Həyat yoldaşını komaya salan kişi niyə azad edildi? - Soyuq ölümün təfərrüatları

Həyat yoldaşını komaya salan kişi niyə azad edildi? - Soyuq ölümün təfərrüatları
26 avqust 2024
# 17:00

Bu gün İran doğumlu görkəmli İsveçrə rejissoru Barbe Şröderin doğum günüdür.

Kulis.az "Günün filmi" layihəsindən "Taleyin dönüşü" filmi haqqında Ülvi Bahadırın yazısını təqdim edir.

"Taleyin dönüşü" filmi 1990-cı ildə Alan Derşoviçin eyniadlı kitabı əsasında Barbe Şröder tərəfindən çəkilib.

Film arvadını öldürməyə cəhddə təqsirləndirilən və ilk məhkəmə prosesində təqsirli bilinən maliyyəçi Klaus von Bülovun apellyasiya şikayətini müdafiə edən vəkilin hekayəsindən bəhs edir.

Əsər real hadisələr əsasında yazılıb. Filmin ssenari müəllifi Oskar mükafatı laureatı Nikolas Kazandır.

Ceremi Ayrons mükəmməl şəkildə canlandırdığı Klaus von Bülov obrazına görə Oskar mükafatı qazanıb.

***

Sanni von Bülov komadadır. Film də elə onun danışığı ilə başlayır. Hamı həyat yoldaşı Klausu günahlandırır. Alan Derşoviç isə Klausun vəkilidir.

Klaus von Bülov Sanni von Bülovun komaya düşdüyü gecə etdiyi telefon danışığına və ondan sonra verdiyi ifadələrə görə ittiham olunur və həbsə məhkum edilir. Lakin bir müddət sonra ikinci məhkəmədə azad olunur.

Von Bülov real həyatda danimarkalı maliyyəçi idi. Həyat yoldaşının komaya düşməsinə görə ittiham olunsa da, azad edilmişdi. Həyat yoldaşı Sanni von Bülov isə 20 il komada qaldıqdan sonra 2008-ci ildə vəfat etmişdi.

***

Film soyuq atmosferə malikdir. Bu soyuqluğun mənbəyi isə heç şübhəsiz ki, Ceremi Ayronsun ustaqlıqla oynadığı Klous von Bülov obrazıdır. Obrazın soyuqluğu filmi də "soyudub". Bu da tamaşaçının filmi izləməsinə, bir növ, mane olur.

Qlen Klausun obrazı nə qədər istiqanlı olsa da, rolun kiçikliyi səbəbindən o istilik tamaşaçıya gəlib çatmır.

Bəlkə də, filmin zamanla unudulmasının da ən böyük səbəblərindən biri elə budur - soyuqluq.

Ancaq qəribədir ki, filmi digər Hollivud filmlərindən fərqləndirən də elə bu keyfiyyətidir.

Filmdə von Bülov dilçidir və alman, fransız, italyan, ispan və ingilis dillərində çox yaxşı danışa bilir. Ceremi Ayrons verdiyi müsahibədə Bülovun dilçi olduğu üçün filmdə bir çox dildə danışmalı olduğunu və bunu etməkdə çətinlik çəkdiyini deyib. Aktyor bundan əlavə alman dilinin ən çətin dil olduğunu da vurğulayıb.

Reversal of Fortune (1990)

Filmin fəlsəfi təməli hüquq və ədalət anlayışlarının mürəkkəbliyinə əsaslanır. Ədalət sistemi insan faktorunun zəifliklərinə qarşı dözümlüdürmü?

Film hüquqi prosedurların insani emosiyalarla, güc balanslarıyla və cəmiyyətin fərqli təbəqələri ilə necə toqquşduğunu göstərir. Bütün bunlar, əslində, ədalətin nə qədər əlçatmaz və mücərrəd olduğunun göstəricisidir.

Struktur baş qəhrəman Klaus von Bülovun soyuqqanlılığı və qaranlıq xarakteri üzərində qurulub.

Obrazın davranışları tamaşaçını onun günahkar olub-olmaması mövzusunda şübhədə saxlayır.

Bu, tamaşaçının insan təbiətinin mürəkkəbliyi və əxlaqi qərarların necə qəbul olunduğu barədə düşünməsinə səbəb olur.

Reversal Of Fortune - Film | Park Circus

Klausun psixologiyası, manipulyativ xarakteri və özünə inamı, bəlkə də, onun günahsız olduğuna dair inamı daha da artırır.

Film eyni zamanda cəmiyyətin müxtəlif sinifləri arasında mövcud olan boşluqları da ortaya qoyur.

Von Bülov ailəsi sosial-iqtisadi üstünlüklərinə baxmayaraq, medianın, hüquq sisteminin və cəmiyyətin gözləri qarşısında ictimai rəyin necə dəyişə biləcəyini göstərir. Filmdə hüquq sisteminin varlılar və imtiyazlılar üçün daha əlverişli ola biləcəyi barədə incə bir tənqid də var.

Estetik baxımdan "Taleyin dönüşü" zərif və dəbdəbəli bir atmosfer yaradır. 1980-ci illərin sonlarında çəkilsə də, filmin klassik tərzi var. İnteryer dizaynı, kostyumlar və dəbdəbəli həyat tərzini əks etdirən səhnələri ilə yüksək cəmiyyətin parlaq, lakin qaranlıq tərəflərini nümayiş etdirir. Vizual tərz və aktyorların mükəmməl ifası filmin atmosferini daha da gücləndirir və tamaşaçıları hadisələrin içinə çəkir.

Ceremi Irons FORTUNE REVERSAL, 1990.

Hüquqi prosedurların mürəkkəbliyini təfərrüatlı şəkildə göstərsə də, bu, bəzi tamaşaçılar üçün çətin və yorucu ola bilər. Həmçinin, Klaus von Bülovun personajı ilə daha dərin əlaqə qura bilməmək qeyri-müəyyənliyə səbəb olur.

"Taleyin dönüşü" hüquq, ədalət, əxlaq və insan psixologiyası kimi mövzuları dərinliklə işləyir və bu mövzuları fərqli prizmalarla təhlil etmək imkanı yaradır.

# 4101 dəfə oxunub

Oxşar xəbərlər

"Mənə elə arvad verin ki... " – Çexov necə qadın istəyirdi?

"Mənə elə arvad verin ki... " – Çexov necə qadın istəyirdi?

15:00 29 yanvar 2026
Uçuq ev, xatirəni danışacaq kimsənin olmaması, sandıq... - Nadir Yalçının hekayələri oxucuya necə təsir edir?

Uçuq ev, xatirəni danışacaq kimsənin olmaması, sandıq... - Nadir Yalçının hekayələri oxucuya necə təsir edir?

10:00 29 yanvar 2026
"O, Azərbaycan poeziyasının çörəyi, duzu, balı, südüdür..." - Gürcü şair kimin haqqında yazırdı?

"O, Azərbaycan poeziyasının çörəyi, duzu, balı, südüdür..." - Gürcü şair kimin haqqında yazırdı?

16:30 28 yanvar 2026
"Cibimiz boş, ürəyimiz dolu vaxtlarımızda... " - Eyvaz Əlləzoğlunun qarşısında niyə keçmiş üzüqara idi?

"Cibimiz boş, ürəyimiz dolu vaxtlarımızda... " - Eyvaz Əlləzoğlunun qarşısında niyə keçmiş üzüqara idi?

14:00 28 yanvar 2026
3 dəqiqə 45 saniyə - Ulucay Akif

3 dəqiqə 45 saniyə - Ulucay Akif

11:35 28 yanvar 2026
1988-ci ilin gizlinləri - Qarabağ hadisələrində nələr baş vermişdi?

1988-ci ilin gizlinləri - Qarabağ hadisələrində nələr baş vermişdi?

10:00 27 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər