Facebook-da ər axtaran qadınlara “cangüdən”

Facebook-da ər axtaran qadınlara “cangüdən”
25 iyul 2011
# 11:05
Facebookda tanış olduğu sevgilisi tərəfindən öldürülən Kler Vud adlı qadın İngiltərədə yeni bir qanunun yaranmasına səbəbkar olub. “Kler Qanunu” çərçivəsində qadınlara internetdə tanış olduqları şəxslərin cinayətkar olub-olmadıqları barədə məlumat əldə etmək hüququ gündəmə gətirilib.

İnternetdə tanış olduqları sevgililəri tərəfindən öldürülən qadınların sayının artması İngiltərədə ciddi narahatlıq yaradıb. Ölkədə indi sevgili tapmaq üçün internetdən istifadə edən qadınların təhlükəsizliyini təmin edəcək bir qanun layihəsinin hazırlanmasını müzakirə edilir.

Qanun layihəsinə Facebook şəbəkəsində tanış olub sonradan aşiq olduğu Corc Applton tərəfindən əvvəl boğulan, sonra da yandırılan bir uşaq anası 36 yaşındakı Kler Vuddun adı verilib. Sabiq dövlət naziri Heyzel Blirs və Vudun atası Maykl Braunun gündəmə gətirdiyi qanun layihəsi qüvvəyə minsə, qadınlar internetdən tanış olduqları və haqqında çox az şey bildikləri şəxslərin keçmişdə cinayət işləyib-işləmədiklərini polisdən öyrənə biləcəklər.

İngiltərənin “The Mail” qəzetinə mövzu barədə açıqlama verən Daxili İşlər Naziri Teresa Mey “Kler Qanunu”nu incələyirik və bu barədə gələcək həftələrdə açıqlama verəcəyik” - deyib.

Cinayəti işləyən Corc Appltonun keçmiş sevgililərini qaçırma, təhdid etmə və zorlama ilə dolu keçmişinin olduğunun ortaya çıxması “Klare Qanunu”nun ən əhəmiyyətli nöqtəsi olub. Applton Vudla əlaqəyə girdikdən bir müddət sonra zor tətbiq etməyə başlamış, 2009-cu ilin fevralında ayrıldıqdan sonra isə onu boğaraq öldürmüş, sonra cəsədini yandırmışdı. Ardından yoxa çıxan Appltonun “Facebook Qaçağı” adı isə hadisədən 6 gün sonra bağlanılan bir barda özünü asmasıyla sona çatmışdı.


“Klere Qanunu”nu “fərdi azadlıqları məhdudlaşdırdığı” yönündə tənqidlərlə də qarşılanıb. Xüsusilə mühafizəkar millət vəkilləri “İnsanların rahat şəkildə bir polis bölməsinə gedib sevgilisi haqqında sual soruşaraq polisdən bütün faylları açmaq tələbi bir sistem ola bilməz. Bunun üçün ciddi qaydalar tətbiq edilməlidir” deyirlər. Qanunun dəstəkçiləri isə “Prioritetimiz bir qadının həyatı bahasına özəl həyatın qorunması olmamalıdır” fikrini müdafiə edirlər. Klere Vudun atası da “Qızım axmaq deyildi, onun keçmişini bilsəydi o adamdan dərhal uzaqlaşardı” deyib.


“Kler Qanunu” əslində, daha əvvəl çıxan “Sara Qanunu” modeli əsasında hazırlanıb. Adını İngiltərədə 2000-ci ildə bir pedofil tərəfindən təcavüz edilərək öldürülən 8 yaşıı Sara Paynedən götürən qanun, ana və atalara, yaşadıqları ərazidəki uşaq pozğunları barədə məlumat əldə etmək haqqını tanıyıb.

Sara Payneyə təcavüz etdikdən sonra onu öldürən Roy Vaytinq ömürlük həbs olunub. Vaytinqin daha əvvəl də cinsi cinayət işləmiş olması səbəbiylə “Sarah Qanunu” üçün kampaniya başladılmışdı. Kampaniyanın mediadakı avanqardlığını “telequlaq” skandalı səbəbiylə bağlanılan “News of the World” qəzeti edirdi.


Vüqar Qurdqanlı
# 2034 dəfə oxunub

Oxşar xəbərlər

Modern təfəkkürlə qədim köklərin kəsişdiyi nöqtə - "İmereti – Anam mənim" tablosu

Modern təfəkkürlə qədim köklərin kəsişdiyi nöqtə - "İmereti – Anam mənim" tablosu

14:30 20 avqust 2026
İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

18:30 19 avqust 2026
"Ana, həyat yenicə başlayırdı..." - Məşhur "Bohemian rhapsody" necə yarandı?

"Ana, həyat yenicə başlayırdı..." - Məşhur "Bohemian rhapsody" necə yarandı?

16:30 19 avqust 2026
Baş mələk Mikayılla İblisin təsvirini çəkən rəssam - Qvido Reninin məşhur əsərləri

Baş mələk Mikayılla İblisin təsvirini çəkən rəssam - Qvido Reninin məşhur əsərləri

18:00 18 avqust 2026
"Niyə məni bəyənmirsən?.." - "Grace Kelly" necə yarandı?

"Niyə məni bəyənmirsən?.." - "Grace Kelly" necə yarandı?

15:30 18 avqust 2026
Kubizmlə futurizmin sintezi, sənətdə sənayeləşmə...- Umberto Boççoninin məşhur əsərləri

Kubizmlə futurizmin sintezi, sənətdə sənayeləşmə...- Umberto Boççoninin məşhur əsərləri

18:30 17 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər