Avtomobil qəbiristanlığından FOTOLENT

Avtomobil qəbiristanlığından FOTOLENT
22 noyabr 2012
# 14:17


Avtomobil qəzalarının sayı durmadan artır.

Rəsmi statistikaya görə, bu ilin sentyabrına kimi Azərbaycanda yol qəzalarında 705 nəfər ölüb, 2028 nəfər yaralanıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov deyir ki, yol qəzalarının baş verməsinin əsas səbəbi surət həddinin aşılmasıdır:”Bunun nəticəsi olaraq, hər gün magistral yollarda ölümlə nəticələnən yol qəzaları baş verir. Bununla bağlı müəyyən işlər aparılır. Cərimələr artırılır, radarların sayı artırılır. Amma bizim sürücülər yenə yol hərəkəti qaydalarına riayət etmir, avtomobili yüksək sürətlə idarə edir, özlərini və yaxınlarını təhlükəyə atırlar. Piyada zolaqlarında yolu keçmək istəyən piyadalara yol verilmir”.

Vaqif Əsədov piyadalarda da günah olduğunu söyləyir: “Piyadaların vurulması ilə nəticələnən yol qəzaları ilin əvvəlindən bu günə kimi 49% təşkil edir. Bu istiqamətdə yol polisi xüsusi işlər aparır. Təəssüf ki, piyadalar da sürücülər kimi qaydalara əməl etmirlər. Yolun hərəkət hissənə çıxır, piyada zolaqlarından, yerüstü, yeraltı keçidlərdən yararlanmırlar. Bu il ərzində piyada keçidlərindən istifadə etməyən, yolun hərəkət hissəsindən keçən piyadaların sayı iyirmi iki mindir. Bununla bağlı, Post Patrul xidmətinin əməkdaşlarına səlahiyyət verilib və müvafiq protokollar paylanılıb. Yol hərəkət qanununu pozan piyadalar məsuliyyətə cəlb edilir, onlar barəsində protokollar tərtib edilir”.

Hüquqşünas Mehman Muradlı deyir ki, magistral yolların əksəriyyətində yol nişanlarının olmamağı, sürücülərin yolları yaxşı tanımamağı qəzaların çox olmasına şərait yaradır: “Qanunu sərtləşdirməklə bunların qarşısını almaq mümkün deyil. Ciddi maarifləndirmə işləri aparılmalıdır. Bir çox hallarda sürücülər yol qaydalarını bilmədən sükan arxasına keçirlər. Bu da həm özlərinin, həm də başqalarının həyatla birdəfəlik vidalaşmağı ilə nəticələnir”.

Psixoloq Əfsanə Şahmuradovanın sözlərinə görə, insanın temperamenti, xarakteri, digər şəxsi keyfiyyətləri, hətta deyərdim, dünyagörüşü belə onun, sürət amilinə münasibətini formalaşdırır: “Daha çılğın, kəmhövsələ insanlar sürətə meylli ola bilər. Həmçinin mütəmadi olaraq zərurət olmadan yüksək sürətlə avtomobil idarə etmə məsuliyyət hissinin defisitindən xəbər verir. Yüksək sürətə meyl etmənin ən ciddi səbəblərindən biri də özünə əminlik, özündən razılıq, özünü düzgün qiymətləndirə bilməməkdir. Sürücülər adətən real təhlükəni ciddiyə almırlar, öz peşəkarlıqlarına, maşınlarının göstəricilərinə və ya Allah bilir nəyə güvənirlər. Situasiyanı sadə hesab edirlər. "Bu, mənimlə baş verə bilməz" düşüncəsində olurlar. Bu da mütləq surətdə diqqətin zəifləməsinə gətirib çıxarır, sürücü diqqətini icra etdiyi işə mərkəzləşdirmir və qəza baş verir.

Əksər hallarda gənclər arasında müşahidə edilən yüksək sürətə meyl etmə bir özünütəsdiq, həmçinin özünü ətrafdakılara "nümayiş etdirmə" vasitəsidir”.

Kulis.az “avtomobil ölüxana”sından fotoları təqdim edir.

Fuad Cəfərov

# 4842 dəfə oxunub

Oxşar xəbərlər

“Ey Vidadi, gərdişi-dövrani- “Ovod”a bax” - Mirmehdi Ağaoğlu

“Ey Vidadi, gərdişi-dövrani- “Ovod”a bax” - Mirmehdi Ağaoğlu

12:00 10 iyun 2025
Freyd, “bakılı milləti” və “qazaxşina” - Bakıdakı gizli cəmiyyətin məqsədi nə idi?

Freyd, “bakılı milləti” və “qazaxşina” - Bakıdakı gizli cəmiyyətin məqsədi nə idi?

12:00 7 iyun 2025
Öpüşmək - Orhan Pamuk

Öpüşmək - Orhan Pamuk

09:00 7 iyun 2025
Əsirlikdən qaçan dahi - Ona niyə fotojurnalistikanın "ata"sı deyirdilər?

Əsirlikdən qaçan dahi - Ona niyə fotojurnalistikanın "ata"sı deyirdilər?

09:00 6 iyun 2025
"Danışanda böyük ədəbiyyat çağırışları edirlər..." - Polemika

"Danışanda böyük ədəbiyyat çağırışları edirlər..." - Polemika

10:40 4 iyun 2025
Anka - Orxan Həsəninin yeni hekayəsi

Anka - Orxan Həsəninin yeni hekayəsi

16:21 3 iyun 2025
# # #