Rəsul Rzanın Anara məktubu: “...bütün sərxoşlar Yazıçılar İttifaqına üzv olardı”

Rəsul Rzanın Anara məktubu: “...bütün sərxoşlar Yazıçılar İttifaqına üzv olardı”
7 oktyabr 2013
# 09:54

Layihə-Məşhurların məktubları

Kulis.az Rəsul Rzanın oğlu Anara yazdığı məktubu təqdim edir.

Anar, salam!

Nigarla sənə bəzi materiallar göndərmişdim. Bu gün universitetin qəbul qaydalarını sənə göndərirəm. Həm söhbət nəticəsində, həm də qəbul qaydalarından məlum olur ki, bütün

fakültələrdə rus dili və əcnəbi dillərə çox fikir verilir. Sən bütün imtahanları əla verəndən sonra Moskvaya gəlincəyə qədər rus və ingilis dilləri ilə ciddi məşğul olmalısan. Bu il ali

məktəblərə qəbul məsələsi çətinləşdiyi və ciddiləşdiyi üçün daxil olmaq istəyənlər möhkəm hazırlaşacaqlar. Hansı institutu seçmək barəsində mən sənə bir məsləhət vermədən əvvəl aldığım məlumat əsasında bu institutların bir ötəri şəklini çəkim.

Qorki adına Yazıçılar İttifaqının institutu Puşkin meydanına yaxın, keçmiş "Dom Gertsena" deyilən binada yerləşir. Bilirsən ki, vaxtilə Mayakovski bu evin başabəla "şöhrəti" haqqında

yazmışdı. O zaman burada Yazıçılar Klubu varmış. Yazıçı qardaşlar burda möhkəm əyyaşlıq, pozğunluq və başqa bu kimi işlərlə məşğul olurlarmış. O zamandan xeyli vaxt keçib, çox şey

dəyişib, indi bu binada institut və 2 illik yüksək tipli Yazıçılar kursu (aspirantura tipli) yerləşir. Lakin Mayakovskinin yazdığı o boqema və pozğunluqlardan ilişib qalan bir çox "əməllər" hələ də qalır.

...studentlərdən bir çoxu – güclərini qızışmış üzüm suyu və bu kimi "dəli sulara" vururlar. Amma məlumdur ki, hər sərxoş yazıçı olsaydı, onda bütün pivə dükanları, çaxır zavodları və

kabaklar yazıçı məktəbi adlanardı və bütün sərxoşlar Yazıçılar İttifaqına üzv olardı. Sən deyərsən ki, belələri yazıçılar sırasında az deyil, ancaq bilirsən ki, bu heç də belə adamların

talant dərəcəsinin yüksəkliyinə dəlalət etmir. Bu işin bir tərəfidir. İkinci tərəfi odur ki, ora daxil olanların çoxu bu institutun ancaq "yaradıcılıq" institutu olduğunu zənn edir. Həm də bu yaradıcılığı çox qəribə başa düşürlər. Başqa dərslərə gözucu baxır, ancaq məhəbbət dastanları yazmaqla məşğul olurlar. Onların yazdıqları əksəriyyətlə abstrakt, həyat və xalq ilə heç bir əlaqəsi olmayan əsərlər olur. Əlbəttə, burda da elm öyrənmək, bilik və dünyagörüşünü genişləndirmək üçün təmkinlə hər cürə zəhmətə və məhrumiyyətə qatlaşan tələbələr də var...

Əgər doğrudan da, "obrazovannı" adam olmaq, ali savad almaq, həqiqi, ciddi yaradıcılıq üçün qüvvə toplamaq istənilirsə, əlbəttə, bu institutda da bunlar mümkündür. Burada ədəbiyyat tarixi, dil, məntiq, fəlsəfə və sair keçilir.

Yaxşı cəhəti odur ki, burda ciddi, əqilli, daxilən təmiz və nəcib adam gələcək yaradıcı iş üçün çox şey qazana bilər...”

“Sizsiz” xatirə-romanı

Mənbə: Anar, “Dünya bir pəncərədir” Bakı, Gənclik - 1986

# 4184 dəfə oxunub

Oxşar xəbərlər

"Mən belə bir yerdə yaşaya bilmərəm..." - Marina Svetayeva

"Mən belə bir yerdə yaşaya bilmərəm..." - Marina Svetayeva

12:50 8 oktyabr 2025
Renessans dövrünün rəssamı - Albrext Dürer hansı rəsmdə özünü İsa Məsihə bənzətmişdi?

Renessans dövrünün rəssamı - Albrext Dürer hansı rəsmdə özünü İsa Məsihə bənzətmişdi?

18:35 6 oktyabr 2025
“Kişiyə papaq yaraşar” – Erməni prokuror Firidun Şuşinskidən niyə qisas almışdı?

“Kişiyə papaq yaraşar” – Erməni prokuror Firidun Şuşinskidən niyə qisas almışdı?

12:00 6 oktyabr 2025
Sübh kimi işıq saçan at idim... - Elham Eslaminin şeirləri

Sübh kimi işıq saçan at idim... - Elham Eslaminin şeirləri

15:00 5 oktyabr 2025
"Bu həqiqəti sağlığında onun dilindən də eşitmişdim..." - Abbas Səhhətlə İsa İsmayılzadəni nə birləşdirir?

"Bu həqiqəti sağlığında onun dilindən də eşitmişdim..." - Abbas Səhhətlə İsa İsmayılzadəni nə birləşdirir?

15:00 4 oktyabr 2025
"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB

"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB

12:00 1 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər