Fransada Məhəmməd peyğəmbərin karikaturaları dərc edilib
Fransada nəşr olunan “Charlie Hebdo” adlı həftəlik satirik jurnal 19 sentyabr tarixli sayında Məhəmməd peyğəmbərin karikaturalarını dərc edib.
APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, karikaturalar jurnalın iç səhifələrində yerləşdirilib.
Jurnalın bu karikaturaları dərc etmək niyyəti bir gün əvvəl məlum olub. Fransa Müsəlmanları Şurası fakta etirazını bildirərək müsəlmanları bu provokasiyaya uymamağa çağırıb. Fransanın baş naziri Jan-Mark Ero (Jean-Marc Ayrault) isə Fransada söz azadlığının mövcud olduğunu bəyan edərək nəşrdən narazı qalanlara məhkəməyə müraciət etməyi məsləhət görüb.
Qeyd edək ki, “Charlie Hebdo” daha əvvəl də Məhəmməd peyğəmbərin karikaturalarını dərc edib. 2011-ci ilin noyabrında redaksiyanı binası bu səbəblə yandırılıb.

Oxşar xəbərlər
"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?
16:00
8 oktyabr 2026
İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"
14:00
8 oktyabr 2026
Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?
18:40
6 oktyabr 2026
"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası
15:00
6 oktyabr 2026
Eybəcər - Samirə Əşrəfin hekayəsi
15:00
5 oktyabr 2026
Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"
14:00
5 oktyabr 2026