Gecikmək; həyata, qadınlara və avtobusa…

Gecikmək; həyata, qadınlara və avtobusa…
18 oktyabr 2012
# 12:46
Layihə-“Kulis zarafatı”

Layihə çərçivəsində ironik yazılarla tanış olacaqsınız. Bu yazılarda cəmiyyətdəki problemlərə toxunulacaq, ancaq siz bu məqalələrin ironik olduğunu unutmayın. Yazılara bu nöqteyi-nəzərdən yanaşın.

Bizim bir dostumuz var, adını “Plov” qoymuşuq – həmişə məclisin axırında gəldiyinə görə...

***

Titanikə oxşayan avtovağzalın hələ heç təməli atılmadığı vaxtlarda Sumqayıtdan gələn avtobuslar “20 Yanvar” metrosunun yanında saxlayırdı. Metro girişi olduğuna görə, həmişə oralarda “bir kamaz” adam olurdu. Sürücülər də bilirdi ki, arxa qapını açsalar, sumqayıtlıların dili ilə desək, yetimin biri aradan çıxacaq, pulu verməyib tünlüyə qarışacaq.

- Şofer, arxa qapını aç...

-...

- Ə, manıs, arxa qapını aç da, gecikirik işə...

- Aə, səbir elə, qabaq qapıdan düşərsən.... Dünyanın harasında görünüb ki, “20 Yanvar”da arxa qapını açsınlar?!...

***

Son zamanlar sayı artan avtobus qəzalarından çıxartdığımız bir dərs var; artıq bilirik ki, avtobusun qabağı ilə arxası eyni yerə getməyə də bilər...

Bir gün qəbiristanlıqda armuda oxşayan qəbir görsəniz, bilin ki, orda mən yatıram. “Allah-Allah” ilə minib “Şükür Allaha” ilə düşdüyümüz avtobuslar da bunun səbəbidir.

Bir şüar da yazım, bu paraqraf da qəşəng görünsün: Biz ölümə tələsmirik, bizi tələsdirməyin...

***

İfraz etdiyi bir iki damcı sidiyin də dörddə üçünü analizə verən qocalara, əlbət ki, avtobusda yer vermək lazımdır. Amma onlara hörmət etməyimin ən ümdə səbəbini icazənizlə izah edim; qocalar avtobusun dalınca qaçmırlar, çünki artıq gedəcəkləri yeri bilirlər və ora tələsməyin mənasız olduğunu çoxdan qavrayıblar...

***

Hə, yadımdan çıxmışdı, pulunuz çatıb, düşərsiniz...

twitter.com/Yekebash

““Şofer, xodda avtobusu, Qarabağa sür...””
# 2348 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk qadın yazıçı - O, özü haqqında nəyi etiraf etmişdi?

Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk qadın yazıçı - O, özü haqqında nəyi etiraf etmişdi?

10:00 16 mart 2026
“Qisməti günümüzün ziyalısı kimi qiymətləndirməkdən qorxmayın” — Nadir Yalçın yazır

“Qisməti günümüzün ziyalısı kimi qiymətləndirməkdən qorxmayın” — Nadir Yalçın yazır

16:15 15 mart 2026
Əllərimdə darıxır əllərinin boş yeri… – Qismətin şeirləri

Əllərimdə darıxır əllərinin boş yeri… – Qismətin şeirləri

12:00 15 mart 2026
"Seyran Səxavət o həyati faciədən yan keçib" - Ədəbiyyat-adamdan niyə "şübhələndim"?!

"Seyran Səxavət o həyati faciədən yan keçib" - Ədəbiyyat-adamdan niyə "şübhələndim"?!

10:00 15 mart 2026
Mən, sən, o və telefon – Anarın hekayəsi

Mən, sən, o və telefon – Anarın hekayəsi

12:00 14 mart 2026
"İlhamiyyə, mənə bir yuxu ver..." - Həmid Herisçi Təbrizdən həyat yoldaşına şeir yazdı

"İlhamiyyə, mənə bir yuxu ver..." - Həmid Herisçi Təbrizdən həyat yoldaşına şeir yazdı

14:20 13 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər