Virtual sevginin yalanları

Virtual sevginin yalanları
18 iyul 2013
# 07:45

İnsanların əksəriyyəti virtual münasibətlərə meyllidir. Çünki virtual aləmdə biz özümüzü çox rahat ifadə edirik. Olmaq istədiyimiz kimi oluruq. Çox rahat şəkildə yalanlar danışa bilirik.

Virtual sevgidə artıq klişeləşmiş yalanlar var.

Kulis.az ən geniş yayılmış yalanları təqdim edir.

1. Xarici görünüş haqda yalanlar

İnsanlar virtual aləmdə özünə sevgili axtaranda boylarını həyatda olduğundan daha uzun göstərməyə çalışırlar. Çox adam real boyundan 5 sm artıq olduğunu deyir. Bu xüsusilə ilə kişilərdə çox yayılan tendensiyadır. Qadınlar isə çəkiləri və bədən quruluşları ilə bağlı yalanlar deməyə meyllidirlər. Araşdırmalar göstərir ki, boyu uzun adamların özünə sevgili tapmaq şansı çox olur.

2. Maddi vəziyyət haqqında yalanlar

İnsanlar virtual aləmdə olduqlarından 20 faiz daha kasıbdır. İnsanlar gəlirləri mövzusunda tez-tez yalan deyirlər. Real həyatdakı qazanclarını şişirdilər. Bu virtual aləmdə sevgili axtaran kişilərin arasında daha çox yayılıb. Araşdırmalara görə daha çox gəliri olan kişilərin sevgi həyatları daha rəngli olur.

3. Fotolar haqqında yalanlar

Bəzən xarici görünüşündən əmin olmayan xanımlar öz fotolarını müxtəlif bəhanələr gətirərək gizlədirlər. Kişilər isə bəzən gənc yaşda çəkdirdikləri fotolardan istifadə edirlər.

4. Xarakterlə bağlı yalanlar

Virtual aləm insanın gerçək xarakterini üzə çıxarmır. Bəzən insanlar bundan istifadə edib real xarakterlərini gizlədirlər. Məsələn, qadınlar, adətən, kişilərin qısqanc olmasını istəmir. Buna görə də kişilər qısqanc, əsəbi olmadıqlarını, qadınların hər işinə qarışmadıqlarını deyirlər.

Bütün bu yalanlar reallıqla toqquşanda çilik-çilik olur. Çox vaxt belə məhəbbətlər çat verir...

# 3813 dəfə oxunub

Oxşar xəbərlər

"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

"Bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur..." - Kafkanın "Atama məktub" əsərindən bir hissə

10:00 3 iyul 2026
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

17:50 2 iyul 2026
5 övladını yetimxanaya verdi,  nifrət etdiyi Volterin yanında dəfn olundu... - Jan-Jak Russo haqqında maraqlı faktlar

5 övladını yetimxanaya verdi, nifrət etdiyi Volterin yanında dəfn olundu... - Jan-Jak Russo haqqında maraqlı faktlar

15:00 2 iyul 2026
Musiqili Teatrda böyük iddia, cavabsız suallar... - Elvis Presli haqqında tamaşada nə çatışmırdı?

Musiqili Teatrda böyük iddia, cavabsız suallar... - Elvis Presli haqqında tamaşada nə çatışmırdı?

12:00 2 iyul 2026
Milad - Vladimir Nabokovun hekayəsi

Milad - Vladimir Nabokovun hekayəsi

10:00 2 iyul 2026
Bibliyadakı Nuh tufanından sonrakı ilk anın təsviri - Apokaliptik tablo nəyi anladır?

Bibliyadakı Nuh tufanından sonrakı ilk anın təsviri - Apokaliptik tablo nəyi anladır?

18:17 1 iyul 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər