İntellektuallar daha çox içir

İntellektuallar daha çox içir
10 iyul 2013
# 10:41

“İnsan nə qədər ağıllıdırsa, bir o qədər içkiyə meyl edir”. “New Scientist” jurnalının yazdığına görə bu nəticəyə bir qrup amerikalı və ingilis alim gəlib.

Alimlərin fikrincə, insanın IQ göstəricisi nə qədər yüksəkdirsə, o qədər çox içir.

Alimlər könüllüləri IQ göstəricilərinə görə 5 qrupa bölərək onlardan içki barədə soruşublar.

Bəlli olub ki, intellektuallar hamıdan çox içir. Orta səviyyəli intellektə malik olanlar spirtli içkilərdən asılı deyillər. Onların arasında içməyənlər daha çoxdur. Ekspertlər hələlik bunun səbəblərini izah edə bilmirlər. Ancaq burada birbaşa asılılığın olduğunu bildirirlər.

Bəlkə də bu və ya başqa səbəbdən məşhur şəxslərin adı tez-tez içki ilə birlikdə hallanır.

Tanınmış və məşhur içki düşkünləri. Alkoqol asılılığından yaxa qurtara bilməyən məşhurların haqqında çoxlu kədərli əhvalatlar mövcuddur. (Bəzilərində bu asılılıq narkotik vasitəsilə daha da çətinləşib). Təəssüflər olsun ki, çoxlu sayda istedadlı aktyor, musiqiçi, rəssam, modelyer, yazıçı, hətta idmançılar içki ucbatından həyatdan vaxtsız köçüblər.

Vladimir Vısotski, Merlin Monro, Elvis Presli, yazıçılar - O. Henri, Doroti Parker, Ernest Heminquey, Edqar Alan Po ,müğənni Emmi Uaynhaus, aktyor Vladislav Qalkin, futbolçu Valeri Voronin.

Əfsuslar olsun ki, tanınmış alkoqoliklərin siyahısını uzatmaq olar.

Ancaq bütün bunlarla bərabər, bəzi məşhur alkoqoliklər normal həyata qayıda biliblər. Britni Spirs, Paris Hilton, Uitni Hyuston, Rinqo Starr, Conni Depp, Raymond Pauls, Aleksandr Rozenbaum, Yuri Şevçuk, Aleksey Nilov-bunlar hamısı keçmiş alkoqoliklərdir. Onların normal həyata qayıtmalarına ölüm və ağır xəstəlik qarşısında qorxu, doğmalarının dəstəyi, reabilitasiya mərkəzlərində müalicə və əlbəttə ki, məhəbbət böyük rol oynayıb.

# 2781 dəfə oxunub

Oxşar xəbərlər

"Bu məhkəmə zalından da zərər çəkib gedirəm…" - İfadəmdə olmayanlar

"Bu məhkəmə zalından da zərər çəkib gedirəm…" - İfadəmdə olmayanlar

15:00 28 aprel 2025
Dinməz-söyləməz! – “İç xəbərin Sərxanı” üçün…

Dinməz-söyləməz! – “İç xəbərin Sərxanı” üçün…

15:55 25 aprel 2025
Mircəfər Bağırovun ölümdən xilas etdiyi şair - İlk sərbəst şeirin müəllifi kimdir?

Mircəfər Bağırovun ölümdən xilas etdiyi şair - İlk sərbəst şeirin müəllifi kimdir?

12:00 25 aprel 2025
43 nəfərin qatili  ilə Nazım Hikməti birləşdirən nə idi?

43 nəfərin qatili ilə Nazım Hikməti birləşdirən nə idi?

09:37 21 aprel 2025
"Ertəsi gün evimizi yoxlamaq üçün komissiya gəldi..." - Nazir qızının xatirələri

"Ertəsi gün evimizi yoxlamaq üçün komissiya gəldi..." - Nazir qızının xatirələri

09:00 12 aprel 2025
Zəngəzurlu mücahidin evində - Dilqəm Əhməd

Zəngəzurlu mücahidin evində - Dilqəm Əhməd

11:00 10 aprel 2025
#
#
# # #