İlya Repin impressionizmdən niyə imtina etmişdi?

İlya Repin  impressionizmdən niyə  imtina etmişdi?
29 sentyabr 2025
# 14:15

29 sentyabr tanınmış rəssam İlya Repinin anım günüdür.

Kulis.az bu münasibətlə Kurt Eymenin rəssamın bir neçə məşhur əsəri haqqında yazdığı art-revyunu təqdim edir.

"Rus realizminin güzgüsü" adlandırılan İlya Repin rus rəssamları arasında realist və naturalist üslubda yaratdığı mühüm əsərlərlə seçilib.

Onun ən məşhur tablolarında çarizm dönəmi Rusiyasının qarışıq dövrləri, cəmiyyətə hopmuş yoxsulluğu, sosial təbəqələşməni və ölkənin taleyüklü anlarını böyük ustalıqla əks etdirilib.

Bu da Repinə dünya təsviri sənətində xüsusi yer qazandırıb.

İlya Repin 1844-cü ildə Ukraynanın Çuğuyev şəhərində yoxsul və dövlətin xidmətində işləməyə məcbur olan kəndli ailəsində doğulub.

"Lev Tolstoy" tablosu, 1887

Bir çox insan Lev Tolstoyun simasını Repinin tablolarında tanıyıb. Onun ilk əsərləri hələ məktəb yaşlarında dövrün tənqidçiləri tərəfindən bəyənilib.

Fransada da sənət təhsili alsa da, Avropada yayılan impressionizm cərəyanına qoşulmayıb, əvəzində realizm və naturalizmə sadiq qalaraq əsərlərində rus cəmiyyətini və tarixini ön plana çıxarıb.

"Volqada sal çəkənlər", 1873


Repinin ilk böyük əsəri 1873-cü ildə tamamladığı "Volqada sal çəkənlər" tablosu olub.

Bu əsərdə o, Volqa çayında sal çəkən, əzab içində yaşayan, ümidsiz insanları olduqca real şəkildə təsvir edə bilib.

Rənglərin ahəngi və insan sifətlərinin ifadəsi Repinin ustalığından xəbər verir.

"Kursk vilayətində dini mərasim" tablosu, 1883

1883-cü ildə çəkdiyi "Kursk vilayətində dini mərasim" adlı əsəri ilə də rənglərin canlılığı, simaların realist təsviri ilə diqqət çəkməyi bacara bilib.

"Gözlənilməz ziyarətçi" tablosu 1888

1888-ci ildə tamamladığı "Gözlənilməz qonaq" da maraqlı tablolardandır.

Bu əsər II Aleksandrın repressiv rejimini və ölkədəki siyasi qarışıqlığı simvolizə edən bir seriyanın son hissəsi olub.

Rəssam burada illərlə sürgündə qalıb evinə qayıdan bir kişinin otağa daxil olarkən yaşadığı gərginlik, evdəkilərin isə qorxu və təəccüb dolu baxışları təsirli şəkildə verilə bilib.

O dövrdə Sibirə sürgün hallarının çox olması bu tablonun nə qədər real və emosional gücə sahib olduğunu göstərir.

"İvan Qroznı və oğlu İvan" tablosu, 1885

Repinin ən məşhur və sənət tarixində ən çox dəyərləndirilən əsəri isə 1885-ci ildə tamamladığı "İvan Qroznı və oğlu İvan" tablosu olub.

Bu əsərdə o, IV İvanın (İvan Qroznının) bir anlıq qəzəbdən oğlunu öldürməsini və sonradan yaşadığı dəhşəti son dərəcə təsirli şəkildə təsvir edə bilib.

İvanın qorxudan bərəlmiş gözləri və oğlunun ölüm qarşısındakı donmuş baxışı izləyicidə dərin təəssürat yarada bilib.

Ölümün vahiməsini bu qədər güclü çatdırmaq Repinin ustalığını bir daha sübut edib.

"Türk Sultanı IV Mehmedə məktub yazan Zaporojye kazakları" tablosu, 1891

Repinin son əsas əsərlərindən biri də 1891-ci ildə çəkdiyi "IV Mehmedə məktub yazan Zaporojye kazakları" adlı tablo olub.

Burada Osmanlı-Rus müharibəsində Osmanlıya tabe olmaq istəməyən kazakların IV Mehmedə istehzalı məktub yazması təsvir olub.

Repin bu əsərdə kazakların geyimlərini və həyat tərzlərini daha real göstərmək üçün Zaporojyeyə səfərlər edib, orada müəyyən müddət qalıb, müşahidələr aparıb.

***

İlya Repin əsərləri ilə rus cəmiyyətinin sosial, siyasi və psixoloji qatlarını incəliklə göstərə bilib.

Onun fırçası yalnız təsvir etməyib, həm də düşündürə bilib – bu da onu zamanından daha irəli aparan sənətkarlar sırasına daxil edib.

# 1369 dəfə oxunub

Oxşar xəbərlər

50 mindən çox əsər yaratdı, kommunistlərə qoşuldu, şeir yazdı... - XX əsrin dahi rəssamı haqqında maraqlı faktlar

50 mindən çox əsər yaratdı, kommunistlərə qoşuldu, şeir yazdı... - XX əsrin dahi rəssamı haqqında maraqlı faktlar

16:00 8 aprel 2026
Uşaqlıqda cinsi zorakılıqla üzləşdi, əsərləri qadağan edildi... - Prezidentin andiçmə mərasimində şeir oxuyan ilk afroamerikalı qadın yazıçı

Uşaqlıqda cinsi zorakılıqla üzləşdi, əsərləri qadağan edildi... - Prezidentin andiçmə mərasimində şeir oxuyan ilk afroamerikalı qadın yazıçı

15:00 5 aprel 2026
"Sən demə, ata öz arvadı ilə yenidən nikah bağlamaq üçün..." - Professor "Lal ev"dən yazdı

"Sən demə, ata öz arvadı ilə yenidən nikah bağlamaq üçün..." - Professor "Lal ev"dən yazdı

12:00 5 aprel 2026
"Səni sevmək başqa birinə sillə vurmaqdı" - İlham Qəhrəmanın şeirləri

"Səni sevmək başqa birinə sillə vurmaqdı" - İlham Qəhrəmanın şeirləri

15:00 4 aprel 2026
"Hökmdə ağamsan, darda kənizim..." - Əfsanə Rəvanın yeni şeirləri

"Hökmdə ağamsan, darda kənizim..." - Əfsanə Rəvanın yeni şeirləri

17:00 3 aprel 2026
İsveçrədə yazıçı olmaq çətindir, yoxsa Azərbaycanda? - Əli Zərbəli

İsveçrədə yazıçı olmaq çətindir, yoxsa Azərbaycanda? - Əli Zərbəli

12:00 3 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər