Pedofiliya qurbanının kitabı bestseller oldu

Pedofiliya qurbanının kitabı bestseller oldu
14 iyul 2011
# 11:05
On səkkiz il əsir qalan Ceysi Li Duqard adlı qadının kitabı Amazon saytında rekord satışa imza atmaqdadır.

Pedofil Filip və Nensi Garrido ailəsi tərəfindən əsir alınaraq saxlanan Ceysi Li Duqard on səkkiz ildə başına gələnləri kitab halında təqdim edib. “Oğurlanmış həyat” adlı kitab Amazon saytında iyulun 12-də satışa çıxmasına baxmayaraq, artıq bestseller olub.

Narkoman və dini fanat olan Filip Garrido onu seksual ehtiyaclarını ödəmək üçün əsir saxlayırmış. On bir yaşında oğurlanan Duqardın artıq 17 və 14 yaşlarında iki qızı var.

Kitabda 29 yaşlı Duqard onun əsir alındığı gündən yaşadıqlarını – dəfələrlə zorlanması, pedofildən iki uşağa sahib olması və qızlarının onu necə həyata qaytarmasını qələmə alıb.

Polis sektant vərəqələri payladığına görə həbs etdiyi Filip Garridonun evində əsir saxladığını aşkarlayıb.

Məhkəməsi keçirilən pedofilə 431 il, arvadı Nensiyə isə 36 il iş kəsilib. 1991-ci ildən əsirlik yaşayan Ceysi Duqard isə Kaliforniya məhkəməsinin qərarı ilə 20 milyon kompensasiya alıb.

Günel ƏSGƏRZADƏ
# 2663 dəfə oxunub

Oxşar xəbərlər

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

18:40 6 oktyabr 2026
"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

15:00 6 oktyabr 2026
Eybəcər - Samirə Əşrəfin hekayəsi

Eybəcər - Samirə Əşrəfin hekayəsi

15:00 5 oktyabr 2026
Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

14:00 5 oktyabr 2026
“Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri

“Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri

14:00 4 oktyabr 2026
İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

13:30 4 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər