Üç uşağını itirdi, qızlarına həbsxana həyatı yaşatdı, ölüm kağızı üçün rüşvət istədilər - Yazı masası olmayan Məmməd Araz

Üç uşağını itirdi, qızlarına həbsxana həyatı yaşatdı, ölüm kağızı üçün rüşvət istədilər - Yazı masası olmayan Məmməd Araz
13 iyul 2021
# 14:45

Kulis.az Xalq şairi Məmməd Araz haqqında 10 qeyri-adi faktı təqdim edir.

1. Pedaqoji təhsil alıb. Ali savadlı coğrafiya müəllimi idi. Müəllim kimi bir neçə yerdə işləyib. Tələbə vaxtı Xalq yazıçısı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbi dərnəyə gedirmiş. İstedadı da ilk dəfə orda bəlli olub.

2. Qızı, tanınmış yazıçı-publisist İradə Tuncay deyir ki, ağır xasiyyəti olub. Uşaqlarına ciddi nəzarət edirmiş: “Mən həbsxana şəraitində yaşamışam. Heç yerə getməyə icazə vermirdi. Ancaq dərs-ev, ev-dərs. Qısa geyinməyə, diqqət çəkməyə, bərkdən gülməyə, hətta saçı yığmağa belə icazə vermirdi”.

3. Məmməd Arazın işləyə biləcəyi ayrıca iş otağı – yazı masası olmayıb. Bir neçə dəfə ev dəyişdirib. Buna baxmayaraq, hər dəfə yazmağa macal tapırmış.

4. Qardaşı ovaxtkı APİ-də oxuyurdu. Məmməd Araz universitetə gedib-gələndə gələcək xanımını görür və xoşuna gəlir. Onları Kələntər Kələntərli tanış edir. İlk görüşlərində bulvarda gəzəndə qadın onun şeirlərini əzbər deyir. Beləcə, bir-birilərini sevirlər və ailə həyatı qururlar.

5. İki qızı vardı – onların arasında dünyaya gələn üç uşağı isə vəfat etmişdi. Oğlunun olmağını istəyirmiş həmişə. Hətta şeirində də buna vurğu edib:

Qızlarım taleyin ulduz töhfəsi,
oğul da görəydim gərək yuxuda.

Başqa bir şeirində isə oğlu olmadığı üçün ona sonsuz deyənlərdən şikayətlənir.

Oğlun yoxdu - sonun yoxdu, dedilər,
Sağın yoxdu, solun yoxdu, dedilər,
Odun boyda suyun yoxdu, dedilər,
Bu da belə bir ömürdü, yaşadım.

6. Oxucular ona saysız-hesabsız məktublar göndərirmiş. O məktubların içində sevgi məktubları da vardı. Lakin Məmməd Araz xanımı onu görməsin deyə gizlədirmiş:

Xanımı o günləri belə xatırlayır: “Bildim ki, ona sevgi dolu məktublar da yazılırmış. Ancaq Məmməd məndən onları gizlətmişdi. Demişdi ki, sənin ürəyində xal düşməsin deyə, həmin sevgi məktublarını əlyazmalara verdim.

7. “Ədəbiyyat qəzeti”nin baş redaktor müavin idi. Nəriman Nərimanovun 100 illiyinə görə qəzetin həmin nömrəsini ona həsr etmişdilər. Səhifəyə xatirələri, onun haqqında yazılar, açılmamış heykəlin şəklini qoymuşdular. Bu, ciddi narazılıq yaratmışdı, deyirdilər, xalq düşməninə niyə qəzetdə geniş yer verilib. Yazıçılar İttifaqında müzakirələr olub. Məmməd Araz həmin vaxt ezamiyyətdəymiş. İclas keçirilir, Məmməd Arazı işdən çıxarırlar, hamı əl qaldırır, bircə Sabir Əhmədov etiraz edir ki, adamın özü burda yoxdur, özü haqqında heç nə deyə bilmir, siz onu işdən çıxarırsınız. Hətta partiyadan çıxarılma məsələsi də qoyulub. Ancaq bu, elə söhbət olaraq qalıb.

Məmməd Araz bundan sonra iki il işsiz qalıb. Və ailə yalnız Ədəbiyyat Fondundan gələn cüzi gəlirlə dolanıb.

8. Ev-məişət işlərində çox bacarıqsız adam imiş. Qızının dediyinə görə, bir dənə mıx da vura bilmirmiş. Tanınmış yazıçı, Millət vəkili Aqil Abbas onun kürəkənidir və uzun illər Məmməd Arazın evində yaşayıb. Buna səbəb Məmməd Arazın nəvələrindən ayrı qala bilməməsi olub. Ona atası qədər hörmət edən Aqil Abbas şairin yanında heç vaxt siqaret çəkməyib.

No description available.

9. Yəhudi əsilli sovet şairi Mixail Svetlovun şeirlərini tərcümə etdiyi vaxt ilk dəfə əlləri titrəməyə başlayır. Evdəkilər təşvişə düşür, həkim yanına aparırlar, lakin diaqnoz qoymaq mümkün olmur. Moskvaya gedir. Orada diaqnoz qoyulur ki, bu xəstəlik parkinsondu (mərkəzi sinir sistemində dopamin neyronlarının məhv olması).

10. Ailəsinə xəstəxanadan “24 “şirvan” pul ödəməlisiniz" demişdilər. Məmməd Arazın bu xəstəxanada öldüyünü təsdiqləmək üçün…

# 9468 dəfə oxunub

Oxşar xəbərlər

"Sovet rejimi yəhudi beyni, çin süngüsü və rus axmaqlığı ilə qorunur" - Nağı bəy Şeyxzamanlı

"Sovet rejimi yəhudi beyni, çin süngüsü və rus axmaqlığı ilə qorunur" - Nağı bəy Şeyxzamanlı

12:33 7 iyul 2026
Nəriman Nərimanovun evində böyüyən, Bağırovun repressiyadan xilas etdiyi əfsanə - İlk qadın təyyarəçimizin ən böyük sirri

Nəriman Nərimanovun evində böyüyən, Bağırovun repressiyadan xilas etdiyi əfsanə - İlk qadın təyyarəçimizin ən böyük sirri

14:00 4 iyul 2026
Repressiya qurbanı,  yoxsa repressiya iştirakçısı? – Ayna Sultanovanın müəmmalı taleyi

Repressiya qurbanı, yoxsa repressiya iştirakçısı? – Ayna Sultanovanın müəmmalı taleyi

12:00 3 iyul 2026
Xiyabaninin davamçısı, Təbrizin son ümidi - Pişəvəri necə milyonların qəhrəmanına çevrildi?

Xiyabaninin davamçısı, Təbrizin son ümidi - Pişəvəri necə milyonların qəhrəmanına çevrildi?

10:00 11 iyun 2026
Erməni  müstəntiqə sərt cavab verən cümhuriyyətçi - O, niyə azad edilməsinə razı olmamışdı?

Erməni müstəntiqə sərt cavab verən cümhuriyyətçi - O, niyə azad edilməsinə razı olmamışdı?

14:00 1 iyun 2026
"Artıq meydanda heç bir bəhanə qalmadı..."  - Nəsib Bəy Yusifbəyli gənclərə müraicətində nə yazırdı?

"Artıq meydanda heç bir bəhanə qalmadı..." - Nəsib Bəy Yusifbəyli gənclərə müraicətində nə yazırdı?

12:00 31 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər