Təbriz dolanıb-bulandı gözlərimdə – Güneydən şeirlər

Təbriz dolanıb-bulandı gözlərimdə – Güneydən şeirlər
5 sentyabr 2022
# 17:00

Kulis.az təbrizli şair Rza Hüseyninin şeirlərini təqdim edir.

Şair, yazar, tərcüməçi, essesit Rza Hüseyni Bəqanam 1979-cu ildə Təbrizdə anadan olub, ingilis dili tərcüməçiliyi və ingilis ədəbiyyatı üzrə magistr, tərcümə üzrə doktorantura dərəcəsini alıb.

***

Bir zaman Urmuya su dolarsa,
məni duz ilə yuyub
sehirli sularına buraxın.
Susuzluqdan can verən
Flaminqoların qanadına qoyun,
atın məni “bazar baş”da,
duz içində çürüyüm.
Osman yumuruğunun pozğunluğundan
iki barmaqlıq şeir yazın,
və gölümdən doymayan gözlərimin rəfinə düzün Urmu turpağını…

***

Yarpaqlar düyün düşürlər gözlərimdə,
elə bil Təbrizə payız gəlib.
Ağaclar səsimi geri qaytarır,
doğrudur,
payız düşüb saçlarıma,
Təbrizə
sənə…

***

Deyirlər payız fəsillərin şahıdır,
amma bizim şah payızlamış,
özü torpaq,
sözü yarpaq,

üzü güneyə sarı
Şaman babam bağışlasın bizi

***

Biz payızı sevdik,
donduran yağışların arzusunu,
arzusuz günlərin yuxusunu,
kəklikotu qoxuyan gözlərini
Eynali1 payız oxuyur…
Təbriz şəhərində yerləşən bir dağ

***

Yaşadığım sevgilər caddələrin rüzgarında
bitər-bitəməz olur,
gecənin dəli edən qaranlığında,
kimsə qalmır əldən tutan.
Qulaqlarımda ərinmiş qurşunlar,
kor qulaqlarımda
eşitəməməzlik muştuluğunu banlayır.
Sevə bilməzsən,
Yasaqdır!
Hər şeydən danışmağım yasaqlanır və
kiçildir qara qumlu dunyamı…
Ey ağıllı dəlilər,
eeey sən!
Sevirəm səni…!

***

Oradan dönərkən birisi məndən Eynalı torpağını öpməyimi istədi,
bilmədim nə deyim o adama,
amma Eyənali özünü ürəyimdə dağa-daşa vurdu.
Təbriz dolanıb-bulandı gözlərimdə,
röyalarımda olan şəhər
alnını alnıma dayadı,
və torpağı dodaqlarıma qondu.
Nə acı,
nə şirin,
nə də şor idi.
Düm-düz bığlarımdan aslanan sular kimi

Dönərkən şəhərə yenə radio dalğalandı,
birisi Təbrizdən danışırdı,
daha bu kəlməyə qulağım alışmışdı,
onlara alışdığım kimi
Təbriz,
Təbriz
Təbr...
Təb…
T…

***

Nəm-neçə ildı elə bu səs qutusundan çıxan səslərin ortasında
şeir yazıram.
Sənə şeir yazıram,
sənə kağız yazıb sulara buraxıram.

Buraxıram,
kağızlar da məni buraxır.

Heç bilmirəm başımdan
neçə illər keçib.
Elə aynalar başımın ağarmasını,
və illərin izlərini göstərir mənə.
Selli çayların düşərgəsində,
əlim əlinə toxunurkən,
məni aparmış daşqınlar,
yaşamım buraxmış məni,
aynaların başına,
və yolların sonundakı “çərşənbəlik”lərdə
yaşam gəzirəm mən.
Üzərliklərdə sevda gəzir,
və heç ölməyi də başarmıram ki.
Yaşamdan bir şey anmadım mən,
Ayazlı Mahmudların sazlarında elə sürünürəm
nə bilim hara gedir bu qara qatar…

# 3686 dəfə oxunub

Oxşar xəbərlər

Əsir düşdü, əsərləri yandırıldı – Müharibə əleyhdarı rəssam

Əsir düşdü, əsərləri yandırıldı – Müharibə əleyhdarı rəssam

15:40 25 iyul 2026
Vladimir Vısotski kimdir? - SSRİ-nin əfsanəvi sənətçisinin faciəli həyatı

Vladimir Vısotski kimdir? - SSRİ-nin əfsanəvi sənətçisinin faciəli həyatı

13:37 25 iyul 2026
Film çəkilişində vəfat edən "xalq düşməninin oğlu" kimdir?

Film çəkilişində vəfat edən "xalq düşməninin oğlu" kimdir?

12:04 25 iyul 2026
Cob siqaret kağızı afişası, xəyalpərəslik... - Məşhur rəssamın 10 əsəri

Cob siqaret kağızı afişası, xəyalpərəslik... - Məşhur rəssamın 10 əsəri

11:00 25 iyul 2026
Ağacdan asılan cəsədlər "Əsrin mahnısı"na necə çevrildi? – Tükürpərdici hekayə

Ağacdan asılan cəsədlər "Əsrin mahnısı"na necə çevrildi? – Tükürpərdici hekayə

18:45 24 iyul 2026
Erotik əsərlər, Nobel və zəlzələ - Yaponiyanın ən qalmaqallı yazıçısı haqqında

Erotik əsərlər, Nobel və zəlzələ - Yaponiyanın ən qalmaqallı yazıçısı haqqında

14:30 24 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər