Teatr məşhurları nə oxuyur?

Teatr məşhurları nə oxuyur?
19 oktyabr 2013
# 07:30

Kulis.az teatr adamları arasında sorğu keçirib: “Oxuduğunuz son kitab hansıdır və ya hazırda hansı kitabı oxuyursunuz?”

Fuad Poladov (Akademik Mili Dram Teatrının aktyoru)

“Rus Dram Teatrında Didronun əsəri hazırland - işimlə bağlı olduğu üçün Didronun məqalələrini, kitablarını oxudum. “Şah Qacar” tamaşasına görə Qacarla bağlı çoxlu tarixi və bədii kitablar oxudum. Teatrdan kənar son oxuduğum kitab Kamal Abdullanın “Unutmağa kimsə yox” kitabıdır”.

İlham Rəhimli (Sənətşünaslıq elmləri doktoru, professor) :

“Qabriel Qarsia Markesin əsərlərini təkrar oxuyuram. Yeni çap olunmuş kitabdır. Tərcümə də yaxşıdır. Bir də, 30 ildən artıqdır ki, hər həftə Mirzə Cəlildən və Əbdürəhim bəy Haqverdiyevdən heç olmasa 3-4 səhifə oxuyuram. Fərq eləməz – pyes, hekayə, felyeton. Amma mütləq oxuyuram”.

Cənnət Səlimova (Gənc Tamaşaçılar Teatrının rejissoru)

“Özümə yeni book-reader almışam. İndi kitabları oradan oxuyuram. Antonen Artonun “Teatr və onun oxşarı” əsərini yükləmişəm, onu oxuyuram. Çox maraqlı nəzəri bir əsərdir”.

Bəxtiyar Xanızadə (Pantomima Teatrının rəhbəri, rejissor):

“Hazırda stolumun üstündə olan kitab Aleksandr Stroqanovun “Psixoterapiya na baze teatralnıx sistem” (“Teatr sistemləri bazasında psixoterapiya”) kitabıdır”.

Şövqi Hüseynov (Gənc Tamaşaçılar Teatrının aktyoru):

“Axırıncı oxuduğum kitab ən çox sevdiyim aktyor-pedoqoqlardan biri olan Sergey Yurskinin "Popıtka dumat" (“Düşünmək cəhdi”) kitabı olub. Kitabda aktyor kimi fikirləşməyin, rol üzərində daha ciddi düşünməyin dəqiq yolları barədə geniş materiallar var. Amma heyf ki, bu kitab hələ Azərbaycan dilinə tərcümə olunmayıb”

Aydın Talıbzadə (teatrşünas, alim):

“Xalid Hüseynin “Çərpələng uçuran” və “Bozun əlli çaları” kitabını oxudum. İkincini yarıdan tulladım, ardını oxumadım. Amma “Çərpələng uçuran”ı bitirdim. Hərçənd o əsərin də sonda melodramatikliyə doğru getməsi məni məyus etdi. Paulo Koelyonun “Zahir” romanını yenicə oxumağa başlamışam. Paralel olaraq Antonen Artonun, Qrotovskinin əsərlərini, məqalələrini oxuyuram. Hərçənd onları vaxtilə hissə-hissə bir dəfə oxumuşam.

Namiq Ağayev (teatr rejissoru):

“Son oxuduğum Paul Koelyonun “Kimyagər” kitabıdı.”

Məleykə Əsədova (Akademik Mili Dram Teatrının aktrisası):

“Patrik Züskindin “Ətriyyatçı” romanını oxuyub bitirmişəm. Şeir oxumaq üzərində məşq edirəm və Bəxtiyar Vahabzadənin şeirlərini oxuyuram”

Bəhram Osmanov (Gənc Tamaşaçılar Teatrının baş rejissoru):

“Valeri Zolotuxinin “Məktublar”ını oxuyuram. Paralel olaraq Servantesin “Don Kixot”unu da yenidən oxuyuram”.

Nargilə Qəribova (Pantomima teatrının aktrisası):

“Erix Bernin “Oyun oynayan insanlar” kitabını və Biçer Stounun “Tom dayının daxması” kitablarını oxumuşam. Əlimə düşəndə aktyor sənətinə aid kitablar və məqalələr oxuyuram”.

Ayşad Məmmədov (Akademik Mili Dram Teatrının aktyoru):

"Elif Şafakın "Eşq" romanını oxuyuram".

# 3085 dəfə oxunub

Oxşar xəbərlər

"O oxuyanda yekə kişilər göz yaşı tökürdü" - Xan Şuşinskinin ən layiqli varisi

"O oxuyanda yekə kişilər göz yaşı tökürdü" - Xan Şuşinskinin ən layiqli varisi

10:00 5 iyul 2025
Nə şah unutdura bildi, nə molla - Edam ipini öpən azərbaycanlı şair kimdir?

Nə şah unutdura bildi, nə molla - Edam ipini öpən azərbaycanlı şair kimdir?

09:00 2 iyul 2025
Matsoni - Əli Novruzovun yeni hekayəsi

Matsoni - Əli Novruzovun yeni hekayəsi

09:00 1 iyul 2025
“Təhminə” filmi ilə məşhurlaşdı, bir gecədə Bakını tərk etdi, ağır xəstəlik keçirib yatağa düşdü – O niyə aktrisalıqdan imtina etdi?

“Təhminə” filmi ilə məşhurlaşdı, bir gecədə Bakını tərk etdi, ağır xəstəlik keçirib yatağa düşdü – O niyə aktrisalıqdan imtina etdi?

12:00 30 iyun 2025
Buğdanın göyə çəkilməsi -  Murad Köhnəqalanın yeni hekayəsi

Buğdanın göyə çəkilməsi - Murad Köhnəqalanın yeni hekayəsi

10:00 29 iyun 2025
İki həftədə iki ölüm, unudulmuş soy, gizli bağlantı - Kəbirlinski kimdir?

İki həftədə iki ölüm, unudulmuş soy, gizli bağlantı - Kəbirlinski kimdir?

10:00 28 iyun 2025
# # #