Ad günün mübarək, Teo!

Ad günün mübarək, Teo!
8 avqust 2011
# 12:29
Türk rokçu Teomanın karyerasına son verən məktubundan sonra onun 15 illik meneceri də dilə gəldi.

Teomanın meneceri Funda Sanlımanın “Medyatava” saytına göndərdiyi məktubundan parçaları ixtisarla təqdim edirik:


Teomandan zəng gəldi: “Musiqini tərk etdim, özümü işdən qovdum”. Komandası Dünya Kubokunu almış insanlar qədər sevindim. Bu rahatladıcı səs getməyin ilk addımını atmışdı.

Dərhal Şazimentə (Teomanın anası) zəng vurdum. Təəccübləndi. Çünki məndən əvvəl onunla danışıbmış. Anasının arzusu oğlunun xəbər aparıcısı olmaq idi. Sevincək: “Bəlkə indən sonra olar”, - dedi. Gülüşdük.

Teoman işi üçün yaşayan biridir. Bu işin pul ilə əlaqəsi yoxdur. 15 il ərzində məndən yalnız xərclik aldı, heç vaxt nə qədər pulunun olduğunu soruşmadı. Puldan az qala iyrənir. Albomlarının nə qədər satıldığını bilməz, maraqlanmaz, konsertə gələnlərin sayına fikir verməz. Konsertlərdə kulisin yaxşı olmasını istəyər, dostlarını qonaq etmək üçün.

15 yaşındakı Teomana bəyəndirməyə çalışır özünü. O, 15 yaşlı uşağı çox sevir, öz uşaqlığının üstündə əsir. O, böyük rolu oynayan balacadır. Ona görə mahnılarını özü yazır, kliplərini çəkir. Öz qəhrəmanları onu necə təsirləndiribsə, o da elə təsirləndirmək istəyir insanları.

Özü istədiyi kimi bir film çəkər, insanların xəyal etmədiyi qədər pul batırar və bir saniyə də vecinə almaz. Puldan düşünməyə, danışmağa utanır çünki. Amma belə olduğu üçün qürur duyur özü ilə.

Bu aralar ən çox düşündüyü şey: Türkiyədə indiyədək doğru və gözəl bir musiqi karyerasını davam etdirə bilməməyini və musiqi mühitini “quraq” saymasıdır. Sistemin özü özünü yediyini və yaxında iqtisadiyyatı güclü olsa da, musiqi dünyasının heç bir anlamının qalmayacağını düşünür.

Dağılan qruplara, istəmədiyi işləri görən, maddi problemləri olan musiqiçilərə görə pis olur, onlar üçün nəsə etməyə çalışır, çabalayır. Sistemin kiçik və orta ölçüdəki sənətçiləri məhv edəcəyinə və ya anlamını itirəcəyinə inanır.

Son bir ildə iki dəyərli itki verməsi artıq Teomanı musiqi ilə, sənətlə özünü rahatlatmayacağı bir nöqtəyə gətirdi. Musiqi onun köhnə sevgilisidir və burada qalacaq.

Həyatında ilk dəfə “artıq ayağımı torpağa basmaq istəyirəm”, - dedi mənə. Etiraf etdi: şöhrət, pul, eqo, qadınların ona marağı, dünya ilə savaşmaq və s. onu xoşbəxt etmir artıq.

Teoman isə artıq evindən çıxacaq və gerçək bir həyat yaşayacaq. Özü ilə də, həqiqətilə də barışacaq.

Anladacaq yeni bir şeyi qalmadığını düşünür. Onu tanıyan biri kimi, qərarını haqlı sayıram və dəstəkləyirəm onu. Teoman bir daha qayıtmamaq şərti ilə musiqidən ayrıldı, indi o, həyata qarışacaq. O, depressiyada, həyatında ilk dəfə qarşılaşdığı depressiyadan çıxmağa çalışır. Bacaracaq. Hər son - bir başlanğıcdır.

Ad günün mübarək, Teoman!

Hazıladı: Günel Əsgərzadə
# 1528 dəfə oxunub

Oxşar xəbərlər

İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

18:30 19 avqust 2026
"Ana, həyat yenicə başlayırdı..." - Məşhur "Bohemian rhapsody" necə yarandı?

"Ana, həyat yenicə başlayırdı..." - Məşhur "Bohemian rhapsody" necə yarandı?

16:30 19 avqust 2026
Baş mələk Mikayılla İblisin təsvirini çəkən rəssam - Qvido Reninin məşhur əsərləri

Baş mələk Mikayılla İblisin təsvirini çəkən rəssam - Qvido Reninin məşhur əsərləri

18:00 18 avqust 2026
"Niyə məni bəyənmirsən?.." - "Grace Kelly" necə yarandı?

"Niyə məni bəyənmirsən?.." - "Grace Kelly" necə yarandı?

15:30 18 avqust 2026
Kubizmlə futurizmin sintezi, sənətdə sənayeləşmə...- Umberto Boççoninin məşhur əsərləri

Kubizmlə futurizmin sintezi, sənətdə sənayeləşmə...- Umberto Boççoninin məşhur əsərləri

18:30 17 avqust 2026
"Biz yeri cənnətə çevirəcəyik..." - "Heaven Is a place on Earth" necə yarandı?

"Biz yeri cənnətə çevirəcəyik..." - "Heaven Is a place on Earth" necə yarandı?

14:00 17 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər