Sovet prezervativləri - ARAŞDIRMA-FOTOLAR

Sovet  prezervativləri - ARAŞDIRMA-FOTOLAR
16 iyul 2011
# 06:00
SSRİ-də prezervativlər “Bakovski” zavodunda “rezin məmulatlar” adı altında istehsal olunurdu. Onlara “məhsul 2” deyilirdi, çünki zavodun 1 nömrəli məhsulu əleyhqazlar idi...

Bu da həqiqətdir ki, SSRİ-də “seks” sözü az qala işlədilmirdi, amma xoşbəxtlikdən uşaqlar doğulurdu. Buna baxmayaraq, prezervativ istehsalı da var idi...

Sovet qoruyucularının qalınlığı 0.09 mm idi. O, cinsi orqanı xəstəliklərdən qorusa da, həzzi azaldırdı. Bu gün prezervativlərin qəbul edilən qalınlıqları 0.05 mm-dir.

Sovet vaxtı cinsi həyata başlayan hər bir şəxs bu əndirəbadi dizaynı görəndə qorxurdu. Həm də aptek işçisinin prezervativ alanda adama baxışını xatırlamaq da dəhşətli idi...

Təyinatından əlavə, prezervativlər həm də evdə çox işə yarayırdı. Əgər onu corabın və ya köynəyin qolunun içinə qoysaydınız, su daşımaq üçün yaxşı vasitə olardı. Ona təxminən yarım litr su yığsanız, bu zaman o 30 santimetrə qədər uzana bilərdi...

Həmin prezervativləri həmçinin kiçik və orta ölçülü əşyaları rütubətdən qorumaq üçün də istifadə etmək olardı. Məsələn, əgər akvarium qırılıbsa və əldə heç nə yoxdursa, prezervativlərdən balıqları saxlamaq üçün qab kimi istifadə etmək olardı.

İki prezervativdən sapand da düzəltmək olardı. Ümumiyyətlə prezervativ çox lazımlı və çoxfunksiyalı məmulat idi.

Prezervativlər çox güclü idi. Keyfiyyətini itirməyibsə, lazım olanda 40 litr həcmə, 30 sm diametrə qədər böyüyə bilərdi.

“Əgər ən sulu yerdə qupquru qalmaq istəyirsinizsə, onda “Mosrezinatras”dan prezervativ al!” Bu reklam şüarını 1920-ci illərdə Vladimir Mayakovski yazmışdı. Bu illərdə dünyada prezervativlər yenicə populyarlaşmışdı. Yeni yaranan SSRİ-də və əvvəlki rus imperiyasında isə bu istehsal yox idi, xaricdən gətirilirdi.

O vaxtlarda qadınların çoxunun kontraseptiv vasitələrdən xəbəri yox idi, olanlar isə onlardan necə istifadə etməyi, hamiləliyin qarşısını necə almağın yollarını bilmirdilər. Hamiləlik yalnız abortla aradan qaldırılırdı. 1914-cü ildə Rusiya İmperiyasında 400 min belə əməliyyat olunub. Cəmi 6 il sonra isə dünyada birincilik SSRİ-də idi.

Rəqəmin böyüklüyü hakimiyyəti də qorxutduğu üçün 1920-ci ildən etibarən statistika saxtalaşdırılır. 1934-cü ildə isə Stalin “əhalinin artımı sosializmin artımına çata bilmir” deyir. Və iki il sonra “Qadın zəhmətkeşlərin saysız-hesabsız tələblərini təmin etmək üçün” abort qadağan olunur. 1936-cı ildə isə “Bakovski” zavodunda rezin məmulatlar istehsalı adı altında prezervativ istehsalına başlanır.

SSRİ Səhiyyə Nazirliyinin Baş Apteklər İdarəsinin rəisi prezervativlərin keyfiyyətsiz olmasına münasibət bildirərkən deyib ki, bizdə keyfiyyət qaydasındadır. “O ki qaldı qadınların həzz ala bilməməsinə, bu bizi narahat etmir. Əgər təsadüfü cinsi əlaqələr olmasaydı, onda prezervativlərə də ehtiyac olmazı. Əgər sən yalnız arvadınla yatırsansa, onda prezervativ sənin nəyinə lazımdır? ”

Amma o yanılırdı - müharibədən sonra almanların məhv etdiyi “Patona” körpüsünün (Kiyev) inşası zamanı suyun içindəki köhnədən qalan dirəyi partlatmaq lazım idi. İnşaatçılar çox düşündülər ki, bunu necə etsinlər. Və tapdılar – partlayıcı maddələri prezervativlərə doldurmaqla. Bəla bunda idi ki, “məhsul - 2” həmin illərdə çox az istehsal olunurdu: onlara isə nə az, nə çox – düz 50 min dənə prezervativ lazım idi. Xırda məmurlar tikinti işçilərinə qənimət anbarından məhsul vermək istəmirdilər. İşə partiya rəhbərliyi qarışandan sonra onlar istədiklərini əldə etdilər və 50 min prezervativ körpü tikintisində onların işinə çox yaradı.



cccp.km.ua saytındakı “SSRİ-də prezervativ” məqaləsi əsasında Vüqar QURDQANLI hazırladı
# 2465 dəfə oxunub

Oxşar xəbərlər

Barokko klassisizminin ustası - O, niyə qadınlardan qorxurdu?

Barokko klassisizminin ustası - O, niyə qadınlardan qorxurdu?

13:20 4 noyabr 2025
Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən   psixiatr

Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən psixiatr

18:00 3 noyabr 2025
"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

10:00 31 oktyabr 2025
Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

12:16 28 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər