqca rəngarəng və müxtəlifdir.

On il əvvəl Butanda televizora baxmaq qadağası qaldırıldığından dünyaya inteqrasiya güclənib. Artıq yeni nəsil butanlılar evlərinin divarlarına fallos rəsmi çəkməyə utanırlar. Buna baxmayaraq orda da milli adət-ənənəyə sadiq qalanlar, qızğın şəkildə bu adətləri, dolayısıyla fallosu müdafiə edən ağsaqqal və ağbirçəklər var. Onlar da qəti şəkildə fallos şəkillərinin yığışdırılmasına qarşıdırlar.

Axı bu təkcə mədəniyyət nümunəsi deyil, həm də dini ayindir.

Butanlıların inancına görə fallos şəkli çəkilən evlər nəzərdən, bəd ruhlardan qorunur. Bundan başqa fallos məsələsi birbaşa olaraq onların dini rəhbərləri lama ilə bağlıdır.

Əfsanəyə görə Butanda Tibetdən gəlmiş Drupke Kinli adlı bir lama yaşayırmış. Xalq arasında Müqəddəs Dəli kimi tanınan lama buddizmi özünəməxsus metod ilə yayırmış. Əfsanəyə görə lama şərab içib qadınlarla kef çəkməyi çox sevirmiş. Özü də daha çox bakirə qızları yatağına cəlb edirmiş. Təbii ki, bu cür həyat tərzi yaşayan bir adam ən çox nəyi ilə öyünər? Dərinə getməyək...

Deməli lama Kinli bir gün səfərə çıxır. Yolda Vodye adlı şeytanla qarşılaşır. Kinli öz kişilik orqanı ilə onun başına vuraraq xeyirxah mələyə çevirir. Bundan sonra daha bir neçə şər ruhlarını eyni metodla mələyə çevirir.

Beləliklə bir lamanın penisi bütöv bir xalqın “gözmuncuğu”na dönür.

Butanda mövcud olan Çimi Lxaxanq adlı monastır Kinlinin şərəfinə tikilib. Monastırda bir neçə taxta penis də saxlanılır. Onlardan ən uzununun gümüş qulpları da var, dini ayinlər zamanı istifadə olunur. Deyilənə görə bu penisi Drupka Kinli özü ilə Tibetdən gətiribmiş.

Sonsuz qadınlar bu monastıra gələrək dua edirlər. Monastrın rahibi də penisi dua edən qadının başına vurur.

Butanda həmin lamaya ehtiram olaraq fallos təkcə evlərin fasadlarına çəkilmir, nəyin həndəsi olaraq fallosla bir balaca uyğunluğu varsa onu fallos şəklində düzəldirlər; bulaqların novlarını, stul ayaqlarını, qapı dəstəklərini, asılqanları və s.

Sən demə dünyada özlərinin qədim abidələri, səfalı yerləri, qədim yaşayış məskəni qalıqları, musiqiləri, kulinariyaları ilə deyil fallos rəsmləri ilə turist cəlb edən ölkə də varmış. Neylək, qoy belə olsun, biz yalnız bunu deyə bilərik, GÖZ DƏYMƏSİN!

# 6700 dəfə oxunub

Oxşar xəbərlər

Acın ova, toxun Allaha getdiyi yer... - Qobustanla Göbəklitəpəni hansı sirr birləşdirir?

Acın ova, toxun Allaha getdiyi yer... - Qobustanla Göbəklitəpəni hansı sirr birləşdirir?

14:00 11 oktyabr 2026
Qazaxıstanın qayaya oyulmuş sirli məscidləri UNESCO siyahısında: Manqıstau möcüzəsi

Qazaxıstanın qayaya oyulmuş sirli məscidləri UNESCO siyahısında: Manqıstau möcüzəsi

16:00 10 oktyabr 2026
"Tağıyevdən savayı hansı dövlətlimiz bir kitabxana vücuda gətirib?" - Ömər Faiq Nemanzadənin tələbi nə idi?

"Tağıyevdən savayı hansı dövlətlimiz bir kitabxana vücuda gətirib?" - Ömər Faiq Nemanzadənin tələbi nə idi?

14:00 10 oktyabr 2026
AXC-nin diplomatı niyə Azərbaycana qayıtmağa qorxurdu? – Cavad xanın nəvəsinin taleyi

AXC-nin diplomatı niyə Azərbaycana qayıtmağa qorxurdu? – Cavad xanın nəvəsinin taleyi

16:00 7 oktyabr 2026
Erməni dilini bilən, anasının doğum günündə şəhid olan "Hadrut fatehi" - Camal İsmayılov kimdir?

Erməni dilini bilən, anasının doğum günündə şəhid olan "Hadrut fatehi" - Camal İsmayılov kimdir?

12:00 5 oktyabr 2026
Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

11:00 2 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər