Emi Uaynhaus gizlin basdırıldı

Emi Uaynhaus gizlin basdırıldı
27 iyul 2011
# 10:29
Müğənni Emi Uaynhausun (Amy Winehouse) kremasiya mərasimi ailəsi və yaxınlarının iştirakı ilə Londonun şimalındakı krematoriyada keçirilib.

APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, 27 yaşlı Emi Uaynhausun cəsədi Londonun Kamden rayonundakı evində şənbə günü tapılıb. Cəsəd üzərində tibbi ekspertiza bazar ertəsi keçirilib.

Kremasiyadan əvvəl Londondakı Edquareburi qəbiristanlığında dua mərasimi keçirilib.

Mərasimdə musiqi prodüseri Mark Ronson və televiziya ulduzu Kelli Ozborn iştirak ediblər.

Onun ölümünün səbəbi açıqlanmasa da, istintaq başlayıb və oktyabrın 26-dək təxirə salınıb. Zəhərlənmə testlərinin nəticələrinin açıqlanması 4 həftə çəkə bilər.

Bazar ertəsi müğənninin atası Mitç Uaynhaus qızının evinin qarşısını xatirə hədiyyələri ilə bəzəyən pərəstişkarlarına təşəkkür edib: "Bunun bizim üçün nə demək olduğunu ifadə edə bilmirəm. Həqiqətən də bu, dərdi çəkməyi xeyli asanlaşdırır".

Pərəstişkarları müğənninin evinin qarşısını güllər və şəkillərlə bəzəyib.

Qızının evinə gələn ata deyib ki, bu itki qarşısında söz tapa bilmir.
Müğənninin anası və qardaşı da onunla birlikdə pərəstişkarların gül, açıqca, şəkillər düzdüyü yerə gəlib.

Brit və Grammy mükafatları laureatı olan müğənni uzun illər idi ki, içki və narkotik problemlərindən əziyyət çəkirdi və bu yaxınlarda reabilitasiya mərkəzində müalicə keçmişdi.

Polis onun ölümünün səbəbinin narkotiklərlə bağlı olub-olmadığını söyləməkdən imtina edib.

Emi Uaynhausun 5 il öncə buraxdığı və çoxlarının sevimlisi olan Back To Black albomu ölümündən sonra, bazar günü yenidən populyar musiqi çatlarına qayıdıb.
# 1759 dəfə oxunub

Oxşar xəbərlər

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

18:40 6 oktyabr 2026
"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

15:00 6 oktyabr 2026
Eybəcər - Samirə Əşrəfin hekayəsi

Eybəcər - Samirə Əşrəfin hekayəsi

15:00 5 oktyabr 2026
Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

14:00 5 oktyabr 2026
“Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri

“Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri

14:00 4 oktyabr 2026
İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

13:30 4 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər