Ruhları görən varmı?

Ruhları görən varmı?
9 avqust 2012
# 06:00
Elmin açıqlaya bilmədiyi faktlar

Dünyada qəribəliklər günü-gündən artmaqdadır. Elm bəzi suallara cavab tapsa da bəzilərinin qarşısında aciz qalır. ABŞ-ın “LiveScience” jurnalı bunları araşdırıb və elm dünyasının açıqlaya bilmədiyi 10 faktın siyahısını tərtib edib.

Bədən və beyin bağlantısı
Beyinlə bədən arasındakı sıx bağlantıdan söz düşəndə, yaxud ağır xəstələr haqqında danışanda mütləq “Plasebo effekti” xatırlanır. “Plasebo effekti” – xəstənin öz-özünü fikrən sağaltmasıdır. Sübut olunub ki, insan saxta, lazımsız bir dərman atmaqla da ağır bir xəstəlikdən qurtula bilər, yetər ki ona fikrən inansın. Plasebo sınaqları beyin nəyə inanırsa, bədənin də onu yaşadığının sübutudur. Əksər həkimlər beynin köməyi ilə bədəni yaxşılaşdırma qabiliyyətinin, modern tibbin yarada biləcəyi bir möcüzədən qat-qat təsirli olduğuna inanır.

Ruhlar

Ruhların varlığı haqqında ciddi bir sübut olmasa da, onları görən, onlarla söhbət edən, şəkillərini çəkən bir çox insanlar, şahidlər var. Ancaq elm hələ də bunu açıqlaya bilmir.

“Déjà vu”

Fransız sözü olan “déjà vu” “daha əvvəl görülmüş” mənasını verir. Yəni elə anlar olur ki, bunu daha əvvəl yaşadığını düşünürsən. Hamının tez-tez qarşılaşdığı hadisə, bir az təəccüblü, bir az çaşdırıcı anlardır. Araşdırmaçılar bəzi tədqiqatlar aparsalar da, “déjà vu”nun səbəbi hələ də gizlidir.

Taos uğultusu

ABŞ-ın Nyu Mexiko əyalətində yerləşən balaca Taos kəndini ziyarət edən bəzi turistlər və vətəndaşlar illərdir havadan gizli, aşağı tezlikli bir uğultu və titrəyiş eşidirlər. Bəziləri bunu uğursuzluq, bəziləri də təbiət hadisəsi kimi yozur. Ancaq hələ də elmi cəhətdən uğultunun mənbəyi, səbəbi tapılmayıb.

Altıncı hiss, yoxsa psixi güc?

Həm Qərb, həm də Şərq cəmiyyətlərində bəzi insanların altıncı hissinin olduğuna inanırlar. Belə bir gücə sahib olduqlarını iddia edənlər psixoloqlar, tədqiqatçılar tərəfindən dəfələrlə sınağa çəkilib. Amma əldə olunan nəticələr müəmmalı və şübhəli olur. Altıncı hiss məsələsi hələ də gizli qalır.

Uzaqgörənlik

Psixoloqlar bunu belə açıqlayır: insanlar şüuraltı, özləri də hiss etmədən ətrafdakılar haqqında məlumata sahib olurlar. Deməli, əslində “görünüşcə bilmədiyimiz” bəzi şeyləri bilirik, ya da hiss edirik. Ancaq bu məlumatlar şüuraltında yaşadığı üçün bunun necə baş verdiyini heç cür anlamırıq. Bu açıqlama bəziləri üçün qaneedici olsa da, bəziləri üçün hələ də üzərində işləniləsi uzun və ağır mövzudur.

Ölümdən sonra həyat

Ölümə bənzər halla rastlaşanlar çox vaxt eyni hekayəni danışırlar: “Qaranlıq tuneldə gedirdim, axrında da işıq vardı…”. Təəssüf ki, başqa heç bir sübut, yaxud inkaredilməz məlumatlar olmur. Əslində, psixoloqlar bunun “o biri dünya” deyil, travma almış beynin hallüsinasiyaları hesab edirlər. Hələ ki o dünyadan gedib qayıdan olmadığına görə, bu hekayətlər izahsız, izahlar sübutsuz qalacaq.

UNO-lar

UNO- yəni uçan naməlum obyekt deyəndə adamın ağlına dairələr, boşqaba bənzər gəmilər gəlir. Dünyanın müxtəlif ölkələrində onları görənlər var. Ancaq bu obyekt və işıqlar əslində nədir; təyyarəmi, meteoridmi, yoxsa yad planetlilərmi, onu heç kim bilmir.

İtkin düşənlər


İnsanlar bəzən itirlər. Bəziləri yaşadıqları həyatdan qaçır, bəziləri təsadüfi qəzalarda həyatını itirir, bəziləri cinayətə qurban gedirlər. Hərdən diri, çox vaxt da ölü tapılırlar. Bəziləri isə elə bil göyə çəkilirlər. 1872-ci ildə Portoqaliya yaxınlığında tapılan “ruh gəmisi”ndəki Mari Selestenin heyətinin, amerikalı, həmkarlar ittifaqı rəhbəri Cimmi Hoffanın yoxa çıxması bu cür “göyə çəkilmələr”dəndir.

“Böyük ayaq”lar

ABŞ-da tüklü, çox iri, “Böyük ayaq” adlı məxluq görən çoxlu sayda insan var. Onların dediklərinə inansaq, insana bənzəyən “Böyük ayaq”lardan minlərlədir. Ancaq indiyədək bu qorxunc məxluqun bir cəsədi belə tapılmayıb. Ancaq şəkillər, videolar və şahidlər var. Görünür, “Böyük ayaq” da Şotlandiyanın varlığı sübut olunmayan Lok Ness canavarı kimi sirlər dünyasında yerini qoruyacaq.

Hazırladı: Rena Nevzat
# 3972 dəfə oxunub

Oxşar xəbərlər

Nə şah unutdura bildi, nə molla - Edam ipini öpən azərbaycanlı şair kimdir?

Nə şah unutdura bildi, nə molla - Edam ipini öpən azərbaycanlı şair kimdir?

09:00 2 iyul 2025
Matsoni - Əli Novruzovun yeni hekayəsi

Matsoni - Əli Novruzovun yeni hekayəsi

09:00 1 iyul 2025
“Təhminə” filmi ilə məşhurlaşdı, bir gecədə Bakını tərk etdi, ağır xəstəlik keçirib yatağa düşdü – O niyə aktrisalıqdan imtina etdi?

“Təhminə” filmi ilə məşhurlaşdı, bir gecədə Bakını tərk etdi, ağır xəstəlik keçirib yatağa düşdü – O niyə aktrisalıqdan imtina etdi?

12:00 30 iyun 2025
Buğdanın göyə çəkilməsi -  Murad Köhnəqalanın yeni hekayəsi

Buğdanın göyə çəkilməsi - Murad Köhnəqalanın yeni hekayəsi

10:00 29 iyun 2025
İki həftədə iki ölüm, unudulmuş soy, gizli bağlantı - Kəbirlinski kimdir?

İki həftədə iki ölüm, unudulmuş soy, gizli bağlantı - Kəbirlinski kimdir?

10:00 28 iyun 2025
Xalq düşmənini evində gizlətdi, 14 yaşlı oğlu ilə sürgünə göndərildi, şahın qızıl saatını satdı - SSRİ-nin ən "arzuolunmaz" qadını

Xalq düşmənini evində gizlətdi, 14 yaşlı oğlu ilə sürgünə göndərildi, şahın qızıl saatını satdı - SSRİ-nin ən "arzuolunmaz" qadını

12:00 27 iyun 2025
#
#
# # #