Rokçular pərdə arxasında nəylə məşğul olur?

Rokçular pərdə arxasında nəylə məşğul olur?
14 sentyabr 2011
# 05:00
Rokçuların kulisləri həmişə maraq doğurub. Kimisi rokçuların konsertdən əvvəl çox içdiyini, kimisi qadınlarla vaxt keçirdiklərini düşünür.

“Tempo” jurnalı da bir neçə rokçunun kulisindən reportaj hazırlayıb. Onlardan bəzilərini seçib sizə təqdim edirik:


Hayko Çepkin: “Vodka”sız konsert olmaz”

Erməni əsilli türk rokçu Hayko Çepkin kulisdə çox səmimi və dostcanlıdır. Danışmağı, tez-tez gülməli hekayələr danışmağı sevir. Konsertdən əvvəl kulisə gələn pərəstişkarları ilə bir-bir şəkil çəkdirir, heç kimin xətrinə dəymir. Hər bir sənətçi kimi konsertdən əvvəl çox həyəcanlıdır. Konsert vaxtına yaxınlaşdıqca daha da həyəcanlanır, demək olar ki, kulisdən çıxmır.

Kulisdə çoxlu enerji içkiləri və “Vodka”, bir də yerdə onun üçün çox dəyərli olan qeyri-adi mikrofonu var. Makiyaj və saç düzümünün hazırlanması 90 dəqiqəyə qədər vaxt alır. Sonra ağ paltarını geyinib, sevimli mikrofonunu götürüb səhnəyə çıxır. Bir azdan ağ paltarında çoxlu qan ləkələri ilə geri qayıdır.

Mikrofondan çıxan saxta “qan fontanı”ndan məmnun görünür və gülə-gülə kulisdəki hər kəsə enerji içkiləri və vodka verir.


“Athena”: “Biz türkük, kulisdə nərd oynayırıq”

Türkiyənin “Eurovision” təmsilçilərindən olan “Athena” qrupunun üzvü Gökhan: “Turnelərdə enerjimiz tamam tükənir. O qədər oxuyub oynayırıq ki, gələn konsertdə heç səhnəyə çıxa bilmirik. Kulisimiz çox da enerjili olmur. Məsələn, “bu gün konsertdən əvvəl nərd oynadıq”, - deyə kulislərindən bəhs edir.

Athena qrupunun üzvləri futbol dəlisidirlər. Konsertdən əvvəl PlayStation 3-lə FİFA və Pes oynayırlar. Kulisdə bəzən işıqları söndürüb şam yandırırlar. Geyimləri haqda isə bunları deyirlər: “Bizdə imic yoxdur. Səhnədə də, məşqlərdə də, şəxsi həyatımızda da eyni paltarları geyinirik”.


“Badem”: “Getdiyimiz yerlərdə bazarları gəzirik”

Kədərli mahnıları ilə tanınan “Badem” qrupunun üzvləri çox şəndirlər. Gülə-gülə çıxdıqları səhnədən eyni həyəcanla qayıdırlar. Kulis balacadır, içəridə bir soyuducu, güzgü və bir neçə stol var. Güzgüdən 3D formatlı quş rəsmi asılıb.

Qrup üzvləri buna: “Getdiyimiz hər şəhərdə alış-veriş etməyi sevirik. Bu 3D formatlı quş rəsmini görən kimi aldıq. Çünki bizim son albomumuzun da üz qabığı 3D formatlıdır. Quşları özümüzə bənzədib, güzgüdən asdıq”, - deyə açıqlama verirlər.

Solist Mustafa Kamal Öztürk isə “Ərzurumspor” futbol formasını geyinir, əllərində quş rəsmi ilə şəkil çəkdirirlər. Sonra kulisə sifariş verdikləri kabablar gəlir…


Günel ƏSGƏRZADƏ
# 1780 dəfə oxunub

Oxşar xəbərlər

İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

18:30 19 avqust 2026
"Ana, həyat yenicə başlayırdı..." - Məşhur "Bohemian rhapsody" necə yarandı?

"Ana, həyat yenicə başlayırdı..." - Məşhur "Bohemian rhapsody" necə yarandı?

16:30 19 avqust 2026
Baş mələk Mikayılla İblisin təsvirini çəkən rəssam - Qvido Reninin məşhur əsərləri

Baş mələk Mikayılla İblisin təsvirini çəkən rəssam - Qvido Reninin məşhur əsərləri

18:00 18 avqust 2026
"Niyə məni bəyənmirsən?.." - "Grace Kelly" necə yarandı?

"Niyə məni bəyənmirsən?.." - "Grace Kelly" necə yarandı?

15:30 18 avqust 2026
Kubizmlə futurizmin sintezi, sənətdə sənayeləşmə...- Umberto Boççoninin məşhur əsərləri

Kubizmlə futurizmin sintezi, sənətdə sənayeləşmə...- Umberto Boççoninin məşhur əsərləri

18:30 17 avqust 2026
"Biz yeri cənnətə çevirəcəyik..." - "Heaven Is a place on Earth" necə yarandı?

"Biz yeri cənnətə çevirəcəyik..." - "Heaven Is a place on Earth" necə yarandı?

14:00 17 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər