Dünya səviyyəli rejissorlar bir-birlərini necə biabır etdilər?

Dünya səviyyəli rejissorlar bir-birlərini necə biabır etdilər?
31 yanvar 2014
# 13:13

Kulis.az dünya səviyyəli rejissorların bir-biri haqqında dedikləri tənqidi fikirləri təqdim edir.

Truffo Antonioni haqqında:

“Antonioni gözəl bir söz deyə bilmədiyim yeganə önəmli rejissordur. Hər zaman ciddidir, yumor hissi yoxdur və onun filmlərinə baxanda sıxılıram”.

Berqman Antonioni haqqında:

“O, Fellini, Bünüel, Kurosava, Tarkovski ilə bir cərgədə imiş kimi görünür. Amma öz sıxıntısını çox uzadır”.

Berqman Orson Uels haqqında:

“Mənim gözümdə o zəhlətökən bir adamdır: boş və ölüdür. Diqqətçəkən bir tərəfi yoxdur. “Vətəndaş Keyn” filmilə tənqidçilərin sevimlisi oldu və darıxdırıcılıqda tayı yoxdur. Bu gilmin qazandığı şöhrətə hələ də inanmıram”.

Berqman Lan Luk Qodar haqqında:

“Onun filmlərindən heç nə anlamıram. Yalnız saxta intellektualıq. Başqa heç nə yoxdur. Kinematoqrafik olaraq heç bir maraqlı cəhəti yoxdur və son dərəcə darıxdırıcıdır. Həyatımda onun qədər darıxdırıcı adam görməmişəm. Elə bil filmlərini tənqid üçün çəkir”.

Uels Qodar haqqında:

“Rejissor kimi kinematoqrafiyaya az-çox dəxli var, amma “fikir adamı kimi necədir” soruşsanız, məndən müsbət cavab gözləməyin. Onun verdiyi mesajların iynə ucu boyda dəyəri yoxdur”

Verner Hersoq Jan-Lyuk Qodar haqqında:

“Yaxşı bir kung-fu filmi ilə tutuşduranda Qodarın filmləri saxta pul kimi görünür”

Qodar Tarantino haqqında:

“Tarantino kino şirkətinə mənim filmimin adımı verib. Kaş bunu yerinə pul verəydi”.

Harmoni Korin Tarantino haqqında:

“Tarantinonun filmləri ilk baxışda əyləncəlidir, amma açıq görünür ki, onlar kütləvi mədəniyyətdən qidalanır”.

Nik Brumfild Tarantino haqqında:

“Onun filmləri orta məktəb uşağının seks və zorakılıq dolu fantaziyaları kimidir. Yəqin ki, Tarantino anası aşağı mərtəbədə lobya bişirəndə yuxarı mərtəbədə onanizmlə məşğul olan uşaqlardandır”.

Spike Li Tarantino haqqında:

“Mən zənci sözünə qarşı deyiləm, bu sözü həddini aşmamaqla işlədirəm. Amma Kventin bu sözə dəlicəsinə aşiqdir. Şərəfli bir zənci olmaq istəyir nədi?”

Klint İstvud Spayk Li haqqında:

“Onun yerinə olsam üzümü örtərdim”.

Jak Rivyette Stenli Kubrik haqqında:

“Elə bil robot, mutant, ya da marslıdır. Bu adamın insani hissləri yoxdur. Bir robot, başqa robotları filmə çağıranda gülməli vəziyyətlər yaranır”.

Jak Rivyette Ceyms Kameron və Stiven Spilberq haqqında:

“Kamerona şeytandı demərəm, ən azı o Spilberq kimi alçağın təki deyil. Əlbəttə yeni Demi Mil olmaq istəyir.

Verner Hersoq Abel Herrar haqqında:

“Heç bilmirəm o kimdir? Filminə de baxmamışam. Fransızdı, italyandı nədi? Qoyun gedib yel dəyirmanları ilə vuruşsun”.

Devid Krononberq Nayt Şaymalan haqda:

“Bu hərifdən zəhləm gedir. Lütfən növbəti sual”.

Alan Parker Piter Qriniuey haqqında:

“Filmləri saxta-saxta hərəkətlərlə doludur”.

Devid Qordon Qrin Keyvin Smit haqqında:

“Şkalanı çox aşağı saldı. Anası onunla qürur duya bilir. Amma mən dünyasında bilet alıb ona baxmaram”

Kevin Smit Paul Tomas Anderson haqqında:

“Onun “Maqnoliya”sına bir də baxmayacam, amma ibrət kimi saxlayıram. Çünki bu film bir işdə və ya bir xarakterdə nağara kimi şişmiş dahilik xəstəliyinin nə qədər pis bir xüsusiyyət olduğunu çox gözəl şəkildə çatdırır”.

Aleks Kokstan Stiven Spilberq haqqında:

“O, rejissor deyil, qənnadıçıdı”.

# 2706 dəfə oxunub

Oxşar xəbərlər

Məni dostlarım öldürdü - Akif Səmədin şeirləri

Məni dostlarım öldürdü - Akif Səmədin şeirləri

12:00 6 iyul 2025
"Səni öldürərlər, uff da deməzlər" - Əsəd Qaraqaplanın yeni şeirləri

"Səni öldürərlər, uff da deməzlər" - Əsəd Qaraqaplanın yeni şeirləri

12:00 5 iyul 2025
"O oxuyanda yekə kişilər göz yaşı tökürdü" - Xan Şuşinskinin ən layiqli varisi

"O oxuyanda yekə kişilər göz yaşı tökürdü" - Xan Şuşinskinin ən layiqli varisi

10:00 5 iyul 2025
Xalq yazıçısı Elçin:  "Səməd Vurğunu "yaltaq" adlandırıb..." - Müsahibə

Xalq yazıçısı Elçin: "Səməd Vurğunu "yaltaq" adlandırıb..." - Müsahibə

09:00 4 iyul 2025
Ona görə Mirzə Cəlil xəstəliyə tutuldu, Mikayıl Müşfiq güllələndi, Hüseyn Cavid sürgün olundu - Erməni müstəntiqin ölümə göndərdiyi ilk qadın nazirimiz

Ona görə Mirzə Cəlil xəstəliyə tutuldu, Mikayıl Müşfiq güllələndi, Hüseyn Cavid sürgün olundu - Erməni müstəntiqin ölümə göndərdiyi ilk qadın nazirimiz

12:08 3 iyul 2025
Nə şah unutdura bildi, nə molla - Edam ipini öpən azərbaycanlı şair kimdir?

Nə şah unutdura bildi, nə molla - Edam ipini öpən azərbaycanlı şair kimdir?

09:00 2 iyul 2025
#
#
# # #