Azərbaycan Yazıçılar Birliyi bir neçə nominasiya üzrə mükafatlar təsis edib. Bu barədə Kulis.az-a Azərbaycan Yazıçılar Birliyinin ədəbi mükafatlar komissiyasının katibi Fərid Hüseyn məlumat verib. Onun sözlərinə görə mükafatlar 5 nominasiyada veriləcək. Ən yaxşı nəsr əsərinə görə–Yusif Səmədoğlu, ən yaxşı poetik əsərə görə – Əli Kərim, ən yaxşı tənqid və esseistik əsərə görə–Yaşar Qarayev, ən yaxşı tərcümə əsərinə görə–Abbas Səhhət mükafatı, Azərbaycan haqqında yazılmış ən yaxşı publisistik əsərə görə–Nəcəf Nəcəfov mükafatı veriləcək. Mükafatların hər birinin dəyəri 2000 (iki min) manat müəyyən edilir.
Azərbaycan Yazıçılar Birliyinin mükafatları iki ildə bir dəfə (2013-cü ildən başlayaraq) son iki ildə yaranmış ən yaxşı əsərlərə verilir.
Müəlliflər kitablarını Bakı şəhəri S.Rüstəm küç.; 25 ünvanında yerləşən Bakı Slavyan Universitetinin “Tərcümə problemləri” elmi-tədqiqat problemləri laboratoriyasına 31 dekabr 2012-ci il tarixinə qədər təqdim etməlidirlər. Elektron mətnlər və əlyazmalar qəbul edilmir. Müəlliflərdən əsərin 3 nüsxəsi və qısa əbədi bioqrafiyaları tələb olunur. Hər müəllif yalnız bir nominasiya üzrə əsər təqdim edə bilər.
Mükafatlar Novruz bayramı ərəfəsində – ilaxır çərşənbə günündə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda təqdim ediləcək. Mükafatlar barədə daha geniş məlumatla Azərbaycan Yazıçılar Birliyinin ədəbi mükafatları haqqında əsasnamədə tanış ola bilərsiniz. Mükafatlar haqqında suallarınızı [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Mükafat komissiyasının sədri yazıçı Kamal Abdulla, üzvləri Azər Mustafazadə, Vaqif Səmədoğlu, Mövlud Süleymanlı, Ramiz Rövşən, Əjdər Ol, Salam Sarvan, Bəsti Əlibəyli, İlqar Fəhmidir. Komissiyanın katibi isə Fərid Hüseyndir.
Yazıçılar Birliyi 2 000 manatlıq mükafatlar təsis etdi
Oxşar xəbərlər
"Qəlbim döyünməyə davam edəcək...” - Məşhur "My heart will go on" necə yarandı?
16:00
25 avqust 2026
Zəhmətin işıqlı tərənnümü - Xalidə Səfərovanın "Xalça toxuyanlar"ı
14:20
25 avqust 2026
“Mənə etiraf etdin ki, gecələr...” – “Çervona Ruta” necə yarandı?
16:00
24 avqust 2026
Yarımçıq qalan ilahi zəriflik - "Uzun boyunlu Madonna"
14:20
24 avqust 2026
Eşq, mütaliə və ehtiras... - Tanınmış fransız rəssamın məşhur əsərləri
13:00
22 avqust 2026
“Mənə liderliyi ələ alacaq kişi lazımdır” – Məşhur "Training season" necə yarandı?
10:30
22 avqust 2026