Sabah Qəbələdə beynəlxalq festivala start verilir
2009-2010-cu illərdə Heydər Əliyev Fondu tərəfindən Qəbələdə I və II Beynəlxalq Musiqi Festivalı keçirilib. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak ediblər. Kulis.az-ın məlumatına görə 2011-ci ildə Qəbələ III Beynəlxalq Musiqi Festivalının keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə həvalə edilib. Bu ilin 15 iyul - 5 avqust tarixlərində keçiriləcək III Beynəlxalq Musiqi Festivalı çərçivəsində pianoçuların II Beynəlxalq müsabiqəsi də təşkil olunacaq. Festivalda Rusiya, Böyük Britaniya, İsrail, ABŞ, Norveç, Hollandiya, İtaliya, Fransa, Almaniyadan dünya şöhrətli musiqiçilər və kollektivlər - Yuri Başmet və “Yeni Rusiya” simfonik orkestri, Boris Berezovski, Denis Matsuyev, Sergey Krılov, Anna Samuil, Sergey Leyferkus, Oksana Yablonskaya, Dmitri Yablonski, Massimiliano Pisapia və başqaları iştirak edəcəklər. Tədbirin yüksək səviyyədə hazırlanması və keçirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyində Təşkilat Komitəsi, Qərargah və İşçi qrup yaradılıb. Təşkilat komitəsinin sədri Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, sədr müavini Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev, festivalın bədii rəhbəri, Bakı Musiqi Akademiyasının rektoru, professoru Fərhad Bədəlbəyli, üzvləri İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadədir.
Ramilə Qurbanlı
Ramilə Qurbanlı
Oxşar xəbərlər
"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?
17:30
16 oktyabr 2026
Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası
16:30
16 oktyabr 2026
Azərbaycan ədəbiyyatşünaslığında azman imza - Onu niyə “Koroğlunun qələm dəlisi” adlandırırdılar?
12:00
13 oktyabr 2026
"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları
10:00
13 oktyabr 2026
Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?
13:00
12 oktyabr 2026
Təbiətin ramedilməz enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri
13:30
11 oktyabr 2026