Tələsmə, Zaur… - SIYAHI

Tələsmə, Zaur… - SIYAHI
20 iyul 2011
# 06:00
Azərbaycan kinosu Azərbaycan tamaşaçısına yüzlərlə replika bəxş edib. Bu replikalar gündəlik həyatda demək olar ki, hər gün işlənir. Onların tam olmayan siyahısını oxuculara təqdim edirik:

- Pencəyimiz yox, zato, çörəyimiz, yağımız, qəndimiz var. (“Bizim Cəbiş müəllim”)

- Hamı kənara çəkilsin, kadrda bircə Nəbi dayı ilə inək qalsın (“Kişi sözü”)

- Murada noolub? (“Uşaqlığın son gecəsi”)

- Sovet sənayesi nə istehsal edirsə, onu içirəm. (“Uşaqlığın son gecəsi”)

- Pah atonnan, kolxozçu da deputat kimi danışır. (“Əhməd haradadır?”)

- Əhmədin anası ölməyib hələ. (“Əhməd haradadır?”)

- Oğlumu axtarırdım, dostumu tapdım. (“Əhməd haradadır?”)

- Bağışlayın, sizin Əlibababa adında əriniz olub? (“Əhməd haradadır?”)

- Aparatda Zülümovdur. (“Əhməd haradadır?”)

- Bura bax, bura bax, mənimlə söz güləşdirmə, yoldaş Mərdanzadənin əmridir! (“Əhməd haradadır?”)

- Yusif partladı! (“Bəxtiyar”)

- Başa düşmək üçün adamda baş lazımdı! (“Yol əhvalatı”)

- Uşaqlar da deyir ki, atamız işə gedib. (“Bəyin oğurlanması”)

- Nə var e, Ələsgər, Ələsgər! (“Bəyin oğurlanması”)

- Sən gecələr yat, ay Qurban. (“Tütək səsi”)

- Toyuqsan, get gir hininə də! (“Yol əhvalatı”)

- Söhbət yarım kilo sosiskada deyil, adam gərik «vinimatelni» olsun! (“Uşaqlığın son gecəsi”)

- Sizi bura yığmaqda məqsədim odu ki, sizdən adam olmayıb, olmayacaq! (“Yol əhvalatı”)

- Urus, bu toyuq, bu yumurtanı doğub… (“Dəli Kür”)

- Dədə Qorqudu görmüsən bəyəm? (“Fransız”)

- Sənə əjdaha lazımdı? (“Bəyin oğurlanması”)

- Mümkün deyil e, mən onun anasını sevirəm. (“Bəyin oğurlanması”)

- Sən söhbətində ol, “”Brodyaqa”. (“Bəyin oğurlanması”)

- Sən öləsən, bir itin zibilinə keçmişik. (“Yol əhvalatı”)

- Pis oynamırlar, bir az emosiya azdı (“Bəyin oğurlanması”)

- Hirslənmə bəy, doğru söz acı olar. (“Yeddi oğul istərəm”)

- Nə vaxtsa başa düşsən ki, səni nə üstdə vurdular, səndən adam olacaq. (“Bizim Cəbiş müəllim”)

- Nədi, adım xoşuna gəlmir? (“Bizim Cəbiş müəllim”)

- Mən cüllüt deyiləm, Laləyəm” (“Telefonçu qız”)

- Deyirlər urusetdəkilərin hamısının gözü yaşıldı. (“Bizim Cəbiş müəllim”)

- Başa düşmürəm, mənim arvadımla ayda bir dəfə bazara çıxmağa ixtiyarım yoxdu? (“Bizim Cəbiş müəllim”)

- Rəhmətliyin oğlu, burda neyləyərlər? (“Bizim Cəbiş müəllim”)

- Odu ey taksi, min, get! (“Əhməd haradadır”)

- Gor qazıram, dədə (“Dədə Qorqud”)

- Qurban olum Şura hökumətinə, Kərbəlanın heyfini Niqalaydan yaman aldı ha! (“Axırıncı aşırım”)

- Komsomolun canı it canıdır (“Yeddi oğul istərəm”)

- Bah, qorxdum, ayə, üstümə İrasim gəler. (“Bəxt üzüyü”)

- O quş deyil e, xalis qarğadır. (“Qaynana”)

- Adsız, dəyirmanda xoruz oler. (“Bəxt üzüyü”)

- Biz şərab içirik, sən xalq qanını… (“Bəxt üzüyü”)

- Neylədin, alə, arağın tapılmayan vaxtı... (“Bəxt üzyü”)

- Tələsmə, Zaur!.. (“Təhminə”)

- Mirzə Səfər, papağını da götür, çıx get burdan. (“Papaq”)

- Gələrsən kantora, danışarıq. (“Papaq”)

- İgid, mənə murad ver. (“Dədə Qorqud)

- Topumuz, topxanamız olmasa da, namuz-qeyrətimiz var, bəy, dözərik! (“Axrıncı aşırım”)

- “Neftçinin udan günü var ki?” (“Yol əhvalatı”)


Günel ƏSGƏRZADƏ
# 2672 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #