Texnologiya milyarderləri kimlərdir?

Texnologiya milyarderləri kimlərdir?
14 mart 2013
# 08:15

“Forbes” jurnalı ənənəvi olaraq “Milyarderlərin siyahısı”nı müəyyənləşdirib. 73 milyard dollarlıq sərvəti ilə meksikalı biznesmen Karlos Slim Helu ötən il olduğu kimi siyahıya başçılıq edir. Helunun ardınca Bill Geyts və ispan Amansio Orteqa gəlir. Siyahıda texnologiya sahəsindəki uğurlarına görə milyarder olanlar xüsusən diqqəti cəlb edir. Məsələn, bu il siyahıya “Google” və “Microsoft”dan 3 nəfər daxil olub. Kulis.az sizə “Dünyanın ən varlı 5 texnologiya adamı”nı təqdim edir:

5. Sergey Brin – 22,8 milyard dollar


Hər gün istifadə etdiyimiz “Google” saytının yaradıcılarından biri

olan Sergey Brin Rusiyada doğulub. Yəhudi əsilli atası riyaziyyatçıdır və Sergeyin komyuter proqramlaşdırmasını öyrənməyində əməyi böyük olub. 1990-cı ildə ailəsi Amerikaya köçüb. Brin riyaziyyat və kompüter proqramlaşdırması üzrə təhsilini Merilend və Stendford universitetlərində davam etdirib. Elə “Google” saytını da Stendfordda birlikdə oxuduğu Larri Peyclə qurub. Dəfələrlə “Forbes”un siyahılarına düşən 39 yaşlı biznesmen bu il 22,8 milyard dollarla beşinci yerdədir.



4. Larri Peyc – 23 milyard dollar

Həmyaşıdı Seygey Brin kimi Peyc də riyaziyyatçı və proqramçı ailəsində doğulub. Onun atası da, anası da hazırda Miçiqan Universitetinin kompüter elmləri üzrə professorudur. Özü də həmin universitetdə bakalavr təhsili alıb, Stendford Universitetində magistr dərəcəsini oxuyub. 2007-ci ildə “Forbes” onun sərvətinin 16,6 milyard dollar olduğunu açıqlamışdı. Peyc bu illər ərzində qazancının üstünə 6 milyard da əlavə edərək bu il dördüncü yerdə möhkəmlənib.

3. Ceff Bezos – 25,2 milyard dollar

“Amazon.com” internet-mağazasının qurucusu, 49 yaşlı Bezos e-ticarətin inkişafında misilsiz xidməti olmuş insandır. Prinston Universitetində kompüter elmləri üzrə təhsil alan Bezos 1994-cü ildə Amazon.com-un əsasını qoyub. Cəmi 5 il sonra “Time” jurnalı onu ilin adamı seçib. Arvadı ilə birgə homoseksual evliliklərə icazə qanunun qəbulu üçün 2,5 milyon dollar xərcləyib.

2. Larri Ellison – 43 milyard dollar

68 yaşlı biznes maqnat Ellison “Oracle” proqram təminatı sisteminin yaradıcısıdır. Ellisonun digər həmkarı Stiv Cobs kimi bioloji valideynləri ilə arası yoxdur, əsas ailəsi kimi onu böyüdən Ellisonlara minnətdardır. Bioloji anası Larrinin 9 aylığında pnevmaniyaya yoluxmasını və ona lazımınca baxa bilmədiyini əsas gətirərək onu Ellisonlara verib. 4 dəfə evli olub. İki övladından savayı varisi olmayan biznes maqnatın evlərinin, maşınlarının sayı-hesabı yoxdur. 2012-ci ildə 41 milyard dollarla “Ən zəngin amerikanlar” siyahısında 3-cü yeri tutub və bir ilə 2 milyard qazanmaqla “Forbes”un siyahısına daxil olub.

1. Bill Geyts – 67 milyard dollar

Milyarderlər siyahısının daimi üzvü 57 yaşlı Bill Geytsi tanımayan adam tapılmaz. O, çoxlarımızın hər gün istifadə etdiyi “Microsoft” proqram təminatını hazırlayan şəxsdir. Geyts yerli hakimiyyətin sifarişi ilə küçə hərəkətinin nizamlanması üçün proqram yazanda cəmi 15 yaşı olub, bu layihədən hətta 20 min dollar da qazanıb. Atasının istəyi ilə Harvard Universitetinə daxil olaraq hüquq sahəsi üzrə təhsil almağa başlayıb. Təsadüfən aldığı 397 dollarlıq kompüterə proqram təminatı yazmaq Geytsi gündən-günə varlandıraraq 31 yaşında milyarderlər siyahısına salıb. “Time” jurnalının dəfələrlə ilin adamı seçdiyi Geyts indiyədək xeyriyyə məqsədi ilə 17 milyard dollar xərcləyib.

# 4154 dəfə oxunub

Oxşar xəbərlər

Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən   psixiatr

Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən psixiatr

18:00 3 noyabr 2025
"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

10:00 31 oktyabr 2025
Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

12:16 28 oktyabr 2025
Qaraltı - Vüqar Vanın yeni hekayəsi

Qaraltı - Vüqar Vanın yeni hekayəsi

10:30 28 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər