Top-model “Daily Telegraph”da köşə yazarı olacaq

Top-model “Daily Telegraph”da köşə yazarı olacaq
9 avqust 2011
# 11:00
Tanınmış top-model Miranda Kerr “Daily Telegraph” qəzetinin köşə yazarı olacaq.

“Victoria`s Secret”in ən gənc modeli qəzetin Avstraliya nəşrində sağlam həyat tərzi üçün məsləhətlər verəcək. Onun ilk köşəsi isə sentyabrın 18-də yayımlanacaq.

Aktyor Orlando Blumla evil olan 28 yaşlı model gözəlliyinin sirrinin xoşbəxtlik olduğunu deyib: “Əgər özünüzü sevirsinizsə, istər-istəməz sağlam bəslənib, idman etməyə maraq göstərəcəksiniz. Bunları etdikdə daha enerjili olub, ətrafınızdakılara daha çox xoşbəxtlik bəxş edəcəksiniz. Əgər gözəl bir ailəyə sahibsinizsə, xoşbəxtliyiniz iki qat artar və hər zaman yaxşı görünüşdə olarsınız”.

9 aylıq oğlu olan model doğumdan sonra qüsursuz bədənə idman sayəsində qovuşduğunu bildirib. Bundan əlavə, model bəslənmə haqda kifayət qədər informasiyalı olduğunu və bu yaxınlarda bu mövzuda dərslər vermək istədiyini açıqlayıb.

Günel Əsgərzadə
# 1947 dəfə oxunub

Oxşar xəbərlər

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

18:40 6 oktyabr 2026
"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

15:00 6 oktyabr 2026
Eybəcər - Samirə Əşrəfin hekayəsi

Eybəcər - Samirə Əşrəfin hekayəsi

15:00 5 oktyabr 2026
Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

14:00 5 oktyabr 2026
“Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri

“Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri

14:00 4 oktyabr 2026
İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

13:30 4 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər