Brejnevin intim öpüşləri - FOTOSESSİYA

Brejnevin intim öpüşləri - FOTOSESSİYA
16 oktyabr 2012
# 09:52
Leonid İliç Brejnevin siyasi liderlərlə öpüş səhnələri dünyanın əksər qəzetlərinin səhifələrini bəzəyərdi. Maraqlıdır ki, Brejnev qarşısına çıxanı üç dəfə öpərdi: sağ yanaqdan, sol yanaqdan və qardaşlığın kuliminasiya nöqtəsi kimi dodaqdan.

ADR-in lideri Erik Honnekerlə öpüşməsi ayrı aləm idi. İstər Honnekerin SSRİ-yə, istərsə də Brejnevin ADR-ə səfərləri zamanı onlar bir-birlərinin dodaqlarından tutub buraxmazdılar.

Brejnevin Çexoslavakiya lideri Qustav Qusakla öpüş səhnəsinə isə erotik film çəkən rejissorlar belə həsəd aparardı. Rəhmətliklər çox intim öpüşərdilər.

Amma Rumıniyanın o vaxtkı dövlət başçısı Nikolae Çauşesku dodaqlarını Brejnevin yanaqlarına toxundursa da, heç vaxt baş katibin dodaqlarına dodaq uzatmazdı. Deyilənə görə, iyrənərmiş.

“Soyuq müharibə” illərində dəmir hasarı aşıb SSRİ-yə gələn İngiltərənin baş naziri Marqarat Tetçer isə Brejnevlə öpüşməkdən ustalıqla qaçırdı. Doğrudur, xanım Tetçer əlini baş katibə uzadanda Brejnev onun yanaqlarını öpməyə cəhd edərdi. Amma Tetçer buna icazə verməzdi.

1973-cü ildə SSRİ-yə gələn ABŞ dövlət nümayəndələri içərisində bir sarışın tərcüməçi qız da olub. Brejnev hamı ilə əllə görüşəndən sonra onun da dodaqlarına “təcavüz” edib. Həmin vaxt onun tərcüməçi qızı öpmə səhnəsi ABŞ-ın irili-xırdalı əksər qəzetlərində yer almışdı.

ABŞ prezidentlərindən yalnız Cimmi Karter Brejnevin xətrinə dəymirdi, necə lazımdırsa öpüşürdü.

Elə Fələstin lideri Yasir Ərəfat da əvvəl-əvvəl Brejnevin öpüş taktikasını təəccüblə qarşılayardı. Amma SSRİ-yə gedib-gələndən sonra o da buna öyrəşdi.

Hamı ilə adətən üç dəfə öpüşən Brejnev Kuba lideri Fidel Kastro ilə azı beş dəfə öpüşərdi.

Xanım dövlət başçılarından isə Brejnev İndira Qandi ilə daha mehriban idi. Zavalı Qandi Brejnevə heç bir müqavimət göstərməzdi. Hindistanın naminə...

Səbuhi MƏMMƏDLİ
# 3189 dəfə oxunub

Oxşar xəbərlər

Vera Vasilyevnanın budlarını unuda bilməyən gənc - Ulucay Akif

Vera Vasilyevnanın budlarını unuda bilməyən gənc - Ulucay Akif

12:00 29 aprel 2026
Fəridə xanımın şeirləri İsmayıl YK estetikasındadır

Fəridə xanımın şeirləri İsmayıl YK estetikasındadır

12:00 27 aprel 2026
Füzuli sözü – ən uca poeziya göy üzü - Vaqif Bayatlı Odər

Füzuli sözü – ən uca poeziya göy üzü - Vaqif Bayatlı Odər

10:49 27 aprel 2026
Kimsəsiz adada 28 il... - Orijinal adı 25 sözdən ibarət olan "Robinzon Kruzo" haqqında maraqlı faktlar

Kimsəsiz adada 28 il... - Orijinal adı 25 sözdən ibarət olan "Robinzon Kruzo" haqqında maraqlı faktlar

16:00 25 aprel 2026
"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər