Dünyanın ən məşhur hakeri: “Mən heç zaman dövlətdən şikayət etmədim”

Dünyanın ən məşhur hakeri: “Mən heç zaman dövlətdən şikayət etmədim”
18 iyul 2011
# 14:40
Bir zamanlar bütün dünya ondan danışırdı. “Kompüter cinayətkarı” və “haker” terminlərini yaddaşlara yazan və 1990-cı illərdə “haker təhdidi” manşetləri ilə hadisəyə çevrilən Kevin David Mitnik 15 fevral 1995-ci ildə FBI tərəfindən tutularaq hakim qarşısına çıxardıldı.

O, bir zamanlar “Fujitsu” başda olmaqla Motorola, Nokia və Sun Microsystems kimi şirkətlərin kompüter şəbəkələrinə icazəsiz girərək cinayətlər törədib və buna görə də 5 il həbsdə yatıb.

Cəzasını başa vuran Mitnik heç bir zaman haker olduğu gizlətməyə çalışmayıb. Əksinə, bunun gerçək olduğunu hər zaman dilə gətirib. Və indi Mitnik ağ şapkalı bir haker olaraq təhlükəsizlik məsləhətçisidir.

Bundan əlavə, yaxın vaxtlarda bir kitab çıxarmağı da düşünən Mitnik, kitabıyla əlaqədar Forbes.com-un suallarına cavab verib.



“Barəmdə çox fərziyyələr olub…”



- Kitabınızdan nə gözləyə bilərik?


- Əslində, bu, bir növ, tərcümeyi-halım olacaq. Bir haker olaraq yaşadıqlarımı və FBI tərəfindən tutulana qədərki müddətdə başıma gələnlərdən yazmışam. Hekayəm 11 yaşında olarkən ödəniş etmədən telefonla danışmağın yollarını tapmağımla başlayır. Bu kitabda hakerliklə bağlı bir çox məlumat və maraqlı görünən sualların cavabları olacaq.


- Kitabınızda başqa nələr olacaq?

- Ancaq bunu söyləməliyəm ki, kitabımda mühakimə olunduğum günlərdə başıma gələnlər və dövlətin mənə o günlərdə etdiyi rəftarla əlaqədar hər hansı bir məlumat olmayacaq. Bu kitab daha çox “Tuta bilirsənsə, tut” tərzindədir. Yəni gerçək bir haker hekayəsi də deyilə bilər. Həyatım boyunca nələr etdiyimi və başıma gələnləri yazmaq istəyirəm.

- Kevin Mitnik bir zamanlar o qədər məşhur oldu ki, haqqında bir çox fərziyyələr irəli sürüldü. Ancaq hər başdan bir fikir çıxdığı üçün haqqınızda həqiqətə uyğun olmayan xəbərlər də yayıldı. Kevin Mitnik ilə əlaqəsi olmayan və mifə çevrilən hadisələr hansılardır?


- Məsələn, FBI-ı heç bir zaman gizlincə dinləməmişəm. Bundan əlavə, “National Security Agency” və NORAD-i hak etmək də mənim üstümə atılmışdı; halbuki mənim bu hadisələrlə heç bir əlaqəm olmayıb.


“Nokianı hak etmişəm!”



- Bəs nələri etmisiniz?


- Telefon şirkətləriylə ciddi münasibətlərim olub. Uşaqkən şəhərin bütün telefon sistemlərini poza biləcək potensialım var idi. Bundan əlavə, “Digital Equipment”, “Sun Microsystems”, IBM, “Silicon Graphics”, Nokia, Motorola və Fujitsu kimi nəhəng firmaları da hak etmişəm.


- Sizi bu hücumları etməyə nə vadar edirdi?


- Yalnız maraq... Yəni heç bu hücumlardan pul qazanmaq kimi bir hədəfim yox idi.


- Sizcə, keçmişiniz və təcrübələrinizin bu gün işlədiyiniz kompüter təhlükəsizlik mütəxəssisliyinə bir təsiri olubmu?


- Məktəblərdə kompüter təhlükəsizliyi öyrədilir və insanlar CISSP testini keçib-keçməyəcəyini düşünürlər. Ancaq test keçilsə belə, bu, hər şeyin sonu deyil, yəni bu testi bitirmək kompüter təhlükəsizliyi mövzusunda insana çox az şey verir. İnsanda bir az “hak hissi”nin olması da lazımdır. Çünki ən yaxşı hakerlər bütün çətinlikləri göz altına alıb, harada nə etməyin lazım olduğunu ən incə detalına qədər hesablayan və insan faktorunu hər zaman yadında saxlayanlardır.


CISSP-i keçən biri bəlkə sistemlərdəki zəif nöqtələri tapa bilər, ya da risk faktorunu görə bilər. Ancaq “hak duyğusu” olan biri bundan daha çoxunu görə bilər. Məsələn üç fərqli kiçik diametrli sistem nöqsanının birləşməsiylə böyük ölçülü boşluq ortaya çıxa bilər; bunu da ancaq incə düşünən bir haker görə bilər.


“Keçmişim mənə heç mane olmadı…”



- Bir hakerin ən böyük xüsusiyyəti nədir?


- Çox təcrübəli və bacarıqlı bir adamın kompüter təhlükəsizliyi mövzusunda gələcəyi parlaqdır. Ancaq icazə olmadan bir sistemi hak etməyən birinin mənə görə “haker” olma şansı yoxdur.


- Keçmişiniz hamıya məlumdur. Bu iş həyatınıza mənfi təsir etmirmi?


- Bu mövzuda dəqiq bir şey söyləmək çətindir. Bütün hallarda insanların məni niyə işə götürmədiyinin gerçək səbəbini bilməyim mümkün deyil. Əlbəttə, bəzi şirkətlərin məndən qorxaraq işə götürməməsini anlaya bilirəm. Amma buna vecinə almayan və məni belə qəbul edən şirkətlər də az deyil. Hətta “Federal Aviation Administration” başda olmaqla adını açıqlaya bilməyəcəyim bəzi dövlət orqanları ilə də çalışdığım vaxtlar olub.


- Dövlət illərlə sizinlə əlaqədar araşdırma apardı və ən sonunda da 5 illik bir həbs cəzası aldınız. Sizcə, başınıza gələnlər başqa hakerləri qorxutmağı bacardımı?


- Hüququ tapdalayan kim olursa-olsun, əlbəttə, cəzalandırılmalıdır. Mən heç bir zaman “niyə cəzalandırıldım” deyə şikayət etmədim və illərimin dəmir barmaqlıqlar arxasında keçməsinə görə başqa səbəblər axtarmamışam.


Vüqar Qurdqanlı
# 737 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

12:00 27 aprel 2024
"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

12:00 26 aprel 2024
Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

17:00 25 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
#
#
# # #