Bu cür kiçik hekayələr cib saatı kimidir – Hekayə müzakirəsi

Bu cür kiçik hekayələr cib saatı kimidir – Hekayə müzakirəsi
5 aprel 2023
# 15:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsindən Əli Zərbəlinin "Qəhqəhə" hekayəsi haqqında yazarların fikirlərini təqdim edir.

Mirmehdi Ağaoğlu: “Hekayə bir janr kimi kiçik mətn nümunəsi olduğu üçün ilk baxışda bizə elə gəlir ki, romana nəzərən zaman anlayışı elə də ciddi əhəmiyyət daşımır. Əslində isə bu cür kiçik hekayələr məhz cib saatı kimidir. İçinə bütün detallar nəqqaş gözü ilə, incəliklə yığılmalıdır ki, işləsin. Mən bu hekayədə zaman məsələsində axsama gördüm. Məsələn, ərinin ölümündən sonra Sənubərin bulağa getməsi hissəsi arasında zamanın keçməsi düzgün göstərilməyib.
Hadisə zamanı yayır, təhkiyəçi isə sıxır. Məsələn, cümlə belədir: “Çeşməyə su dalınca getdiyi günlərin birində”. "Günlərin biri" Abbasın ölümündən çox zaman keçməsini göstərir, halbuki ölünün heç yeddisi çıxmayıb. Çünki ölümündən bir həftə keçməmiş xəbər yayılır, hamı Salehin həyətinə yığışır. Bunlar incə nüanslardır. Onları tutuzdurmaq asan deyil, bəlkə, mənim hekayələrimdə də belə uyğunsuzluğu axtarsan taparsan. Sadəcə Zərbəlinin hekayəsini bəyəndiyim üçün bu qədər dərinə getdim. Bir də dialoqlar bir neçə yerdə süni gəldi. Qalan hər şey qaydasında. Müəllifə uğurlar”.

Təvəkkül Boysunar: “Hekayə zəif təsir bağışladı. Mətnin oxucuda maraq doğurma gücü, zənnimcə, çox aşağı idi. Abbasın gülməkdən ölməyi adi bir hadisə kimi inandırıcı ola bilər, amma bu hadisənin sanki çox qeyri-adi bir şeymiş kimi böyük şöhrət qazanması, lətifəni öyrənməkdən yana adamların Salehin qapısına axışmağı, yaxud televiziya kanallarının kəndə gəlməyi - məncə, bunlar heç də inandırıcı alınmayıb. Qısası, təhkiyə mənə axıcı, maraqlı və inandırıcı gəlmədi”.

Vəsvəsə - Təvəkgül Boysunardan yeni hekayə

Kənan Hacı: “Qəhqəhə" hekayəsi alt qatı olan hekayədir. Amma müəllif sanki tələskənliyə yol verib. Zahirən sadə süjet xətti var, amma öz bətnində çox mətləbləri daşıyır. Situasiyanı bir qədər də dərinləşdirib bu sonsuz qəhqəhənin mahiyyətini üfüqi istiqamətdə genişləndirə bilərdi. İstedadla yazılmış mətndir”.

Yafəs- Azərbaycanın Sorokini » Yarpaq.az

Nihat Pir: “Xırda ifadə xətalarını nəzərə almasaq, hər şey qaydasındadır. Mövzunun tapılması, təhkiyə bir yana, təkcə telefon danışığındakı dirilik nəyə desən, dəyər. Kənd camaatının şübhə içində gəlib qapının qarşısını kəsdirməsi isə, hekayədə ən çox bəyəndiyim detal oldu. Müəllifi təbrik edirəm, hekayə uğurludur”.

O roman çox "primitiv"dir - Nihat Pir yazır...

# 2649 dəfə oxunub

Oxşar xəbərlər

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

09:00 30 iyul 2025
Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

09:00 29 iyul 2025
Sevgili cin - Kamal Abdullanın hekayəsi

Sevgili cin - Kamal Abdullanın hekayəsi

14:05 28 iyul 2025
Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

17:00 27 iyul 2025
"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

10:00 27 iyul 2025
Qəbulə xanım  Stepan Razinin qurban verdiyi adaşının qisasını alırdımı? - Mətanət Vahid

Qəbulə xanım Stepan Razinin qurban verdiyi adaşının qisasını alırdımı? - Mətanət Vahid

10:00 26 iyul 2025
#
#
# # #