Gənc Tamaşaçılar Teatrl dörd tamaşa hazırlayır

Gənc Tamaşaçılar Teatrl dörd tamaşa hazırlayır
18 yanvar 2013
# 13:33

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni ilin ilk həftəsi 4 yeni tamaşanın hazırlanmasına start verib. Bu barədə Kulis.az-a teatrdan məlumat verilib. S.S.Axundov və A.Şaiqin “Qaraca qız” əsəri əsasında eyniadlı tamaşa üzərində Xalq Artisti Vaqif Əsədov yaradıcılıq prosesi aparır. Tamaşanın quruluşçu rəssamı Qurban Məsimov, bəstəkarı Sərdar Fərəcovdur. Tamaşada əməkdar artistlər Gülər Nəbiyeva, Leyli Vəliyeva, Seyidşah Məmmədov, aktyorlar Vüsal Mehrəliyev, Manaf Dadaşov, Sona Babayeva, Güşvər Şərifova, Sevinc Mehrəliyeva, Simuzər Atakişiyeva, Almaz Mustafayeva, Asya Atakişiyeva, Elşən Çarhanlı, Zümrüd Quliyeva, Şəbnəm Hüseynova, Kərəm Hadızadə, İlqarə Tosova, İlham Əsədov, Nuriyyə Əliyeva və başqaları çıxış edəcəklər.

Teatrın yeni quruluşda tamaşaçılara təqdim edəcəyi ikinci tamaşa Bolqar yazarı Panço Pançevin “Dörd əkiz qardaşın nağılı” əsəridir. Tamaşanın quruluşçu rejissoru Ağalar İdrisoğlu, rəssamı Elşən Sərxanlıdır. Əsas obrazlar üzərində əməkdar artistlər Naibə Allahverdiyeva, Nübar Novruzova, Qəmər Məmmədova, aktyorlar Günel Məmmədova, Elnur Hüseynov, Kərəm Hadızadə, Vüsal Mehrəliyev, Anar Səfiyev, Zümrüd Quliyeva, Sona Babayeva və teatrın başqa aktyorları canlandıracaqlar.

Üçüncü tamaşa İsveç yazarı və tanınmış teatrşünas Lars Nurenin “Müharibə” əsəridir. Tamaşanı teatr baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun təqdimatında görə biləcəyik. Tamaşada əsas obrazları Əməkdar artistlər Kəmalə Hüseynova, Qurban İsmayılov, aktyorlar Nigar Məmmədova, Roza İbadova, Rasim Cəfərov ifa edəcəklər.

Novruz bayramı ərəfəsində teatr məktəbliləri yeni tamaşa ilə sevindirəcək. Bu dəfə onlar M.Müfiqin “Şəngülüm, Şüngülüm, Məngülüm” poeması əsasında səhnələşdirilmiş eyniadlı tamaşanı izləyəcəklər.

Tamaşanın quruluşçu rejissoru Nicat Kazımovdur. Səhnə əsərində əsas rolları Əməkdar artist Kəmalə Hüseynova, aktyorlar Mehriban Hüseynova, Vüsal Mehrəliyev, Ceyhun Məmmədov, Asya Atakişiyeva, Elnur Kərimov, Səfa Mehdi, Eşqin Quliyev, Sevinc Mehrəliyeva, Zülfiyyə Alhüseynova, Anar Seyfullayev, Müşfiq Əliyev və başqaları ifa edəcəklər.

Yeni tamaşaların premyeraları bu ilin fevral və mart aylarında baş tutacaq.

# 3360 dəfə oxunub

Oxşar xəbərlər

Bir gecəlik əlimdi kürəyin üstdən keçən...- Sevinc Yunuslunun yeni şeirləri

Bir gecəlik əlimdi kürəyin üstdən keçən...- Sevinc Yunuslunun yeni şeirləri

15:00 16 mart 2026
Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk qadın yazıçı - O, özü haqqında nəyi etiraf etmişdi?

Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk qadın yazıçı - O, özü haqqında nəyi etiraf etmişdi?

10:00 16 mart 2026
“Qisməti günümüzün ziyalısı kimi qiymətləndirməkdən qorxmayın” — Nadir Yalçın yazır

“Qisməti günümüzün ziyalısı kimi qiymətləndirməkdən qorxmayın” — Nadir Yalçın yazır

16:15 15 mart 2026
"Seyran Səxavət o həyati faciədən yan keçib" - Ədəbiyyat-adamdan niyə "şübhələndim"?!

"Seyran Səxavət o həyati faciədən yan keçib" - Ədəbiyyat-adamdan niyə "şübhələndim"?!

10:00 15 mart 2026
Sovet senzurası "Topal Teymur"a necə icazə verdi? - Ramiz Həsənoğlunun Turan missiyası

Sovet senzurası "Topal Teymur"a necə icazə verdi? - Ramiz Həsənoğlunun Turan missiyası

15:00 14 mart 2026
Mən, sən, o və telefon – Anarın hekayəsi

Mən, sən, o və telefon – Anarın hekayəsi

12:00 14 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər