Dövlət Gənc Tamaşaçılar Teatrında premyera

Dövlət Gənc Tamaşaçılar Teatrında premyera
25 aprel 2011
# 11:25
Mən səni sevirəm


22 aprel 2011-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında dramaturq Əli Əmirlinin «M.S.S. –Mən səni sevirəm» iki hissəli lirik komediyasının premyerası olub.

Kulis.az-ın məlumatına görə ilk səhnə əsəri («Ərizə») hələ 1990-cı ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında oynanılan dramaturq Əli Əmirlinin 21 ildən sonra yenidən Dövlət Gənc Tamaşaçılar teatrının səhnəsində «M.S.S.- Mən səni sevirəm» pyesinə quruluş verilib.

Tamaşanın rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Tahir Tahirovdur. Müəlliflər tamaşanı lirik komediya kimi təqdim etsələr də, bütövlükdə o, insanın şəxsiyyət kimi formalaşma prosesinə təsir edən ən müxtəlif sosial-mənəvi və əxlaqi məsələləri tam ciddiyyəti ilə qabardan dram təsiri bağışlayır.

On bir illik məktəb illəri başa çatmaq üzrədir, iki aydan sonra məktəbdən və bir-birilərindən həmişəlik ayrılmalı olan on birincilər məktəbdə yaranmış mövcud vəziyyətlə barışmaq istəmirlər, onlar hər addımbaşı rast gəldikləri ədalətsizliyə, riyakarlığa və rüşvətin yaratdığı üfunətli mühitə qarşı etiraz səslərini ucaldırlar. Bu işdə onların yol göstərəni çox sevdikləri Sabah müəllimədir.

Etirazın obyekti isə şərəfli müəllim adına ləkə gətirən Qətibə müəllimədir. Elə bu yerdə məlum olur ki, tamaşada xeyirin daşıyıcısı Sabah müəllimə, şərə xidmət edən isə Qətibə müəllimədir. İki saatlıq tamaşa zamanı xeyirlə şər onların timsalında mübarizə aparır. Səhnədə üz-üzə gəlib açıq döyüş aparmasalar da, əməlləri onların yerinə vuruşur, çarpışır və sonda elə təəssürat yaranır ki, guya şərin təmsilçisi Qətibə müəllimə xeyir üzərində qələbə çalır, əslində bu heç də belə deyil, Sabah müəllimənin dili ilə desək, bu qələbə «görüntüdür, əslində isə haqq həmişə qalibdir, çünki qələbə onun mahiyyətindədir».


Tamaşada əsas obrazları Əməkdar artistlər Qəmər Məmmədova, Leyli Vəliyeva, Kubra Dadaşova, Gülər Nəbiyeva, aktyorlar Günel Məmmədova, Kəmalə Hüseynova, Şəbnəm Hüseynova, İradə Rəşidova, Asya Atakişiyeva, Eşqin Quliyev, Elnur Hüseynov, Sərvər Əliyev, Manaf Dadaşov, Yusif Dadaşov və başqaları ifa edirlər.

Növbəti tamaşa may ayının 7-də olacaq.

Ramilə Qurbanlı
# 1915 dəfə oxunub

Oxşar xəbərlər

“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

16:00 17 sentyabr 2026
Füzuliyanə təbiət və Abşeron lirikası - "Torpağın arzusu" tablosu

Füzuliyanə təbiət və Abşeron lirikası - "Torpağın arzusu" tablosu

14:00 17 sentyabr 2026
"Anti-mədəniyyətin Bibliyası"nın müəllifi  - Riçard Brotiqan kim idi?

"Anti-mədəniyyətin Bibliyası"nın müəllifi - Riçard Brotiqan kim idi?

16:00 16 sentyabr 2026
"Baxışların artıq məni çağırır..." - Məşhur "Despacito" necə yarandı?

"Baxışların artıq məni çağırır..." - Məşhur "Despacito" necə yarandı?

15:30 16 sentyabr 2026
Kağız parçalarından sənət əsəri – Jan Arpın “Təsadüfi dördbucaqlılar”ı

Kağız parçalarından sənət əsəri – Jan Arpın “Təsadüfi dördbucaqlılar”ı

13:30 16 sentyabr 2026
Mətnlərarası əlaqə qeyri-səlis məntiq prizmasından...   - Kamal Abdulla "ya canlı, ya ölü" dixotomiyasını necə sarsıdır?

Mətnlərarası əlaqə qeyri-səlis məntiq prizmasından... - Kamal Abdulla "ya canlı, ya ölü" dixotomiyasını necə sarsıdır?

10:00 15 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər