Üzümə töhmət olub "sən, sən" deyə yanmağım... - Gülsadə İbrahimlinin yeni şeirləri

Üzümə töhmət olub "sən, sən" deyə yanmağım... - Gülsadə İbrahimlinin yeni şeirləri
30 avqust 2025
# 14:53

Kulis.az Gülsadə İbrahimlinin yeni şeirlərini təqdim edir.

illər keçdi, unuduldu ölülər,
mən niyə unutmuram, axı səni, de niyə?!
neçə səhv etməliyəm bir doğrumu silməyə,
neçə dəfə can verim qollarında ölməyə?!
üzümə töhmət olub
"sən, sən" deyə yanmağım,
səni sevmişəm, adam,
içdən deyil danmağım.
Neçə bahar qış oldu pəncərəmin önündə,
bilirəm, dönəcəksən sən də günün birində.
Saçlarına dən düşüb,
görmüşəm şəkillərdə,
qıymazdım gülüşünə duman çökə,
çən çökə.
Yoxluğun sağlamadı...
ayrılığın yükünü kim çəkdi ki, can çəkə?..
Qayıt getdiyin yerdən buralar mənim deyil,
qoyma daş ürəklərdə daşa dönsün ürəyim.
Hamı gəldi-gedərdi, sən gəl...
ömür boyu hicranın, həsrətini çəkdiyim.
Başqa sevgilər yalan,
başqa röyalar riya,
mənim dönük səadətim,
məzaradək sevdiyim.

***

Ən çox da duyğular ölür bu şəhərdə,
ürəyi boş adamların
qurbanıdır dualar.
kiminin son ümidi oğurlanır,
kiminin ilk sevgisi.
Qatil baxışların,
tələ "sevgilər"in oyununa gəlir məsumiyyət.
Hisslər alverində doğru uduzur,
sevgi uduzur...
ürək yenilir soyuq həvəslərin masasında.
Tanınmaz bir sima çöküb üzlərə,
hamı alverçi,
hamı riyakar.
kim nəyi uduzur,
kim kimə uduzur bilinmir.
Retro sevgilər axtarıram...
Bir yataqlıq ürək gəzdirir adamlar,
cılız adamlar,
yazıq adamlar.
Təkliyinə sığınarsan qaçıb hamıdan,
onu da sənə buraxmazlar.
Əllərim donur,
saçlarıma toxunmasın soyuq nəfəslər...
Kimsə sevilmək istəmir, kimsə sevmək.
Duyğusuz insanların toksik keçmişlərinin
qisası alınır gülüşlərdən.
Hər kəs sevəninə qəsd edir qanlı rituallarda.
Bir tək mənmi şeirlərdən qalmışam,
Mənmi sevməyi kişilikdən saymışam?!
Zombiləşmiş insanlar içində qan iyiyəm
Bu şəhər bozumtul,
bu şəhər qatil.
Ümidini itirmiş son insanın ölüm şahidi kimiyəm.

***

Neçə yenilgim var,
neçə itkim.
Sənə çatanadək nə qədər geridə qaldım.
Qəlbimi intihara sürüdüm,
Azadlıq ölümdən keçir,
Mən səndən saldım yolumu.
Sandım ki, dünyanın bütün nağılları gözlərin rəngdədir,
Bütün doğrular yalanların qədərmiş.
Oysa yanılmışdı qızcığaz ruhum,
Bilməzdim əllərindən saçlarıma qar ələnər,
Bilməzdim gedənlər sən kimiymiş.
Bir vidalıq yeri olsaydı bu ayrılığın,
Bir minnətlik sözhaqqı...
Keçən keçmir, nə acı
Oysa bir sevgi uğrunadır bütün savaşlar və sevdiyin gün bitir mübarizən.
Körpələşməyə bir diz yetər,
Sığınmağa bir ürək.
Isinməyə bir köz yetərdi, yetərdi, inan
Bir diz,
Bir ürək,
Bir köz olsaydı can qoyduqlarımız.

***

Səssiz vidalar yazıram adının önündə,
darıxmaq ağrıdar kirpiklərimi.
Gözəl olan hər şey təkhecalıdır.
Sən mənim Bakımdın,
Bakını mən qədər sevmədi heç bir qadın

# 2730 dəfə oxunub

Oxşar xəbərlər

“Xatırladığım son şey qapıya tərəf qaçmağım idi..." – “Hotel California” necə yarandı?

“Xatırladığım son şey qapıya tərəf qaçmağım idi..." – “Hotel California” necə yarandı?

17:00 9 sentyabr 2026
Bəşəri acizliyin vizual alleqoriyası - Böyük Piter Breygelin “Babil qülləsi”

Bəşəri acizliyin vizual alleqoriyası - Böyük Piter Breygelin “Babil qülləsi”

13:10 9 sentyabr 2026
Ülgüclə yarılmış sonsuz boşluq... - Luço Fontananın "Məkan konsepsiyası"

Ülgüclə yarılmış sonsuz boşluq... - Luço Fontananın "Məkan konsepsiyası"

10:40 8 sentyabr 2026
"Sol ayağım" - Kristi Braunun məşhur əsərindən bir hissə

"Sol ayağım" - Kristi Braunun məşhur əsərindən bir hissə

12:00 7 sentyabr 2026
Şekspir fantastikasını kətanda canlandıran rəssam -  "Yay gecəsinin yuxusu"

Şekspir fantastikasını kətanda canlandıran rəssam - "Yay gecəsinin yuxusu"

11:30 6 sentyabr 2026
"Cənnətin olmadığını xəyal et..." - Məşhur "İmagine" necə yarandı?

"Cənnətin olmadığını xəyal et..." - Məşhur "İmagine" necə yarandı?

15:30 4 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər