Kitabxanaları mağazaya çevirirlər

Kitabxanaları mağazaya çevirirlər
4 oktyabr 2012
# 11:55
Son illərdə kitab bazarında dirçəliş nəzərə çarpır. Amma kitabxanaların oxu zalları hələ də boşdur. Kitabxanalara maraq və diqqət həddindən artıq azdır. Hətta bəzi kitabxanalar mağazaya çevrilib. “Azadlıq” prospektiylə “Həsən Əliyev” küçəsinin kəsişməsində yerləşən “Tağı Şahbazi” adına kitabxananın yerində də mağaza fəaliyyət göstərir. 2010-cu ilin qışında kitabxana təmir adı ilə qapadılmışdı. Təmir bitdi və kitabxananın yerində hamam, tualet üçün lazım olan mallar satılan mağaza fəaliyyətə başladı. Oxucuların şəxsiyyət və üzvlük vəsiqələri isə o vaxtkı Abdulla Şaiq adına uşaq kitabxanasına göndərildi. Başqa maraqlı nümunələr də var.

Məsələn baş çəkdiyimiz İmişli rayonunda yerləşən böyük kitab satışı dükanında ancaq barelyeflər qalıb. Əcaib bir şeydir, fasadında ədəbiyyatçıların barelyefləri olan “Access Bank”... Daha sonra yolumuzu İmişli rayon Mərkəzi Kitabxanasından saldıq. Burda da vəziyyət yaxşı deyildi. Yeni kitablarla təminat – xüsusən, dünya ədəbiyyatı nümunələri ilə - yox dərəcəsindədir. “Nobel” mükafatı laureatı olan müəlliflərin kitabları azdır – cəmi iki-üç nüsxəyə rast gəldik (Orxan Pamuk, Per Lagerkvist və s.). İmişlidə getdiyimiz son ünvan Bəhrəmtəpə qəsəbəsində yerləşən kitabxana oldu. Amma kitabxana ilə tanış ola bilmədik. Çünki, kitabxananın qapısından qıfıllı idi. Camaat deyir ki, buranı qıfılsız görmək axır çərşənbədə söyüdün suya toxunduğunu görmək kimi bir şeydi.

Araşdırmanı davam etdirmək məqsədilə M. F. Axundov adına Milli Kitabxanaya da yollandıq. Gəlişimizin səbəbini biləndən sonra bizi içəri buraxmaq istəməyən mühafizəçiylə bir xeyli “atışandan” sonra yuxarı qalxdıq. İşçilərlə söhbətdən məlum oldu ki, kitabxanaya hər gün təxminən 100-200 nəfər oxucu gəlir, əksəriyyət isə tələbələrdir. Semestr imtahanları ərəfəsində bu rəqəm 500-1000 arasında dəyişir. Oxucuların daha çox nədən şikayətçi olduqlarını öyrənmək istədik. Dedilər ki, heç bir narazılığımız yoxdur.

Kitabxanaçılar bildirirlər ki, oxucular daha çox elmi ədəbiyyatların sayının az olmasından şikayətçidirlər.

Daha sonra oxucuların hansı kitablarla maraqlandığını soruşduq. Çingiz Abdullayevin, Elxan Elatlının, adlarını eşitdik. Dünya ədəbiyyatından isə daha çox Paulo Koelonun “Kimyagər” əsərinin adını çəkdilər.

Xidməti şöbədən isə bildirdilər ki, kitabxananın elektron bazası yaradılır. Proses bitmədiyindən bu cür çətinliklər hələ ki, mövcuddur. Kitabxanada ümumilikdə 5.5 milyon kitab var. Bu qədər kitabı elektron varianta çevirmək vaxt tələb edir.

Sonra Nərimanov rayonu Mərkəzləşdirilmiş Kitabxanasına üz tutduq. Bura əvvəllər Abdulla Şaiq adına uşaq kitabxanası idi, ad dəyişdirilsə də ciddi bir fərq nəzərə çarpmırdı: köhnə hamam, köhnə tas. Bircə baza yenilənmiş, uşaq kitabları əvəzlənmişdi. Kitabxanaçıdan daha çox hansı problemlərin olduğunu soruşduq. Burada da eyni mənzərəni gördük-kitab çatışmazlığı...

Cavid Şükürov

Səbuhi Eltonoğlu
# 1671 dəfə oxunub

Oxşar xəbərlər

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

12:16 28 oktyabr 2025
Qaraltı - Vüqar Vanın yeni hekayəsi

Qaraltı - Vüqar Vanın yeni hekayəsi

10:30 28 oktyabr 2025
Kurt Şnayderin psixopat təsnifatı - Siyahıda kimlər var?

Kurt Şnayderin psixopat təsnifatı - Siyahıda kimlər var?

12:00 27 oktyabr 2025
"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

"O, çək­­məçi deyil və sifariş qəbul etmir" - Cavidin əleyhinə ifadə verənlər kimlər idi?

15:25 24 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər