Nobel Çinə getdi

Nobel Çinə getdi
11 oktyabr 2012
# 14:55
Kulis.az-ın verdiyi məlumata görə, ədəbiyyat üzrə Nobel Mükafatı çinli yazıçı Mo Yana verilib.

Mükafat yazıçıya öz əsərlərində magik realizmlə xalq nağıllarını, tarixiliyi və müasirliyi əlaqələndirdiyinə görə verilib.

Mo Yan 1955-ci ildə anadan olub. Əsl adı Quan Moedir. Mo Yan çin dilində “danışma” deməkdir.

Mo Yan Çinin ən məşhur yazıçılarından biri hesab olunur. İnternet mənbələrində haqqında yazılıb ki, yazıçı tez-tez senzuraya məruz qalıb, əsərləri pirat üsullarla oxuculara çatdırılıb. 1987-ci il istehsalı olan “Qırmızı darı tarlaları” (Red Sorghum) filmi onun iki romanının motivləri əsasında çəkilib.


Ədəbiyyat üzrə Nobel Mükafatı 1901-ci ildən verilir. Mükafat ilk dəfə fransız şairi Sülli-Prüdoma verilib. Mükafatı qazanana medal, diplom və pul verirlər. Mükafatın təqdimetmə mərasimi Stokholmda Alfred Nobelin ildönümündə - 10 dekabrda baş tutur.

1958-ci ildə rus yazarı Boris Posternak bu mükafatı layiq görülsə də, SSRİ rəhbərliyinin təziyiqi ilə mükafatdan imtina etməli olub. 1964-cü ildə J.P.Sartr mükafatdan imtina edib. Onun məsləhəti ilə mükafatı 1965-ci ildə rus yazıçısı Şoloxova veriblər. Bu günə kimi 12 qadın Ədəbiyyat üzrə Nobel Mükafatını qazanıb. Bu mükafat 4 dəfə (1904, 1917, 1966, 1974) eyni vaxtda iki yazıçıya verilib.

İndiyə kimi mükafat 108 yazara verilib.

Ədəbiyyat üzrə Nobel Mükafatı 2006-cı ildə türk yazıçısı Orxan Pamuka verilib. Mükafatı ötən il isə şair Tomas Tranströmer almışdı.

Elmin Həsənli
# 2296 dəfə oxunub

Oxşar xəbərlər

"İlhamiyyə, mənə bir yuxu ver..." - Həmid Herisçi Təbrizdən həyat yoldaşına şeir yazdı

"İlhamiyyə, mənə bir yuxu ver..." - Həmid Herisçi Təbrizdən həyat yoldaşına şeir yazdı

14:20 13 mart 2026
"Yazdıqlarım bir dostumuzun boğazından keçmir..." -  Gənc yazıçılar niyə yaxşı yaza bilmirlər?

"Yazdıqlarım bir dostumuzun boğazından keçmir..." - Gənc yazıçılar niyə yaxşı yaza bilmirlər?

10:00 13 mart 2026
Qərib saymadılar Təbrizdə məni... - Cabir Novruzun şeirləri

Qərib saymadılar Təbrizdə məni... - Cabir Novruzun şeirləri

16:00 12 mart 2026
“Elmi-ədəbi dəb” arxasınca yüyürən təsəvvüf “görməmişləri”... - Füzuli qəzəllərində hansı dözülməz təhriflər var?

“Elmi-ədəbi dəb” arxasınca yüyürən təsəvvüf “görməmişləri”... - Füzuli qəzəllərində hansı dözülməz təhriflər var?

15:00 12 mart 2026
Kainatı ironik və gülməli təqdim edən yazıçı - Onun mistik  "42" rəqəminin sirri nə idi?

Kainatı ironik və gülməli təqdim edən yazıçı - Onun mistik "42" rəqəminin sirri nə idi?

15:00 11 mart 2026
“Kəkələmə rolları"na görə truppaya qəbul edilən aktyor - Bəşirin Səfəroğlu erası necə başlamışdı?

“Kəkələmə rolları"na görə truppaya qəbul edilən aktyor - Bəşirin Səfəroğlu erası necə başlamışdı?

12:00 11 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər