"Allah qarşısında günahkar olanların cəzasını verdik..." - 8 günə 50 min insanı qətlə yetirən qərar

"Allah qarşısında günahkar olanların cəzasını verdik..." - 8 günə 50 min insanı qətlə yetirən qərar
25 oktyabr 2024
# 15:00

Dünyada baş verən müharibələrin tarixində “Homorra” əməliyyatı öz miqyasına, iştirakçılarının və qurbanlarının sayına görə ən dəhşətli əməliyyatlardan biri sayılır. Səkkiz gün davam edən əməliyyat zamanı rəsmi statistikaya görə 50 mindən artıq insanın həyatına son qoyulub...

Kulis.az "Homorra" əməliyyatı haqqında məqaləni təqdim edir.

21 yanvar 1943-cü ildə ABŞ prezidenti Frankilin Ruzlevtlə Böyük Britaniyanın baş naziri Uinston Çörçillin Kasablankada görüşü zamanı müttəfiqlər “Almaniyaya qarşı birgə hava hücumunun gücləndirilməsi haqqında” direktiv imzalayıblar. Direktivin imzalanmasında əsas məqsəd Almaniyanın iri sənaye şəhərlərinə aviasiya hücumları etmək, bununla da Almaniya iqtisadiyyatına zərbə vurmaq, hərbi sənaye obyektlərini sıradan çıxarmaq, eyni zamanda alman xalqını mənəvi cəhətdən “sındırmaq” olub.
Direktivdə Böyük Britaniya hərbi hava qüvvələrinin Almaniyaya hava hücumları gündüz saatlarında, ABŞ-ın hücunmlarının isə gecə saatlarında başlanması nəzərdə tutulub. Hədəf Almaniyanın ikinci böyük şəhəri, sənaye, ticarət və nəqliyyat mərkəzi olan Hamburq seçilib.

Əməliyyatın keçirilməsi ABŞ-ın hərbi hava qüvvələrinin komandanı, ordu generalı Henri Arnolda və Böyük Britaniya hərbi hava qüvvələrinin komandanı, marşal Artur Harrsə həvalə edilib.
Əməliyyata şərti olaraq “Homorra” adı verilib.

Niyə məhz “Homorra”?

Bu ad yunan mifologiyasından gəlir. Günahkar Homorra sakinlərinin Allah tərəfindən məhv edildiyi yer...

Çörçill əməliyyata belə bir adın verilməsini uyğun sayıb, almanları dağıdıcılıq fəaliyyətinə görə Allah qarşısında ən böyük günah işlədən xalq kimi qiymətləndirib.

Britaniya tərəfindən əməliyyata hazırlıq dövründə Çörçill böyük tərəddüd keçirib. Baş nazir əməliyyatın miqyasının böyüklüyünü nəzərə alaraq, hansısa yanlışlığa yol veriləcəyindən çəkinib. Hətta son məqamda Çörçill “Homorra” əməliyyatının keçirilməsindən imtina etmək fikrinə də düşüb. Amma uzun-uzadı müzakirələrdən sonra marşal Artur Harris Çörçilli əməliyyatın uğurlu keçəciyinə inandıra bilib.

"Qəssab Harris” adı ilə məşhur olan britaniyalı marşal baş naziri əmin edib ki, aviasiya hücumu ilə Hamburqu yerlə-yeksan edərək almanlara layiqli cavablarını verəcəklər. Beləliklə, Çörçill əməliyyatın keçirilməsinə rəsmi razılıq verdikdən sonra marşal Artur Harris 27 may 1943-cü ildə 178 saylı əmr imzalayıb.

Əməliyyat 1943-cü ilin iyulun 24-dən 25-ə keçən gecə saat 00.57-də başlayıb. İlkin olaraq 50 dəqiqə davam edən əməliyyatda 791 təyyarə iştirak edib və Hamburqa 2400 ton bomba atılıb. Ümumilikdə iyulun 25-dən avqustun 3-ə qədər Britaniya hərbi hava qüvvələrinin 2355, amerikalı hərbi təyyarəçilərinin 235 uçuşu qeydə alınıb.

“Homorra” əməliyyatı zamanı Hamburq şəhərində olan tikililəin 74 faizi tamamilə dağılıb. Təxmini statistikaya görə, ölənlərin sayı 50 min nəfəri ötüb. 200 mindən artıq insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həlak olanların 8 min nəfəri uşaq, 21 min nəfəri qadın olub. 10 mindən artıq uşaq hər iki valideynindən məhrum olub.

Şəhərdə fəaliyyət göstərən 80 hərbi obyekt, 500-dən artıq sənaye müəssisələri - fabrik və zavodlar, 16 körpü, ümumilikdə istehsalat müəssisələrinin 90 faizi sıradan çıxıb. Bir milyondan artıq insan yaşayış yerindən məhrum olub. 24 min yaşayış binası tamamilə yararsız vəziyyətə düşüb.

Əməliyyatın ən dəhşətli günü iyulun 28-i olub. Həmin gün Hamburqa dağıdıcı bombalar atmaqla yanaşı, yanğın törədən bombalar da atılıb. Rəsmi məlumatlara görə, iyulun 28-də yanğından ölənlərin sayı 30 mini ötüb. Digər tərəfdən, isti hava yanğınların genişlənməsinə səbəb olub. Əvvəlki günlərdə atılan bombaların nəticəsində yolların sıradan çıxması isə yanğınsöndürən avtomobillərin hərəkətini iflic vəziyyətinə salıb.

“Homorra” əməliyyatında bötüvlükdə ABŞ-ın və Böyük Britaniyanın silahlı qüvvələrindən 100 min nəfər iştirak edib.

Əvvəlcə əməliyyatda SSRİ-nin iştirak etməsi də nəzərdə tutulub. Amma sonradan Stalin ağır Stalinqrad döyüşlərindən sonra “Homorra” əməliyyatına SSRİ-dən silahlı qüvvələrin cəlb edilməsini məqsədəuyğun saymayıb.

“Homorra” əməliyyatı müttəfiq ölkələrin - ABŞ, Britaniya və SSRİ-nin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Çörçill bu əməliyyatı aşağıdakı kimi xarakterizə edib:

“Biz bu əməliyyatla Allah qarşısında günahkar olanların cəzasını verdik. Deməli, “Homorra” haqq işi idi. Haqlı olanlar isə həmişə qalib olurlar...”

İosif Stalin isə “Homorra” əməliyyatının əsas müəllifi olan “qəssab” ləqəbli marşal Artur Harrisi “Suvorov” ordeni ilə mükafatlandırıb.

İlham Cəmiloğlu

# 2455 dəfə oxunub

Oxşar xəbərlər

Düyü tarlalarından qlobal isyana -  “Bella Ciao”nun əsl tarixi

Düyü tarlalarından qlobal isyana - “Bella Ciao”nun əsl tarixi

18:00 16 iyul 2026
Bottiçellinin ilham pərisinin ölüm sirri açıldı

Bottiçellinin ilham pərisinin ölüm sirri açıldı

14:10 16 iyul 2026
Şah Abbasın əsiri olan gürcü kraliçasına əsər həsr edən şair kim idi?

Şah Abbasın əsiri olan gürcü kraliçasına əsər həsr edən şair kim idi?

12:30 16 iyul 2026
Bir nəslin inqilab himni - "Smells Like Teen Spirit" necə yarandı?

Bir nəslin inqilab himni - "Smells Like Teen Spirit" necə yarandı?

17:33 15 iyul 2026
Sındırılmış qəlblərin himni - "Hallelujah" mahnısının unudulmaz tarixi

Sındırılmış qəlblərin himni - "Hallelujah" mahnısının unudulmaz tarixi

15:30 14 iyul 2026
Müharibədə hamilə qalan qadın, tarixi saxtalaşdıran "böyük qardaş" - SSRİ-də senzuraya məruz qalan kitab və filmlər

Müharibədə hamilə qalan qadın, tarixi saxtalaşdıran "böyük qardaş" - SSRİ-də senzuraya məruz qalan kitab və filmlər

15:06 13 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər