15 yaşında ana olmuş qızın da sənədi yoxdur, uşağının da...

15 yaşında ana olmuş qızın da sənədi yoxdur, uşağının da...
8 oktyabr 2012
# 17:24
Kaspian Plaza Biznes Mərkəzində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin Demokratiya Komissiyasının Kiçik Qrantlar Proqramının dəstəyi və yaxın əməkdaşlığı ilə Azərbaycan Uşaqlar Birliyi (AUB) tərəfindən «Eşidilməyən Səslər” Uşaqlara Qarşı Məcburi Əməyə Son» adlı layihəsinin I mərhələsinin icra olunması ilə bağlı prezentasiya və KİV nümayəndələri üçün mətbuat konfransı keçirilib.

Uşaqlar Birliyinin sədri, layihənin koordinatoru Kəmalə Ağazadə bildirib ki, layihənin məqsədi Azərbaycanda insan alverinin qurbanı olmuş və potensial qurbanı olan uşaqlara sosial, hüquqi və mənəvi dəstək olmaqla insan alverinin aradan qaldırılmasına yardım etmək və “İnsan Alverinə qarşı Milli fəaliyyət Planı”nın icrasında dövlət tərəfindən aparılan fəaliyyətlərə dəstəkdir.

«Eşidilməyən Səslər” Uşaqlara Qarşı Məcburi Əməyə Son» layihəsinin əsas vəzifələri insan alveri və məcburi əməyin qurbanı və potensial qurbanı olan baxımsız və kimsəsiz uşaqlara dəstək məqsədilə hüquqi, sosial, tibbi, və psixoloji yardım xidmətləri göstərməkdir. Eyni zamanda, layihə insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən ictimai qurumların və qeyri-hökumət təşkilatlarının (QHT) “İnsan alverinə qarşı Milli fəaliyyət Planı”nın icrasında dövlət tərəfindən aparılan fəaliyyətlərə cəlb olunması üçün imkanlar yaradılacaq.
Bu ilin iyul ayından icrasına başlanan layihə 11 ay müddətində həyata keçiriləcək, Bakı şəhərini və onun ətraf ərazilərini, o cümlədən, Azərbaycanın Gəncə və Yevlax rayonlarını əhatə ediləcək.

Layihə çərçivəsində fəaliyyətlər 2 istiqamətdə aparılır: İlk növbədə birbaşa olaraq insan alveri və məcburi əməyin qurbanı və potensial qurbanı olan baxımsız və kimsəsiz uşaqlara hədəf regionlarda mobil olaraq hüquqi, sosial, tibbi və psixoloji yardımlar göstərilir və qeyd olunan rayonlarda müvafiq dövlət strukturları ilə əməkdaşlıq edərək layihəyə cəlb olunan sənədsiz uşaqları şəxsiyyət vəsiqəsi və digər müvafiq hüquq sənədlər ilə təmin edilməsi istiqamətində konkret işlər görülür.

Layihənin mütəxəssisləri – autriç işçilər, psixoloq və hüquqşünasla birgə Bakı Binəqədi, Yasamal, Sabunçu rayonlarına və regionlara, o cümlədən Yevlax və Gəncəyə ezam olunublar. İlkin mərhələdə adları qeyd edilən ərazilərdəki icmalarda müxtəlif görüşlər keçirilib və müəyyən edilib ki, son 3 ayda 22 nəfər qeyri-rəsmi nikahdan doğulan uşaqlardır, onların 9 nəfəri ev şəraitində doğulub. Gürcüstan vətəndaşlarının Bakıda doğulan övladlarına şəhadətnamə verilmədiyindən uşaqlar tibbi, sosial və təhsil xidmətlərindən kənarda qalıblar. Bu qrupda erkən nikah faktı ilə də rastlaşdıq. 15 yaşında ailə qurmuş qızın doğum haqqında sənədinin olmaması və eyni zamanda dünyaya gətirdiyi övladının da sənədsiz olduğu aşkarlanıb. Digər qruplar arasında rast gəlinən sənədsiz uşaqlar isə əsasən qeyri-rəsmi nikahdan doğulmuş uşaqlardır. Belə ki, bu uşaqlar əsasən küçə ticarəti ilə məşğul olur, maşın yuyur, təkər qaraldır, əmək fəaliyyətinə ailəsi tərəfindən məcbur edilir.

Layihənin digər istiqaməti ictimaiyyəti mövcud problemə istiqamətləndirmək üçün layihədən faydalanan uşaq və yeniyetmələrin sosial çarxların hazırlanması, flaşmobların təşkili, “Çərpələng uçuranlar” və “Küçə rəssamları” kimi sosial reinteqrasiya fəaliyyətlərinə cəlb olunmalarını təmin etmək nəzərdə tutulub. Layihənin əsas nəticələrini təqdim etmək və uşaq alverinə qarşı mübarizəyə kömək edəcək alternativ qayğı modelinin qəbulu ilə bağlı müzakirə aparmaq üçün müvafiq dövlət strukturları və parlament nümayəndələrinin iştirakı ilə Bakıda “Eşidilməyən səslər” adlı milli görüşünün keçirilməsini də nəzərdə tutulub. İctimai vəkillik səylərinin gücləndirilməsi məqsədi ilə AUB Azərbaycanda insan alveri problemi və mübarizə yollarını müzakirə etmək üçün gələcəkdə də, yerli və beynəlxalq QHT-lər, hökumət orqanları və özəl sektorla görüşlər təşkil edəcək. Cəmiyyətdə insan alveri və məcburi əməyin qurbanı və potensial qurbanı olan kimsəsiz uşaqların effektiv sosial reabilitasiyası və dəstək mexanizmlərinin gücləndirilməsi üçün hazırlanmış təkliflər və uğur qazanmış təcrübələr “İnsan Alverinə qarşı Milli fəaliyyət Planı” çərçivəsində icra olunması üçün tövsiyyə oluncaq.
# 3263 dəfə oxunub

Oxşar xəbərlər

Eşq, mütaliə və ehtiras... - Tanınmış fransız rəssamın məşhur əsərləri

Eşq, mütaliə və ehtiras... - Tanınmış fransız rəssamın məşhur əsərləri

13:00 22 avqust 2026
“Mənə liderliyi ələ alacaq kişi lazımdır” – Məşhur "Training season" necə yarandı?

“Mənə liderliyi ələ alacaq kişi lazımdır” – Məşhur "Training season" necə yarandı?

10:30 22 avqust 2026
Klassik Şərq poetikası ilə modern rəngkarlığın təfsiri  - Mikayıl Abdullayevin "Füzuli" əsəri

Klassik Şərq poetikası ilə modern rəngkarlığın təfsiri - Mikayıl Abdullayevin "Füzuli" əsəri

16:05 21 avqust 2026
"Nə vaxt təslim olacağını bilməlisən..." - Məşhur "The gambler" necə yarandı?

"Nə vaxt təslim olacağını bilməlisən..." - Məşhur "The gambler" necə yarandı?

12:30 21 avqust 2026
Modern təfəkkürlə qədim köklərin kəsişdiyi nöqtə - "İmereti – Anam mənim" tablosu

Modern təfəkkürlə qədim köklərin kəsişdiyi nöqtə - "İmereti – Anam mənim" tablosu

14:30 20 avqust 2026
İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

18:30 19 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər