Bakıda İsrail Film Festivalı keçirilir

Bakıda İsrail Film Festivalı keçirilir
14 noyabr 2012
# 12:03
Azərbaycan Dillər Universitetində (ADU) İsrail Film Festivalının açılışı keçirilib.

APA-nın məlumatına görə, tədbir İsrail və Azərbaycan arasında diplomatik münasibətlər qurulmasının 20 illiyinə həsr olunub.

Tədbirdə İsrailin Azərbaycandakı səfirliyinin, yəhudi icmasının, Dillər Universitetin nümayəndələri və tələbələri iştirak ediblər. İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz çıxışında İsrailin kino sənayesindən danışıb. O, ölkənin dəfələrlə Kann festivalının birinci mükafatına və “OSCAR” mükafatına namizəd olduğunu vurğulayıb. Səfir həmçinin İsrail və Azərbaycan xalqları arasında möhkəm mədəni əlaqələrin olduğunu nəzərə çatdırıb. R.Harpaz iki ölkə arasında mehriban və dostluq əlaqələrinin olduğunu vurğulayaraq, bu münasibətlərin daha da dərinləşməsi və genişlənməsi üçün bütün səylərinin əsirgəməyəcəyini bildirib: “Bu festival iki ölkə arasındakı mövcud yaxın mədəni əlaqələri zənginləşdirəcək”.

ADU ilə əməkdaşlığı yüksək qiymətləndirən diplomat universitetdə fəaliyyət göstərən İsrail Təhsil Mərkəzinin iki ölkə arasında mədəniyyət və təhsil sahələrindəki əlaqələrin inkişafında mühüm rol oynadığını söyləyib.

Qeyd edək ki, mərkəz 2009-cu ildə İsrail prezident Şimon Peresin şəxsən iştirakı ilə açılıb. 2012-ci ildə yenidənqurma işlərindən sonra İsrail XİN başçısı Aviqdor Libermanın iştirakı ilə keçirilən mərasimdən sonra fəaliyyətini genişləndirib.

Xatırladaq ki, İsrail Film Festivalı İsrailin Azərbaycandakı səfirliyi, ADU və İsrail Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir. Noyabrın 21-dək davam edəcək festival çərçivəsində İsrail kinorejissorların ən məşhur və maraqlı filmləri nümayiş olunacaq. Festivalın məqsədi İsrailin kinofilm sahəsinin Azərbaycanda təqdim olunmasıdır.
# 1361 dəfə oxunub

Oxşar xəbərlər

“Misir Mərdanovun qohumuyam” deyəndən sonra universitetdə yaşadıqlarım - Bəhruz Tağızadə

“Misir Mərdanovun qohumuyam” deyəndən sonra universitetdə yaşadıqlarım - Bəhruz Tağızadə

10:00 7 fevral 2026
Çətirlərinizi açmayın, altında heç kim yoxdursa... - Həmid Herisçinin yeni şeirləri

Çətirlərinizi açmayın, altında heç kim yoxdursa... - Həmid Herisçinin yeni şeirləri

15:00 6 fevral 2026
"Kimsə toxunanda naməhrəm əli dəymiş kimi diksinir..." - Sevinc Elsevərin yeni şeirləri

"Kimsə toxunanda naməhrəm əli dəymiş kimi diksinir..." - Sevinc Elsevərin yeni şeirləri

15:24 5 fevral 2026
Maykl Cekson, Vudi Allen, Naomi... - "EPŞTEYN QALMAQALI"nda  adı hallanan məşhur sənətçilər kimlərdir?

Maykl Cekson, Vudi Allen, Naomi... - "EPŞTEYN QALMAQALI"nda adı hallanan məşhur sənətçilər kimlərdir?

12:02 5 fevral 2026
Qış gecəsi - Rüstəm İbrahimbəyovun hekayəsi

Qış gecəsi - Rüstəm İbrahimbəyovun hekayəsi

10:00 5 fevral 2026
Oğlun tək qalacaq, bərk gələn bir siqnalın səsində - Əlibala Əhmədovun yeni şeirləri

Oğlun tək qalacaq, bərk gələn bir siqnalın səsində - Əlibala Əhmədovun yeni şeirləri

15:00 4 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər